Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcəkXəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb.

Milli.Az xəbər verir ki, bu sözləri Coğrafiya İnstitutunun "Xəzər dənizinin coğrafiyası" laboratoriyasının müdiri Səid Səfərovun "Kaspi" qəzetinə müsahibəsində deyib.

S.Səfərovun sözlərinə görə, Xəzər dənizinin geri çəkilməsinin müxtəlif səbəbləri var:

"Onlardan biri antropogen amillərdir. Xəzər qapalı su hövzəsi olduğundan dənizin səviyyəsi, ilk növbədə, su balansından - hövzəyə daxil olan və itirilən suyun miqdarı arasındakı fərqdən asılıdır. Hazırda həm Volqa çayının, həm də Xəzərə tökülən digər çayların sularından təsərrüfat məqsədləri üçün geniş istifadə olunur. Bundan başqa, çay hövzələrində, xüsusilə Volqa çayı üzərində çoxsaylı iri su anbarları yerləşir. Onların ümumi sahəsi 36 min kvadratkilometrdən çoxdur. Su elektrik stansiyalarının normal fəaliyyətini təmin etmək üçün həmin anbarlarda müəyyən su səviyyəsinin qorunması da tələb olunur. Nəticədə suyun bir hissəsi anbarlarda saxlanılır və Volqa çayının Xəzərə çatdırdığı suyun həcmi azalır. İqlim amilləri də bu prosesə təsir göstərir. Qlobal istiləşmə və temperaturun yüksəlməsi dənizin səthindən buxarlanmanı artırır. Volqa hövzəsinin şimal ərazilərində temperatur artımının daha intensiv olması yay aylarında buxarlanmanı gücləndirir. Yağıntıların Xəzərin su balansına təsiri nisbətən azdır. Burada əsas rolu çayların gətirdiyi suyun həcmi və dənizin səthindən buxarlanma oynayır".

O qeyd edib ki, mövcud hesablamalara əsasən, hətta Paris Sazişinin hədəflərinə əməl olunsa belə, əsrin sonunadək Xəzərin səviyyəsinin 8-9 metr aşağı düşəcəyi proqnozlaşdırılır:

"İqlim öhdəlikləri yerinə yetirilməzsə, bu göstərici 18-19 metrə çata bilər. Bunlar ən mənfi ssenarilərə əsaslanan proqnozlardır. Belə bir azalma Xəzər dənizi və ətraf ölkələr üçün fəlakətli nəticələr doğura bilər.

Xəzərin səviyyəsinin 18-19 metr aşağı düşməsinin nə demək olduğunu təsəvvür edin. Bu halda Bakı bulvarı dənizdən 20-30 kilometr uzaqda qala bilər. Dəniz çəkildikcə tamamilə yeni infrastrukturun qurulmasına ehtiyac yaranacaq. Bu isə külli miqdarda vəsait tələb edir. Belə bir ssenari gəmiçilik və dəniz nəqliyyatı üçün də ciddi problemlər yaradacaq. Şimali Xəzərin orta dərinliyi hazırda təxminən 5 metrdir, ən dərin hissələrində isə bu göstərici 20-22 metrə çatır. Artıq indidən Şimali Xəzərdə gəmi hərəkəti ilə bağlı ciddi çətinliklər mövcuddur. Dənizin səviyyəsi daha 18-19 metr aşağı düşərsə, Şimali Xəzərin böyük hissəsi tamamilə quruyacaq və Volqa çayı ilə əlaqəsi, demək olar ki, kəsiləcək. Çay dənizə ayrı-ayrı qollarla tökülsə də, iri gəmilərin hərəkəti mümkün olmayacaq. Xəzər həm də mühüm enerji mənbəyidir. Burada neft və qaz hasil olunur. Hasilat infrastrukturu dənizin müəyyən səviyyəsi və dərinliyi nəzərə alınmaqla qurulub. Səviyyənin kəskin azalması neft və qaz hasilatında, eləcə də onların daşınmasında ciddi problemlər yarada bilər. Mövcud nəqliyyat və hasilat sistemlərinin fəaliyyəti çətinləşəcək. Buna görə də alternativ həllər tapılmalı, yeni layihələr hazırlanmalı və əlavə infrastruktur qurulmalıdır. Bütün bunlar isə çox böyük maliyyə vəsaiti tələb edəcək"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 132   Tarix: 31 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tarixi ədalətin bərpası uğrunda haqq savaşı

Ali Baş Komandan, Prezident İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçildiyi 2003-cü ildən bəri millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışırdı. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlı

15:26 193
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

18:45 104
.

Avropada sərt qış vəd edən qədim təqvim

XVII əsrə aid müşahidələr əsasında tərtib edilən alman 100 illik təqvimi qarşıdan gələn qışın şaxtalı və qarlı keçəcəyini proqnozlaşdırır. Lakin müasir iqlim modelləri bunun əksinə olaraq, qış aylarının nisbətən mülayim və yağıntılı olacağını göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "Agroforum"

13:57 193
.

Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir

12:13 228
.

Keçmişdə qalan münaqişə

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib. 1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə başlamış bu münaqiş

15:25 161
.

Putin nümayəndəsindən Avropa ilə bağlı diqqətçəkən açıqlama

Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri, Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Avropada vəziyyətin yaxşı olmadığını bildirib. xəbər verir ki, Dmitriyev bu açıqlamanı Polşada baş verdiyi iddia edilən çevrili

10:55 222
.

Azərbaycanda "Apple" istifadəçilərinin hesabları KÜTLƏVİ ŞƏKİLDƏ ƏLƏ KEÇİRİLİR

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "Apple" şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi məlumat yayıb. Bildirilib ki, "iOS", "iPadOS" və "macOS"

16:30 193
.

Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq

Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan halla

19:00 61
.

Abramoviçin Bakıdan fotosu - Bu dəfə tək deyil

Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır. "Qafqazinfo" xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib. -ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin "Baku International Art Festival" (BIAF) ilə əlaqəl

11:07 266
.