İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
ABŞ-nin Tennessi ştatında iki doza ölümcül iynə vurulmasına baxmayaraq sağ qalan 50 yaşlı edam məhkumu Krista Payk yaşadığı qorxunc təcrübə haqda ilk dəfə danışıb.
BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəxanada uzunmüddətli müalicədən sonra həbsxanaya qaytarılan Payk hər gün şiddətli fiziki və mənəvi ağrılar çəkdiyini bildirib.
30 sentyabrda həyata keçirilən edam prosesi zamanı həkim heyəti zəhərli maddəni yeritmək üçün qadının venasını tapmaqda ciddi çətinlik çəkib və 10-a yaxın cəhd edib. Vurulan iki doza "pentobarbital" maddəsinə baxmayaraq ölməyən Payk koma vəziyyətində xəstəxanaya çatdırılıb və süni tənəffüs aparatına qoşulub. Oktyabrın ortalarında özünə gələrək həbsxanaya qaytarılan məkum vəkilləri vasitəsilə baş verənləri təsvir edib.
"Edam otağına ölməyə və taleyimlə barışmağa hazır halda girdim. Bir neçə gün sonra xəstəxanada tək, çaşqın və şiddətli ağrılar içində gözümü açdım. O gecədən bəri ağrımayan bir anım da yoxdur. Bədənim, boğazım və əllərim sızıldayır, danışmaqda çətinlik çəkirəm. Ruhum və zehnim də dəhşətli əzab çəkir", - o bildirib.
Qeyd edək ki, məhkumun vəkilləri edam cəhdindən sonra Paykda ağciyər iltihabı və qan laxtalanması kimi ağır fəsadların yarandığını bildirərək cəzanın ömürlük həbslə əvəz olunmasını tələb edirlər. Hadisə ilə bağlı müstəqil təhqiqat başladılıb, Tennessi qubernatoru Bill Li isə ştatdakı bütün edam proseslərini müvəqqəti olaraq dondurub.
Xatırladaq ki, Krista Payk 1995-ci ildə 19 yaşlı Kollin Slemmerə işgəncə verərək öldürməkdə günahlandırılaraq edam cəzasına məhkum edilmişdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 134 Tarix: 31 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy
18:20 131 İşə bir saatdan gec çatırsınızsa - 40 faiz artıq maaş almalısınız
Böyük Britaniyada aparılan yeni tədqiqatlar gündəlik işə gediş-gəliş vaxtının işçilərin psixoloji sağlamlığına və iş məmnuniyyətinə birbaşa təsir etdiyini göstərib. "Qafqazinfo" xəbər verir ki, "Chase" maliyyə təşkilatının 200 britaniyalı işçi arasında keçirdiyi sorğuya əsasən, özün
13:30 193 Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq". xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Türkiyənin namizədi Feridun Sinirlioğlunu
16:40 172 Azərbaycanlı alim vəfat etdi - Fotolar
Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik
11:30 232 Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video
Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması
17:40 152 10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur
30.10.2026 448 İşıqlı gələcəyə yol açan Şanlı Qələbə
Tarixi qələbəmizlə başa çatmış 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Qarabağın tacı olan Şuşa şəhərinin 2020-ci il noyabrı
15:24 161 Şahdağda qar yağıb
Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub. Düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy
11:25 198 Vəfat edən Elçin FHN əməkdaşı imiş - FOTO
Xəbər verdiyimiz kimi, Göyçayda 28 yaşlı sakininin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb. -ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, dünyasını dəyişən şəxs, şəhər sakini 1998-ci il təvəllüdlü Əzizov Elçin Elman oğlu subay və evin tək oğlu imiş. Mərhum FHN-nin Göyçay Dövlə
19:31 0