Zəfər bayrağımız varlığımızdır

Zəfər bayrağımız varlığımızdırTəqvimin adi günlərindən birinin - 27 sentyabr 2020-ci ilin Ermənistan üzərində qələbəmizə aparan yolun başlangıcı olacağını təsəvvür etməzdik. 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan Ermənistanın təcavüzkarlıq siyasətinə son qoyulmasını dəfələrlə beynəlxalq təşkilatlar qarşısında qaldıran, haqlı tərəf olduğu halda işğalçı ilə eyni səviyyədə münasibət göstərilən Azərbaycanın səbri tükənmişdi.
2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi ilk gündən Silahlı Qüvvələrimizin üstünlüyü ilə davam etdi. Torpaqlarımızın Ermənistanın işğalından azad olunması üçün güc toplayan, siyasi, iqtisadi, doplomatik müstəvilərdə cəsarətli addımları ilə diqqət çəkən Prezident İlham Əliyev Ali Baş Komandan kimi Silahlı Qüvvələrimizi ən müasir hərbi avadanlıqlarla, döyüş texnikaları ilə təmin etdi. Hər gün düşməni ağır itkilərə məruz qoyan hərbçilərimiz 44 gün eyni əzmlə irəlilədi.
"Bu 44 günün hər günü bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi. Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişik. Bu istehkamlar elə qurulmuşdu ki, Azərbaycan oradan keçə bilməsin, əsgərimiz oradan keçə bilməsin" söyləyən dövlət başçımız dünyada tanınmış KİV-lərə müsahibələrində Ali Baş Komandan kimi əsgər və zabitlərimizin rəşadətindən, peşəkarlığından, döyüş qabiliyyətindən, ən başlıcası ilə vətənpərvərlik duyğularından qururla söz açırdı. Mənfur niyyətlərini həyata keçirmək üçün islamofobiyadan istifadə edərək milli münaqişələr yaradanlara, erməni faşizmini dəstəkləyənlərə də Qalib ordunun Müzəffər Ali Baş komandanı kimi mesajlarını çatdırdı. 44 gün davam edən döyüşlər zamanı rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.
Noyabrın 8-də Ermənistanın işğalına ilk məruz qalan Şuşa şəhərinin azad edilməsi xalqımızın qürürü, sevinci kimi tarixə yazıldı. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı. Müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanan xalqımız dövlətçilik tariximizə Şuşa Zəfərini birliyi, həmrəyliyi ilə yazdı.
Şuşanın işğaldan azad olunmasını Milli Ordumuzun rəşadəti, xalqımızın birlik və həmrəylik rəmzi adlandıran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik…Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik" sözləri qalib sərkərdənin babalarımızdan miras qalan qəhrəmanlıq ənənələrinə sadiqliyidir.
Artıq işğaldan azad olunmuş torpaqlarımzda döyüş deyil, quruculuq əhval-ruhiyyəsi duyulur. Keçmiş köçkünlər doğma yurdlarına Zəngilana, Ağdama, Laçına, Kəlbəcərə… qayıdırlar. İllərdən bəri doğmaları üçün qəribsəyən, inşaat meydanlarını xatırladan torpaqlarımızda körpə gülüşləri eşidilir, insanlar əkin-biçinə başlayırlar.
Şuşaya səfərləri zamanı Saatlı, Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa məscidlərini ziyarət edən, dini ocaqlarımızın bərpası ilə bağlı tövsiyələrini verən Prezident İlham Əliyev Asiya ilə Avropa arasında yerləşən, çoxkonfessiyalı ölkə olan Azərbaycanın milli mənsubiyyətindən asılı olmayaraq mədəni müxtəlifliyə hörmət və ehtiramını, multikultural dəyərlərə, tolerantlıq ənənələrinə sadiqliyini "Xarıbülbül" musiqi festivalının təşkili ilə göstərdi. Milli ruhumuzun zənginləşməsinin, ədalət və humanizmin rəmzi olan Şuşanın Cıdır düzündə təşkil olunan "Xarıbülbül" musiqi festivalında ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinin çıxışları o deməkdir ki, Azərbaycanda inkişaf, birlik, milli həmrəylik, sülh labüddür.
2023-cü il oktyabrın 15-də respublikaya rəhbərliyə başlamasının 20-ci ildönümündə Xankəndi şəhərinin mərkəzi meydanında, həmçinin Xocalıda, Əskəranda, Ağdərədə Azərbaycan Respublikasının Dövlət Bayrağını dalğalandıran, 30 il gözlənilən tarixi gün münasibətilə Azərbaycan xalqını, xarici ölkələrdə yaşayan bütün soydaşlarımızı təbrik edən Prezident İlham Əliyev Ali Baş Komandan kimi vədini yerinə yetirdi. Ulu Öndərə Qələbə raportu verdi. Bu Zəfər bir daha göstərdi ki, bütün dünya miqyasında xarici siyasəti dəstəklənən, iqtisadi müstəqilliyini qoruyan Azərbaycanla hesablaşırlar. Bu uğurlar Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktını imzalamağa məcbur edən, 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri ilə erməni separatizminə son qoymuş qüdrətli Silahlı Qüvvələrimizin rəşadəti, şəhidlərimizin qəhrəmanlığı canı, qanı bahasına qazanılmışdır. Bütün dünyaya bəyan edildi ki, Azərbaycan dövləti, xalqı torpağımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək iradəsini qətiyyəti ilə həqiqətə çevirdi.
Prezident İlham Əliyevin "Heydər Əliyev İli"ndə Xankəndidə Azərbaycan Bayrağını qaldırması böyük rəmzi məna daşıyır. "Onu da bildirməliyəm ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir" söyləyən dövlət başçımızın sözləri saxta "prezident"lərin, "parlament sədr"lərinin, boş ərazilərdə narkotik yetişdirən hay "generalların", bütünlükdə separatçı rejimin tam məhfi, iflası deməkdir. Bütün dünya gördü ki, "Qarabağ Azərbaycandır və nida işarəsi!"

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 135   Tarix: 31 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr

14:56 130
.

Abramoviçin Bakıdan fotosu - Bu dəfə tək deyil

Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır. "Qafqazinfo" xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib. -ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin "Baku International Art Festival" (BIAF) ilə əlaqəl

11:07 250
.

Şahdağda qar yağıb

Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub. Düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy

11:25 183
.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

15:32 104
.

"Sən xəstəsən!" - Tramp jurnalistə əsəbiləşdi

ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinin jurnalistinin səhhəti ilə bağlı sualına əsəbiləşib. Tramp hətta jurnalisti və onun çalışdığı media qurumunu sərt şəkildə tənqid edib. "Sən, xəstəsən! "Reuters" isə iyrəncdir. Sadəcə bu oğlana baxın, o, dəhşətli vəziyyətdədir"

30.10.2026 396
.

Azərbaycanlı alim vəfat etdi - Fotolar

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik

11:30 216
.

Prezident oyunu stadiondan izlədi - Video

Xəbər verdiyimiz kimi, bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatına yekun vurulub. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və FIFA prezidenti Canni İnfantino final matçını izləyiblər. Qeyd edək ki, A liqasının həlledici final oyununda İspaniya millisi Çexiy

30.10.2026 334
.

Natiq Fərzəliyev əməliyyat olundu

Aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb. O, özəl xəstəxanaların birində əməliyyat olunub. Natiq Fərzəliyev Qaynarinfo-ya açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:. "Hələ özümə tam gəlməmişəm, amma həkimlər əməliyyatın uğurla keçdiyini deyib. Ayaq damarlarımda problemlə

11:51 239
.

Türkiyədə ata təcavüzə uğramış qızını öldürmək üçün xəstəxanaya basqın etdi

Türkiyənin Adana şəhərində cinsi istismara məruz qalan qızını öldürmək istəyən ata məhkəmə zalında həbs olunub. "Haber Global"a istinadən xəbər verir ki, cinsi zorakılıq qurbanı olan qız polisə şikayət etdikdən sonra atası onu öldürmək qərarına gəlib. Polis əməkdaşları onu tibbi müayinə üçü

14:53 144
.