Fransada yeni iğtişaşlar gözlənilir: Parisdə 40 metro stansiyası bağlanacaq
Fransa hökuməti Prezident Emmanuel Makronun siyasətinə, eləcə də dövlət xidmətlərinin vəziyyətinə və yaşayış xərclərinin artmasına qarşı oktyabrın 31-də gözlənilən ümummilli etirazlar zamanı mümkün iğtişaşların qarşısına 70 min polis əməkdaşını cəlb edəcək.
Oxu.Az bildirir ki, bu barədə "Reuters" agentliyi xəbər yayıb.
Məlumata görə, daxili işlər naziri Loran Nünyes deyib ki, ictimai asayişin hər hansı formada pozulmasına qarşı son dərəcə sərt reaksiya vermək üçün bütün qüvvələr səfərbər olunub.
O, aksiyaların keçiriləcəyi günü "çox yüksək riskli dövr" kimi qiymətləndirib. Hakimiyyət orqanları iğtişaş iştirakçılarının öz kimliklərini gizlətmək üçün "Halloween" maskalarından istifadə edə biləcəyindən narahatdırlar. Mövcud qanunvericilik ictimai təhlükəsizliyə təhdid yarandığı hallarda polisə maska taxılmasını qadağan etmək hüququ verir.
Parisin Muxtar Nəqliyyat Agentliyi (RATP) öz növbəsində kütləvi aksiyalarla əlaqədar paytaxtda 40 metro stansiyasının müvəqqəti olaraq fəaliyyətini dayandıracağını elan edib.
"Polis prefekturasının tələbi əsasında və təhlükəsizlik məqsədilə stansiyalar şənbə günü bağlanacaq", - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, Fransada 2027-ci ilin büdcəsinin müzakirəsi fonunda sentyabrın 29-dan etibarən kütləvi etiraz dalğası başlayıb və qısa müddətdə demək olar ki, bütün ölkəni bürüyüb: şagirdlər tədris şəraitinin yaxşılaşdırılmasını və müəllim çatışmazlığı probleminin həllini tələb ediblər. Məktəblərin və universitet sisteminin vəziyyətindən narazı olan tələbələrin etirazlarına sonradan həmkarlar ittifaqları və "sarı jiletlilər" hərəkatı da qoşulub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 146 Tarix: 31 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda "Apple" istifadəçilərinin hesabları KÜTLƏVİ ŞƏKİLDƏ ƏLƏ KEÇİRİLİR
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "Apple" şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi məlumat yayıb. Bildirilib ki, "iOS", "iPadOS" və "macOS"
16:30 197 Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə BİG.AZ-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəl
17:02 283 Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq". xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Türkiyənin namizədi Feridun Sinirlioğlunu
16:40 172 COP18-ə ev sahibliyi edəcək ölkə bilindi
Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək. xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-ni
19:30 0 Məryəm Üzərli Azərbaycana gələcək
"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək
12:21 256 Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb
Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind
21:15 0 Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi
16:05 309 Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı
Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla
15:32 175 İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
ABŞ-nin Tennessi ştatında iki doza ölümcül iynə vurulmasına baxmayaraq sağ qalan 50 yaşlı edam məhkumu Krista Payk yaşadığı qorxunc təcrübə haqda ilk dəfə danışıb. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəxanada uzunmüddətli müalicədən sonra həbsxanaya qaytarılan Payk hər gün şiddətli fizik
19:10 67