Müharibə meydanında bitən ömür yolu- Çingiz Mustafayev

Müharibə meydanında bitən ömür yolu- Çingiz MustafayevAzərbaycanın milli qəhrəmanı - jurnalist Çingiz Mustafayev əsil Azərbaycan vətəndaşı kimi şərəfli bir ömür yaşayaraq öz xalqının qəlbində, yaddaşında və tarixində silinməz izlər qoyaraq qəhrəmancasına həlak olub.

Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Rusiya Federasiyası, Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin Yar kəndində Fuad Mustafayev və Naxış Mustafayevanın ailəsində dünyaya göz açıb. Mustafayevlər ailəsi 1964-cü ildə Bakıya köçdülər. Oğlunu hərbiçi kimi görmək istəyən atası Fuad bəy Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseydə oxumağa yollayır. O, üçüncü sinifdən onuncu sinifə qədər burada təhsilini davam etdirir. Daha sonra hərbi məktəbi yarımçıq saxlayaraq orta məktəbə getməyə başlayıb. Çingiz Mustafayev 1977-ci ildə Yasamal rayonundakı 167 saylı məktəbi bitirib. Çingiz Mustafayev məktəbi bitirdiyi il 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olaraq 1983-cü ildə institutda təhsilini uğurla başa vurdu.

Ç. Mustafayev institutu bitirdikdən sonra Şabran rayonunda təyinatla üç il müddətində həkim kimi fəaliyyət göstərib.Tibb Universitetini bitirdikdən sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasına baş həkim olaraq təyin edilir. Lakin Çingizin arzusu tibb sahəsi deyil, jurnalistika sahəsi idi. Çingiz Mustafayev istədiyi karyerasına 1990 cı il 20 yanvar tarixində başlayır. Amma təəssüf ki ilk lentə aldığı video Azərbaycanın ağır günü Qanlı "20 Yanvar" faciəsi günü- Sovet ordusunun Bakıda mülki əhaliyə qarşı törətdiyi vəhşiliklər idi.
Dağlıq Qarabağ da müharibə başlayanda Çingiz karyerasını hərbi jurnalistikaya həsr elədi. Ölkədə baş verən qarışıqlıq müharibə onu bu sahəyə çox bağladı. Çingiz Mustafayevin jurnalist həyatı müharibə ilə başlayıb, təəssüflər olsun ki, müharibə ilə də bitdi.

Xatırladırıq ki, Çingiz Müstafayev 1991 ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyətə başlamışdı. Onun fəaliyyəti Azərbaycanla məhdudlaşmadı. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında olan reallıqların Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmasında böyük rol oynadı. Çingiz Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsil salnaməsini yaratdı. O ölkənin döyüş gedən bütün yerlərindən operativ xəbərlər, əsgərlərin hər biri ilə ayrı-ayrılıqda xüsusi reportajlar və bunlarla birgə Azərbaycanda gedən siyasi proseslər barədə informasiyalar hazırlayırdı. Azərbaycan tamaşaçısı onun çəkdiyi hər reportajla tanış idi, çəkdiyi ilk reportajla tanıyırdı onu. Amma dünya onu Xocalıda çəkdiyi filmlə tanıdı. Onun bu filmi ilə dünyada Ermənistanın insanlıqdan uzaq olan simasını açıqladı. Çingiz Mustafayevin müharibə gedən bölgələrdə çəkdiyi reportajlar orada yaxınlarının taleyi barədə məlumat almaq istəyən sadə camaat üçün ən etibarlı məlumat mənbəyi idi. Çingiz müharibə gedən bölgələrdə real vəziyyət barədə birbaşa məlumat verirdi. Bu videolar və foto materiallar vasitəsilə dünya münaqişənin xarakterini öyrəndi və ermənilərin dinc insanlara qarşı qəddarlığına şahid oldu. O, hazırladığı reportajlarda öz emosiyalarını saxlaya bilmirdi.

Çingiz 1992 ci il iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak oldu. Çingiz yaralandığı halda, sonadək kamerasını söndürmədi. Xalqımızın mərd oğlu, layiqli jurnalist Çingiz Mustafayev ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin fərmani ilə 1992-ci ildən "Azərbaycanın Milli Qəhramını" adına layiq görülüb.

Məhz Çingiz Mustafayevin sayəsində ermənilərin 31 il bundan əvvəl azərbaycanlılara qarşı törətdikləri soyqırım qurbanlarının cəsədləri videolentə alınıb. Çingiz Mustafayevin reportajı sayəsində bu gün də Azərbaycan öz haqq səsini real fakt və sübutlarla dünya ictimaiyyətinin diqqətinə çatdıra bilir.

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2262   Tarix: 29 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda MÜƏMMALI ÖLÜM: Ailənin yeganə övladının MEYİTİ TAPILDI - FOTO

Göyçayda 28 yaşlı kişinin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb. BİG.AZ -a istinadən xəbər verir ki, meyiti tapılan şəxs şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizovdur. Məlumata görə, mərhum subay olub və ailənin yeganə övladı imiş. O, Fövqəladə Hallar Nazirliyini

31.10.2026 208
.

"TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur. Qeyri-rəsmi hesabda yayılan materialın dövlət başçısının şəxsi paylaşım

31.10.2026 169
.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə BİG.AZ-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəl

31.10.2026 384
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31.10.2026 284
.

Budanov Ukrayna üzrə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir

Ukrayna ABŞ və Rusiya ilə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov amerikalı senatorlarla onlayn formatda keçirilən görüşün yekunlarına dair öz "Telegram" kanalında bildirib

31.10.2026 204
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31.10.2026 184
.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyi

31.10.2026 220
.

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini

00:17 123
.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31.10.2026 212
.