Adrian Mutu "Neftçi"nin baş məşqçisi təyin olundu - FOTO
"Neftçi"nin yeni baş məşqçisi müəyyənləşib.
Paytaxt klubundan verilən məlumata görə, bu post rumıniyalı Adrian Mutuya tapşırılıb.
Bildirilib ki, bu gün "Neftçi" Peşəkar Futbol Klubunun (PFK) Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf rumıniyalı futbol mütəxəssisi Adrian Mutu ilə görüşüb.
Görüşdə "Neftçi"nin hazırkı durumu və qarşıya qoyulan hədəflər barədə fikir mübadiləsi aparılıb, klubla bağlı gözləntilər diqqətə çatdırılıb.
Daha sonra rumıniyalı mütəxəssis Adrian Mutu ilə iki illik müqavilə imzalanıb.
"Neftçi"yə baş məşqçisi təyin olunmasından şərəf duyduğunu bildirən Adrian Mutu deyib:
"Neftçi" Azərbaycanda ən böyük və ən güclü azarkeş bazasına malik klubdur. "Neftçi" azarkeşləri Avropada öz sədaqəti və dəstəyi ilə tanınırlar. Mən onlarla yaxşı əlaqə quracağıma əminəm, çünki günün sonunda nə ediriksə, azarkeşlərimiz üçün edirik. Məqsədim "Neftçi"ni layiq olduğu yerə - Azərbaycanda ən yüksək mövqeyə qaytarmaq və Azərbaycanı Avropada qürurla təmsil etməkdir. İnanıram ki, "Neftçi" Avropa futbol meydanlarında böyük uğurlar əldə edəcək".
Xatırladaq ki, ötən mövsüm "Neftçi"ni çalışdıran baş məşqçi Laurentsiu Regekampf və onun köməkçiləri ilə iyunun 21-də yollar ayrıldıqdan sonra bir sıra namizədlərlə danışıqlar aparılıb, onların arasından klubla maraqları üst-üstə düşən, bacarıq və potensialı ən yüksək olan mütəxəssislə anlaşılıb.
Yeni baş məşqçinin ictimaiyyətə təqdimatı klub rəhbərliyi və komanda üzvləri təlim-məşq toplanışından qayıdandan sonra baş tutacaq, bu xüsusda mətbuat konfransı təşkil olunacaq.
Qeyd edək ki, Adrian Mutu 1979-cu il yanvarın 8-də anadan olub. Rumıniya tarixinin ən yaxşı futbolçularından biri olan A.Mutu ölkəsində bir neçə klubla yanaşı, İtaliyada "İnter", "Hellas Verona", "Parma", "Yuventus", "Fiorentina", "Çezena", İngiltərədə "Çelsi", Fransada "Ayaçço" və Hindistanda "Puna Siti" klublarının formasını geyinib, Rumıniya milli komandasının heyətində 77 oyun keçirib, 35 qol vurub. 2003, 2005, 2007 və 2008-ci illərdə Rumıniyada, 2007-ci ildə isə İtaliyada ilin futbolçusu seçilib.
Adrian Mutu "Voluntari" (Rumıniya, 2018), "Əl Vəhdə" U-21 (BƏƏ, 2018-2019), Rumıniya U-21 milli komandası (2020-2021), "Universitatya Krayova" (Rumıniya, 2021) və "Rapid"in (Buxarest, Rumıniya, 2022-2023) baş məşqçisi olub. UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdir.



BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1131 Tarix: 11 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Sabah"ın oyununa 45 min bilet satılıb
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu oyun üçün paket biletlərlə birlikdə 45 minə yaxın bilet satılıb. "Sabah"ın Çempionla
05.10.2026 561 Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
Misli Premyer Liqasının VII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlu
17.10.2026 592 Azərbaycan millisi Litvanı məğlub etdi - Video
Azərbaycan millisi UEFA Millətlər Liqasında bu mövsüm ilk qələbəsini qazanıb. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Litvanı qəbul edib. "Palms Sports Arena"da baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqi
04.10.2026 668 Anar Hacıyev "Qarabağ"dan getdi
"Qarabağ" futbol klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev vəzifəsindən ayrılıb. xəbər verir ki, bu barədə "Qarabağ" klubu məlumat yayıb. Bildirilib ki, Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb. Qeyd edək ki, 2023-cü ilin sentyabrından bu vəzifəd
12.10.2026 573 11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi
Britaniyalı şahmatçı Bodhana Sivanandan qadınlar arasında şahmat tarixinin ən gənc beynəlxalq ustası olub. "The Guardian"a istinadən xəbər verir ki, Sivanandan bu uğura Monteneqronun Budva şəhərində keçirilən Avropa Klublar Kubokunda nail olub. O, 1988-ci ildə 12 yaşında beynəlxalq usta titulun
25.10.2026 445 Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazanıb
Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib. "Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda çilidən olan Mari Di Varqas Leyi məğlub edib. K.Əliyevanın növbəti rəqibi rusiyalı Sabina Giliazova olacaq. Qeyd edək ki
04.10.2026 495 Ronaldu Portuqaliya millisindən uzaqlaşdırıldı
Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun milli komandanın düşərgəsini icazəsiz tərk etməsindən sonra məşhur futbolçuya qarşı avtomatik diskvalifikasiya qərarı tətbiq edib. xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" nəşri məlumat yayıb. Qeyd olunur ki, qaydalarına əsasən
10.10.2026 574 Pyerluici Kollina da Bakıya gəldi - Video
Sabiq futbol hakimi, hazırda FIFA Hakimlər Komitəsinin sədri olan Pyerluici Kollina Azərbaycana gəlib. "CBC Sport"a istinadən xəbər verir ki, Kollina Bakıda keçirilən FIFA U-15 dünya çempionatını və festivalını izləmək üçün paytaxtımıza səfər edib. Qeyd edək ki, U-15 dünya çempionatı oktyabrı
26.10.2026 409 Nokauta düşən meksikalı boksçu bir həftə sonra öldü
26 yaşlı meksikalı boksçu Arturo Torres sonuncu döyüşünün ardından komaya düşüb və bir həftə belə keçmədən dünyasını dəyişib. xəbər verir ki, bu barədə "Supreme Boxing" promouter şirkəti məlumat yayıb. Qeyd olunur ki, sentyabrın 19-da Mexikali şəhərində Torres öz həmyerlisi Xilberto Qarsiy
26.09.2026 426