"Neftçi" Avropanın perspektivli məşqçilərindən biri ilə müqavilə imzalayıb

"Neftçi" Avropanın perspektivli məşqçilərindən biri ilə müqavilə imzalayıb"Neftçi"nin yeni baş məşqçisi bəlli olub.

"Report"un məlumatına görə, paytaxt klubu Avropanın perspektvili mütəxəssislərindən biri hesab olunan Adrian Mutu ilə müqavilə imzalayıb.

Bir neçə müddətdir tərəflər arasında davam edən danışıqların yekununda klub rəhbərliyi öz planları və islahatlar vəd edən gələcək layihələri ilə rumıniyalı mütəxəssisi razı salıb.

Rumıniya mətbuatında Mutunun "Neftçi"dəki qazancı haqqında müxtəlif spekuliyasiyalar və iddialar səsləndirilsə də, əldə etdiyimiz məlumata görə, onun Bakı klubundan alacağı məvacib iddia olunandan qat-qat azdır.

Məşqçilik karyerasına nisbətən tez – 37 yaşında başlayan və baş məşqçi kimi sonuncu iş yeri Buxarestin "Rapid" klubu olan Mutu müxtəlif vaxtlarda ölkəsinin "Voluntari", "Universitatea Krayova", həmçinin BƏƏ-nin "Əl-Vəhdə" klubunda və Rumıniya millisinin gənclər komandasında işləyib.

Futbolçu kimi çox uğurlu karyeraya malik olan eks hücumçunun ən parlaq illəri İtaliyada keçib. O, bu ölkənin "İnter", "Verona", "Parma", "Yuventus", "Fiorentina" kimi klublarında çıxış edib.

Bundan əlavə, İngiltərədə "Çelsi", Fransada isə "Ayaçço"nun da formasını geyinmiş Mutu əfsanəvi məşqçilər – Marçello Lippi, Klaudio Ranyeri, Joze Mourinyo, Fabio Kapello, Çezare Prandelli kimi mütəxəssislərin rəhbərliyi altında çıxış edib, onlardan futbolun sirlərini öyrənib.

Məşqçi kimi isə özünü ötən mövsüm uzun illər sonra "Napoli"yə A seriyası çempionluğunu qazandıran Luçano Spalettinin yetirməsi hesab edən Mutu oynatdığı oyun tərzi ilə də italiyalı mütəxəssisə bənzəyir. Maraqlıdır ki, "Fiorentina"da çıxış etdiyi zamanlarda Spaletti hücumçunu o zamanlar çalışdırdığı "Roma"ya transfer etmək istəmişdi. Keçid alınmasa da, ikili arasında o vaxtdan qalma dostluq münasibətləri mövcuddur.

Komandasına daha çox hücum və pressinqə əsaslanan taktika aşılayan rumıniyalı məşqçi aqressiv oyuna üstünlük verir. Bir çox futbol şərhçilərinin fikrincə, gənc olmasına baxmayaraq, özünü yetərincə təsdiqləmiş Mutu A seriyasında belə klub çalışdırmaq iqtidarındadır.

Qeyd edək ki, Rumıniya millisinin tarixində əfsanəvi Geroge Haci ilə birlikdə ən çox qol vuran oyunçu da (35 qol) məhz Adrian Mutudur.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 965   Tarix: 10 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Messinin varisi o oldu

Argentina millisinin baş məşqçisi Lionel Skaloni ulduz futbolçu Lionel Messinin beynəlxalq karyerasını başa vurmasından sonra əfsanəvi 10 nömrəli formanı 21 yaşlı Niko Paza verməyi planlaşdırır. "Qafqazinfo" xəbər verir ki, bu qərarın Messi və Nikolas Otamendinin 2026-cı il Dünya Çempionatında

03.09.2026 389
.

Azərbaycan üzgüçülüyünün institusional inkişafı davam edir

Sloveniya Üzgüçülük Assosiasiyasının keçmiş prezidenti ASF-də fəaliyyətə başlayıb. Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN), Milli Olimpiya Komitəsinin (MOK), eləcə də Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi proqramının dəstəyi il

25.08.2026 361
.

Azərbaycanın UEFA reytinqində neçəncidir?

Bu həftə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib. Qaynarinfo xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib. "Sabah" İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesab

11.09.2026 156
.

Qurban Qurbanovdan qələbə şərhi

"Qarabağ"ın futbolçuları "Tvente" ilə matçda çox güc sərf ediblər. Qaynarinfo xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis Niderlandda "Tvente"yə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasını

21.08.2026 339
.

İspaniya millisinin sabiq futbolçusu Susa 32 yaşında karyerasını başa vurub

İspaniya millisinin sabiq futbolçusu Susa 32 yaşında karyerasını başa vurub. "Report" xəbər verir ki, bu barədə oyunçunun yaydan bəri formasını geyindiyi "Kadis" klubu məlumat yayıb. Vinger sözügedən komandanın institusional nümayəndəsi olacaq. Xatırladaq ki, Susa karyerasında İtaliyanı

29.08.2026 246
.

Zubir "Qarabağ"a qayıdır? - RƏSMİ

Səudiyyə Ərəbistanının "Əl-Uruba" klubuna keçidi baş tutmayan Abdullah Zubirin yenidən "Qarabağ"da çıxış edəcəyi ilə bağlı məlumatlar yayılıb. Məsələ ilə bağlı "Qarabağ"ın mətbuat xidmətindən -ın sorğusuna cavab olaraq bildirib ki, klubda Zubirlə bağlı hazırda hər hans

09.09.2026 268
.

"LANDAU Lions" Rəsul Məmmədzadə ilə müqavilənin müddətini uzadıb

"LANDAU Lions" basketbol klubu 19 yaşlı oyunçusu Rəsul Məmmədzadə ilə müqavilənin müddətini daha 1 il uzadıb. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Boyu 192 sm olan və "shooting guard" mövqeyində çıxış edən gənc basketbolçu ötən ay Azərbaycanı

22.08.2026 314
.

Bakıda futbolçu ÖLDÜ - FOTO

Bakıda futbolçu ölüb. -ın əldə etdiyi məlumata görə, minifutbolçu Qiyas Babayev ötən axşam dünyasını dəyişib. O, minifutbol üzrə həvəskarlar liqasında mübarizə aparan paytaxtın "Mayak Nardaran" komandasının üzvü idi

22.08.2026 420
.

"Barselona" "Sabah"a rəqib oldu - Bakıya gələcək-Video-Yenilənib

Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Monakoda baş tutacaq mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu "Sabah" 4-c

27.08.2026 582
.