"Titanik"i görməyə gedənlər itkin düşdü - FOTOLAR
Turistləri "Titanik"in qəzaya uğradığı yerə aparan sualtı qayıq Atlantik okeanında itib.
Axşam.az xəbər verir ki, ABŞ-ın Boston şəhərindəki Sahil Mühafizəsi BBC-yə xilasedicilərin sualtı qayığı tapmağa çalışdığını təsdiqləyib. Sualtı qayıqda beş nəfər - pilot, üç turist və bələdçi olub.
İtmiş sualtı qayığa sahib olan "OceanGate Expeditions" şirkətinin bəyanatında "Bütün diqqətimiz ekipaj üzvləri və onların ailələri üzərindədir. Ekipajda olanların salamat geri qayıtmasına çalışırıq" sözləri yer alıb.
Firma əlavə edir ki, axtarış əməliyyatında bir neçə dövlət qurumu və özəl şirkət iştirak edir.
ABŞ Sahil Mühafizəsi tvitter hesabında sualtı qayıqla əlaqənin bir gündən çox əvvəl kəsildiyini, hadisənin bazar günü baş verdiyini yazıb. ABŞ Sahil Mühafizəsi kontr-admiralı Con Mauger bazar ertəsi jurnalistlərə bildirib ki, itkin düşən qayıqda 70-96 saat oksigen qalıb. Bu müddət ərzində onlar geri qayıtmalıdırlar, əks halda ekipajda sağ qalan olmayacaq. Maugerin sözlərinə görə, axtarışlarda iki təyyarə və bir sualtı gəmi iştirak edir.
Sualtı qayıqda olan şəxslərin adı tam açıqlanmayıb. Bununla belə, məlumdur ki, 59 yaşlı britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinq başqaları ilə yanaşı, sualtı qayıqla "Titanik"ə enməyə çalışıb. Bunu onun ailəsi də təsdiqləyib.
İş adamı hətta həftəsonu sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib. Bundan qürur duyduğunu deyərək "Son 40 ilin ən pis hava şəraitinə görə, bizim səfərimiz, yəqin ki, 2023-cü ildə "Titanik"ə ilk və sonuncu insan dalışı olacaq" sözlərini yazıb.
Hardinq beynəlxalq aviasiya sahəsində fəaliyyət göstərən "Action Aviation" şirkətinə rəhbərlik edir.
"Titanik"ə enmiş sualtı gəminin çəkisi 10 432 kq-dır və istehsalçının saytında verilən məlumata görə, 4000 metr dərinliyə qədər dala bilər. O, 96 saat ərzində beş ekipaj üzvünün həyatda qalmasına yardım edə bilir.
Britaniyanın "Sky News" telekanalının məlumatına görə, sualtı gəmidə "OceanGate Expeditions" şirkətinin direktoru Stokton Raş, fransız akvanavtı Pol-Anri Narjolais də var.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1254 Tarix: 20 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAvropada yeni etiraz dalğası: Z nəsli siyasi sistemə meydan oxuyur
Avropanın bir sıra ölkələrində etiraz aksiyaları geniş vüsət alıb. Bu prosesdə aparıcı qüvvə isə əsasən gənclər, daha dəqiq desək, "Z" nəslinin nümayəndələridir. Fransa, Almaniya, İtaliya, Belçika, Albaniya və digər ölkələrdə küçələrə çıxan gənclərin tələbləri fərqli olsa da, onları birləşdirə
14:46 158 Türkiyə lirəsi dollara qarşı tarixi antirekordu yeniləyib
Türkiyə lirəsi ABŞ dollarına qarşı tarixi antirekordu yeniləyib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, lirənin məzənnəsi ilk dəfə olaraq 1 dollara qarşı 50 lirəni keçib. Məlumata görə, həftəyə yüksəlişlə başlayan dollar yeni həftənin ilk ticarət günündə rekord səviyyəy
02.11.2026 418 Hakerlər Avropa supermarketlərinin soyuducularını sıradan çıxarıb
Haker hücumu nəticəsində bir neçə Avropa ölkəsində supermarketlərin soyuducu və dondurucu sistemləri sıradan çıxıb, nəticədə ərzaq məhsulları əriməyə başlayıb. xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Hadisələr Belçika, Lüksemburq, İsveç, İrlandiya və Estoniyada onlarla supermarketd
11:25 224 Əsgər getməmək üçün özlərinə xəsarət yetirdilər - ŞOK FAKTLAR
Son zamanlar hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi çərçivəsində məsuliyyət tədbirləri sərtləşdirilib, bu sahədə görülmüş tədbirlər korrupsiya risklərinin azaldılmasına, tibbi şəhadətləndirmə sahəsində fəaliyyətin şəffaflığının artırılmasına mühüm töhfə verməkdədir
02.11.2026 515 Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur
16:23 42 Almaniyalı nazir Əbu-Dabidəki danışıqlardan gözləntilərini açıqladı
Almaniyanın müdafiə naziri Boris Pistorius Əbu-Dabidə Ukrayna ilə bağlı keçirilməsi planlaşdırılan növbəti üçtərəfli danışıqların nəticələrinə şübhə ilə yanaşdığını bildirib. xəbər verir ki, bu barədə Reuters agentliyi nazirin açıqlamasına istinadən məlumat yayıb. "Son illərin təcrübəsinə əsaslanaraq
11:14 206 Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 18 yaşlı Ə.X. əsgərlikdən əvvəl 14 yaşlı qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinib. Bu hadisə Azərbaycanın rayonlarından birind
02.11.2026 564 Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": bunu dayandırmağın yolu
Android telefonları Wi-Fi şəbəkəsinə qoşulu olduqda belə mobil internet paketindən istifadə edə bilər. Bunun səbəbi telefonun bəzi gizli parametrlərinin mobil şəbəkə ilə əlaqəni aktiv saxlamasıdır. xarici mediaya istinadla xəbər verir ki, bütün ay ərzində evdə Wi-Fi-yə qoşulu olmasına baxmayaraq, təxminə
02.11.2026 363 Trampdan İranla bağlı yeni açıqlama: Daha iki obyekt hədəfə alına bilər
ABŞ Prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo iqamətgahında jurnalistlərə açıqlamasında İranın Kolanq-Qaz-La dağının altındakı şübhəli nüvə obyektinə zərbə endirilməsinin mümkünlüyündən danışıb. xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Tramp bildirib ki, ABŞ İslam Respublikasını
10:45 234