JURNALİSTİ DÖYƏNİ 8 İLƏDƏK HƏBS GÖZLƏYİR
APA TV-nin müxbirinin Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş verən yanğın hadisəsini işıqlandırmaq istəyərkən hücuma məruz qalması ictimaiyyətdə narazılıqla qarşılandı. Xatırladaq ki, bir neçə gün əvvəl "Real TV" ilə "Space TV"nin əməkdaşları da məktəb qarşısında fiziki zorakılığa məruz qalıblar. Bəs jurnalistlərin fəaliyyətinə müdaxilə edənləri hansı cəza gözləyir?
""Media Haqqında" qanunun 6.2-ci maddəsinə görə, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə, jurnalistlərin təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir. Eləcə də "Cinayət Məcəlləsi"nin 163-cü maddəsinə əsasən, jurnalistlərin peşə fəaliyyətinə mane olmaq, onlara zor tətbiq etmək, zor tətbiq etmək hədəsi ilə onları məlumat yaymaqdan və ya məlumat yaymaq fəaliyyətindən imtina etməyə vadar etməyə görə, 500 manatdan 1000 manatadək cərimə və ya bir ilədək islah işləri nəzərdə tutulub". Bunu hüquqşünas Ramil Süleymanov BiG.AZ-a açıqlamasında bildirib.
Ramil Süleymanov qeyd edib ki, şəxs bu əməlləri öz qulluq mövqeyindən istifadə etməklə törətdikdə o, 3 ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya edilməməklə, hətta 1 ilədək azadlıqdan məhrum edilməklə cəzalandırıla bilər: "Fəaliyyət göstərdiyi zaman jurnalistin döyülməsi, ona xəsarət yetirilməsi "Cinayət Məcəlləsi"nin digər müvafiq maddələri ilə tənzimlənir. Jurnalistin aldığı xəsarətin dərəcəsi müəyyən olunacaq. Əgər bu jurnalistin sağlamlığına ağır zərər vurma ilə nəzərdə tutulan cinayətin törədilməsi ilə yekunlaşarsa, şəxs "Cinayət Məcəlləsi"nin 126.1-ci maddəsinə görə 3 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Qəsdən sağlamlığa az ağır zərər vurma ilə törədildikdə isə 2 ilədək azadlığın məhdudlaşdırılması və 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Yüngül zərər vurmaya görə 1000 manatdan 1500 manatadək cərimə, 1 ilə qədər müddətdə azadlığın məhdudlaşdırılması və 1 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq".
Qeyd edək ki, əgər bu kütləvi şəkildə bir qrup şəxs tərəfindən törədilərsə, "Cinayət Məcəlləsi"nin 126 və 127-ci maddələrinə görə, daha ağır cəzalar nəzərdə tutulub.
AYNURƏ MƏMMƏDOVA
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 161 Tarix: 02 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZƏFƏR GÜNÜ: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ ŞUŞANIN MİLLİ-MƏNƏVİ DİRÇƏLİŞİ
Azərbaycan xalqının tarixində 8 Noyabr - Zəfər Günü milli dövlətçilik salnaməsinin ən möhtəşəm hadisələrindən biri kimi xüsusi yer tutur. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi qələbənin ildönümü deyil, həm də Azərbaycan dövlətinin siyasi iradəsinin, milli birliyinin, ordusunu
12:32 209 Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib
ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili
12:25 225 Cövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
10:35 303 Zəfər Günü və Şuşa - Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ, milli iradənin və tarixi ədalətin təntənəsi
Azərbaycanın müasir tarixində Zəfər Günü və Şuşanın azad olunması təkcə hərbi qələbə kimi deyil, dövlətçilik tariximizin, milli özünüdərkin və geosiyasi mövqeyimizin dəyişməsinə səbəb olan fundamental hadisələr kimi qiymətləndirilməlidir. Bu tarixi hadisələr Azərbaycan xalqının onilliklər ərzində daşıdığ
14:56 187 ZƏFƏR GÜNÜ VƏ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ YENİ REALLIQLARIN FORMALAŞMASI
Azərbaycanın müasir tarixində Zəfər Günü və Şuşanın işğaldan azad olunması xalqın milli iradəsinin, dövlətin siyasi qətiyyətinin və ordunun hərbi qüdrətinin təcəssümü kimi xüsusi yer tutur. Bu hadisələrin əhəmiyyəti yalnız 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi nailiyyətlə məhdudlaşmır. Zəfə
12:16 214 Ərdoğan Zəfər Günü təbrikini Azərbaycan səmasından etdi - Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreyaya səfərə gedərkən təyyarəsi ölkəmizin hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb. "Qafqazinfo" xəbər verir ki, o, dövlət başçısı İlham Əliyevə və Azərbaycan xalqına Zəfər Günü münasibətilə Prezident Rəcəb Tayyi
13:14 266 Rubio: Tramp İran məsələsinin imkan daxilində diplomatiya ilə həllinə üstünlük verir
ABŞ İranla münaqişənin həlli üzrə çoxsaylı təmaslar edir və davamlı olaraq danışıqlar aparır. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Atlantada (Corciya ştatı) G20 ölkələrinin xarici işlər nazirlərinin görüşlərinin yekunlarına dair keçirilə
01.11.2026 349 Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq: "Yaxşı və pis ruhlar mövcuddur"
ABŞ-nin vitse-prezidenti Cey Di Vens uçan naməlum obyektlər (UNO) və qeyri-adi təbiət hadisələrinə dair məlumatları araşdırmaq məqsədilə gizli sənədlərə olan çıxış imkanından faydalanacağını bəyan edib. xəbər verir ki, siyasətçi bu barədə "Fox News" telekanalının efirindəki çıxışı zamanı danışıb
01.11.2026 351 Vuçiçin Serbiya Tərəqqi Partiyasının sədrliyinə namizədliyi təklif edilib
Serbiya Tərəqqi Partiyasının (STP) sədri Miloş Vuçeviç öz vəzifəsinə Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiçin namizədliyini təklif edib. "Report" "N1"ə istinadən xəbər verir ki, partiyanın yeni rəhbərliyi bu il dekabrın 13-də keçiriləcək iclasda seçiləcək. "STP sədri kim
01.11.2026 348