"ÖZƏL TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ OXUYANLAR AZALACAQ"
2026-2027-ci tədris ilində özəl ümumtəhsil müəssisələrində təhsil haqqı artıb. Araşdırmalara görə, keçən illə müqayisədə illik təhsil haqqında 1000-2000 manat bahalaşma var. Məsələn, Bakı Modern Təhsil Kompleksi I-IV siniflərdə illik təhsil haqqı Azərbaycan bölməsi üzrə 13.000 manat, ingilis bölməsi üçün 18.000, 9-11 siniflər üzrə təhsil haqqı ingilis bölməsi üzrə 17 min manat təşkil edir. Ötən tədris ilində isə təhsil haqqı 12 000 manatdan başlayırdı.
"Təhsil haqqının artması səbəbindən ümumtəhsil müəssisələrində oxuyanlar azalacaq". Bunu BiG.AZ-a təhsil eksperti Elçin Əfəndi bildirib.
Elçin Əfəndinin sözlərinə görə, qiymət artımının dəyişdirilməsinin əsaslandırılması göstərilən xidmət növündən asılı olaraq dəyişir: "Elə özəl təhsil müəssisələri var ki, qidalanma, yataqxana şəraiti, servis, keyfiyyətli tədris, beynəlxalq tədris proqramı, pedaqoji heyət təklif olunan xidmətlərə daxildir. Özəl təhsil müəssisələri bu amilləri nəzərə alaraq qiymət artımını əsaslandırır. Yenə də özəl məktəblərdə qiymət elə tənzimlənməlidir ki, ailələrin büdcələri övladlarının təhsil almasına yetsin. Bəzi özəl təhsil müəssisələrinin verdiyi təhsil o qədər də uğurlu deyil, amma illik təhsil haqqı yüksəkdir. ELə təhsil müəssisələri var ki, illik təhsil haqqı minumum 3 min manatdan başlayır, 25-30 min manat arasında dəyişir. Valideynlər xüsusi xidmətlərə görə özəl məktəblərə maraq göstərirlər, amma bu həmin təhsil müəssisələrinin qitmət artırmalarına əsas verməməlidir".
Elçin Əfəndi bildirib ki, istər özəl, istər də dövlət məktəblərində oxuyanlar həm ölkədə, həm də xaricdə ali təhsil müəssisələrinə qəbul olmaq üçün hazırlıq keçməlidirlər. Bu baxımdan dövlət təhsil müəssisələrində təhsil almaları vacibdir. Valideyn övladını illik təhsil haqqı yüksək olan özəl təhsil müəssisəsində oxutmasına baxmayaraq, yekunda hazırlığa yönəldirsə, ora xərclədiyi vəsaiti övladı yuxarı siniflərdə oxuyanda hazırlığa sərf etsə, daha məqsədəuyğundur".
AYNURƏ MƏMMƏDOVA
BiG.Az
Telegramda izləyin
Baxılıb: 132 Tarix: 03 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş10-cu avtomobilin açarları təqdim edildi!
Bakcell-in meqa lotereyasında 10-cu avtomobil qalibi məlum olub. Həftəlik tirajın nəticələrinə görə növbəti "Zeekr 001" qalibi Nərmin Əmrahova olub. 31 dekabra qədər davam edəcək lotereyada daha 3 "Zeekr 001" avtomobili öz şanslı sahiblərini tapacaq. Meqa hədiyyəyə isə sayılı günlə
15.12.2025 486 Aytən Səfərova ağır qəza keçirdi: Ölənin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
"Aprelin 17-də saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub". xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini
17.04.2024 4616 Sabiq deputat Hadı Rəcəblinin harada dəfn olunacağı BİLİNDİ - YENİLƏNİB
Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli Qurd qapısı qəbiristanlığında dəfn olunacaq. Bunu -a açıqlamasında mərhum deputat Hadi Rəcəblinin qardaşı İqbal Rəcəbli deyib. O, qeyd edib ki, vida mərasimi Təzəpir məscidində saat 13:00-da olacaq. 08:58. "Sabi
17.04.2024 2803 Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - YENİLƏNİB
Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib. Qeyd olunub ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində iki nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 200-ci il təvəllüdl
19.04.2024 2958 İş Axtarışı: Uğurlu Karyera Yolunda İlk Addım
Müasir dövrdə iş tapmaq prosesi getdikcə rəqəmsallaşır və müxtəlif sahələrdə karyera qurmaq istəyənlər üçün geniş imkanlar yaranır. İş axtaranlar üçün əsas məsələlərdən biri doğru platformanı seçmək, bacarıqlarına və təcrübəsinə uyğun vakansiyaları tapmaqdır. Əvvəllər iş elanları qəzetlərdə və tanışla
04.02.2025 941 Mirfərhad Həbibidən yeni musiqi sürprizi: "Mavi gözündə" klipi YouTube-da yayımlandı - VİDEO
Gənc ifaçı Mirfərhad Həbibi dinləyicilərin diqqətini yeni layihəsi ilə cəlb etməyə davam edir. BİG.AZ xəbər verir ki, sənətçi bu dəfə "Mavi gözündə" adlı yeni mahnısını təqdim edib. Musiqi ilə yanaşı, ifaçı mahnıya xüsusi olaraq çəkilmiş klipi də izləyicilərin ixtiyarına verib. Sözügedən ekra
06.05.2026 542 Aytən Səfərovanı bu jurnalist əvəz etdi - FOTO
Tanınmış aparıcı Aytən Səfərovanı (Piriyeva) Xəzər TV-nin "Xəbər ertəsi" verilişində jurnalist Ruzanna Kərimli əvəz edib. -ın xəbərinə görə, R.Kərimli artıq bu gündən işinin icrasına başlayıb. Xatırlatma: Aprelin 17-də Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayı
22.04.2024 2225 "Min bir gecə" baleti Moskvada - Fotolar
Rusiyanın paytaxtı Moskva şəhərindəki "Bolşoy teatr"ın səhnəsində Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Fikrət Əmirovun "Min bir gecə" baleti nümayiş olunub. Axşam.az-ın "Report"a istinadən məlumatına görə, Mariinski Teatrının Primorski səhnəsinin balet truppasının bədi
28.09.2023 1549 "Misli.az ilə Avropaya" – 2-ci tirajın nəticələri
Ölkənin qanuni şans oyunları mərkəzi -ın stimullaşdırıcı lotereyasının ikinci tirajında daha 6 nəfər qalib olub. Onlardan 3 nəfər Almaniyada keçiriləcək futbol üzrə Avropa Çempionatına hər şey daxil tur paketinə sahib olub. Səyahət paketi qazananlar həm Berlini gəzə, həm də 14 iyulda burada keçiriləcə
24.05.2024 867