ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbAzərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib.

Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycan xalqının milli birliyindən, Ordumuzun qəhrəmanlığından və əldə olunan tarixi Zəfərdən bəhs olunub. Qeyd edilib ki, bu Qələbənin arxasında Vətən uğrunda canından keçən igid oğullarımızın misilsiz fədakarlığı dayanır.

Tədbirdə şəhid Elvin İmaməliyevin həyat və döyüş yolu haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Elvin İmaməliyev 9 may 1989-cu ildə Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 2006-cı ildə Qırılı kənd orta məktəbini bitirdikdən sonra 2006-2010-cu illərdə Azərbaycan Dillər Universitetində xarici dil müəllimliyi (fransız dili) ixtisası üzrə ali təhsil alıb. 2012-ci ildə təhsil aldığı məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. Bilik və bacarığı, əzmkarlığı və təşkilatçılıq qabiliyyəti sayəsində 2019-cu ildə Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin direktoru təyin olunub və həmin dövrdə rayonun ən gənc məktəb direktorlarından biri olub.

Eyni zamanda, Yeni Azərbaycan Partiyasının Ağstafa Rayon Şöbəsinin Gənclər Birliyinin sədri kimi fəaliyyət göstərən Elvin İmaməliyev müharibənin ilk günlərindən könüllü olaraq döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edərək böyük şücaət göstərib. Bir zamanlar müəllim kimi yetişdirdiyi şagirdlərə nümunə olan Elvin müəllim Vətən müharibəsində də öz qəhrəmanlığı ilə yaddaşlarda əbədi iz qoyub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları şərəflə yerinə yetirməsinə görə Elvin İmaməliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Tədbirdə şəhidin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Elvin İmaməliyevin müəllimlik fəaliyyəti, şagirdlərinə göstərdiyi diqqət və qayğı, Vətənə bağlılığı və qəhrəmanlığı bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Universitetin rektoru, akademik Kamal Abdulla tədbirdə çıxış edərək şəhidlərin xatirəsinin yaşadılmasının, onların adlarının gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayıb.

Şəhidin ailəsinə, doğmalarına, müəllimlərinə və onu tanıyan hər kəsə əziz xatirəsinin daim yaşayacağı bildirilib. Qeyd olunub ki, Elvin İmaməliyevdən yadigar qalan iki oğlu - Təyyar və Tunar atasının adını və xatirəsini yaşadan ən dəyərli əmanətlərdir.

Tədbir çərçivəsində bədii proqram da təqdim olunub. Şəhid Elvin İmaməliyevin vaxtilə müəllimi olduğu şagird, hazırda Azərbaycan Dillər Universitetinin 220B qrup tələbəsi Mədinə Əliyeva onunla bağlı xatirələrini bölüşüb və Nəriman Həsənzadənin sözlərinə bəstələnmiş "Azərbaycan" mahnısını gitarada ifa edib. Universitetin 314B qrup tələbəsi Aminə Quluyeva "Ey şəhidim" şeirini səsləndirib. 119A qrup tələbəsi Umuş Əmirova şəhid analarına həsr olunmuş "Salam, şəhid anası" şeiri ilə çıxış edib. 426 b qrup tələbəsi Məlahət Mirzəyeva isə "Xudayar təsnifi"ni ifa edib.

Şəhid Elvin İmaməliyevin ailə üzvləri - anası Rəfiqə İmaməliyeva və Günel İmaməliyeva öz xatirələrini bölüşüb, Elvinin döyüş yolu və tələbəlik illərindən danışıblar.

Qeyd edək ki, ADU HİK tərəfindən iki saylı tədris korpusuna şəhid məzunların şəkilləri olan lövhə vurulub.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıbADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 157   Tarix: 03 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

02.11.2026 352
.

Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Siphandon Oybuabuddini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbə

12:06 148
.

Zəfər Günü və Şuşa - Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ, milli iradənin və tarixi ədalətin təntənəsi

Azərbaycanın müasir tarixində Zəfər Günü və Şuşanın azad olunması təkcə hərbi qələbə kimi deyil, dövlətçilik tariximizin, milli özünüdərkin və geosiyasi mövqeyimizin dəyişməsinə səbəb olan fundamental hadisələr kimi qiymətləndirilməlidir. Bu tarixi hadisələr Azərbaycan xalqının onilliklər ərzində daşıdığ

02.11.2026 295
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

12:41 150
.

"Arsenal" 14 ildən sonra ilk dəfə "Enfild"də qələbə qazandı

İngiltərə çempionu "Arsenal" 14 ildən sonra ilk dəfə Premyer Liqa oyununda "Enfild" stadionunda "Liverpul"u məğlub edib. -ın xəbərinə görə, İngiltərə Premyer Liqasının doqquzuncu turunda "Arsenal" alman hücumçu Kay Havertsin qolu sayəsində "Liverpul"

02.11.2026 342
.

Türkiyədə onkoloji xəstələrə saxta dərman satan şəbəkə ifşa edildi

Türkiyədə istifadə müddəti bitmiş onkoloji dərmanların qablaşdırmasını dəyişdirərək onları ölkə daxilində və xaricdə satışa çıxaran şəbəkəyə qarşı eyni vaxtda 11 bölgədə genişmiqyaslı əməliyyat keçirilib. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürle

02.11.2026 367
.

Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 18 yaşlı Ə.X. əsgərlikdən əvvəl 14 yaşlı qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinib. Bu hadisə Azərbaycanın rayonlarından birind

02.11.2026 539
.

Şuşanın azad olunması Qarabağda separatizmin sonu oldu

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən əsas hədəf olaraq Şuşanın azad olunmasını müəyyən etmişdi. Buna görə də Azərbaycan Ordusunun bütün əməliyyatları məhz Şuşanı ələ keçirmək üçün zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-da Türkiyənin "A Haber"

02.11.2026 362
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

13:12 105
.