Qurban Qurbanov: "Heyəti düşündüyümüz kimi formalaşdırdığımızı desəm, yalan olar"
"Heyəti tam düşündüyümüz kimi formalaşdırdığımızı desəm, yalan olar".
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.
51 yaşlı mütəxəssis daha bir neçə oyunçu dəvət etmək istədiklərini bildirib: "Əlimizdəki oyunçulara daim güvənmişik. Onların performansını yaxşılaşdırmağa çalışmışıq. Bir neçə yeni futbolçu cəlb etmək, heyəti genişləndirmək planımız var. Danışıq apardığımız oyunçularla anlaşsaq, mütləq onları transfer edəcəyik".
Baş məşqçi "Zirə"nin fransalı hücumçusu Hamidu Keytanın transferini yekunlaşdırdıqlarını əlavə edib: "Keyta əvvəldən bizim transfer siyahımızda var idi və artıq onunla danışıqlar müsbət yekunlaşıb".
Q.Qurbanov 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasında uğurlu çıxış hədəflədiklərini vurğulayıb: "Çempionlar Liqası çox ciddi turnirdir. Ötən mövsüm də ilk mərhələdən pley-offa qədər güclü rəqiblərlə qarşılaşdıq. Maraqlı oyunlarımız oldu. Bu il də turnirə ciddi hazırlaşmağa məcburuq".
O, komandanın yay hazırlıq planının bəlli olduğunu da deyib: "İyunun 10-da Bakıda yığışacağıq və 22-də Avstriyaya səfər gözlənilir. Oradakı proqram və yoxlama görüşlərinin günləri bəllidir. Sadəcə, rəqiblər hələ məlum deyil".
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1106 Tarix: 27 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRonaldu millidən ayrıldı, Portuqaliyada kütləvi etirazlar başladı - Video
Portuqaliya millisinin azarkeşləri Kriştianu Ronaldunun milli komandadan qalmaqallı şəkildə ayrılmasına etiraz olaraq aksiya keçiriblər. xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində küçələrə çıxan azarkeşlər futbolçunun adını səsləndirib və əfsanəvi oyunçuya hörmət tələb ediblər. Azarkeşlərin narazılığ
04.10.2026 702 Pyerluici Kollina da Bakıya gəldi - Video
Sabiq futbol hakimi, hazırda FIFA Hakimlər Komitəsinin sədri olan Pyerluici Kollina Azərbaycana gəlib. "CBC Sport"a istinadən xəbər verir ki, Kollina Bakıda keçirilən FIFA U-15 dünya çempionatını və festivalını izləmək üçün paytaxtımıza səfər edib. Qeyd edək ki, U-15 dünya çempionatı oktyabrı
26.10.2026 409 Yaşlı qadınlarla bağlı ittiham: Kerroll Kapello ilə yaşadığı hadisəni açıqladı
İngiltərə millisinin keçmiş hücumçusu Endi Kerroll "Owning It" adlı avtobioqrafiyasında italiyalı mütəxəssis Fabio Kapellonun rəhbərliyi altında çalışdığı dövrü xatırlayıb. -ya istinadən xəbər verir ki, 37 yaşlı keçmiş futbolçu milli komandaya dəvət aldığı zaman Kapello ilə arasında yaşana
04.10.2026 478 Ronaldo Portuqaliya millisini tərk etdi
Dünyaca məşhur futbolçu Kriştiano Ronaldo Portuqaliya milli komandasının heyətindən ayrılıb. Axşam.az xəbər verir ki, futbolçu bu barədə sosial media hesabında paylaşım edib. Ronaldo Danimarka ilə oyundan əvvəl baş məşqçi Xorxe Jezusla yaranmış münaqişədən sonra bu addımı atıb:. "Milli komandanı
01.10.2026 637 11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi
Britaniyalı şahmatçı Bodhana Sivanandan qadınlar arasında şahmat tarixinin ən gənc beynəlxalq ustası olub. "The Guardian"a istinadən xəbər verir ki, Sivanandan bu uğura Monteneqronun Budva şəhərində keçirilən Avropa Klublar Kubokunda nail olub. O, 1988-ci ildə 12 yaşında beynəlxalq usta titulun
25.10.2026 445 Kriştianu Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
Beşqat "Qızıl top" sahibi və futbol tarixinin ən məhsuldar qolçularından olan portuqaliyalı hücumçu Kriştianu Ronaldu ümumi qazancı 2 milyard dollara çatan ilk aktiv idmançı olub. xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb. Nəşrin qiymətləndirməsinə görə, futbolçu 2026/2027-c
25.10.2026 342 Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı
Əfsanəvi futbolçu Lionel Messi İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "İnter"in (Mayami) ulduzu bu gün axşam İspaniyanın Ovyedo şəhərində Campoamor Teatrında təşkil olunacaq təntənəli mərasimd
22.10.2026 593 ACF rəsmisi: "Azərbaycanda müasir idman infrastrukturunun yaradılması üzrə mühüm işlər görülüb"
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə müasir idman infrastrukturunun yaradılması, idmançıların dəstəklənməsi və mötəbər beynəlxalq idman tədbirlərinin Azərbaycanda keçirilməsi istiqamətində mühüm işlər görülüb. "Report"un məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasını
03.10.2026 455 Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub etdi
Türkiyə Super Liqasının IX turunun derbi matçında "Qalatasaray" öz meydanında "Fənərbağça" ilə qarşılaşıb. Qaynarinfo xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qalatasaray"ın qələbə qazandıran qolları Viktor Osimhen 29 və 44-cü dəqiqələrd
27.10.2026 236