Əliyevin Aİİ-nin iclasında Zəngəzur dəhlizinə vurğusu: Paşinyan niyə sənəd imzalamaq istəmir?
Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi (Aİİ) Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak etdi.
Əliyevin iştirakı heç bir halda Azərbaycanın bu quruma üzv olacağı anlamına gəlmir.
Azərbaycan, sadəcə, dayanıqlı və özünü təmin edən iqtisadiyyatını xarici siyasətlə əlaqələndirmək və onu daha da böyütmək üçün Aİİ-nin iqtisadi prioritetlərini nəzərdən keçirir.
Ölkəmiz Aİİ-yə daxil olan Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstanla sıx iqtisadi-siyasi əlaqələrə malikdir, lakin Birliyin digər üzvü Ermənistanla münasibətlər qurulmayıb.
Azərbaycan Aİİ üzvləri ilə (Ermənistan xaric) beş milyard dollara yaxın ticarət dövriyyəsinə malikdir.
Bu mənada İlham Əliyevin iclasdakı iştirakı Azərbaycanın Aİİ ilə münasibətlərini qiymətləndirmək üçün ali səviyyəli mesajı özündə cəmləşdirir.
İclasdan sonra İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə üçtərəfli görüş keçiriləcək.
Görüşdən öncə, Prezident İlham Əliyevin çıxışı zamanı ən çox diqqəti çəkən məqamlardan biri Zəngəzur dəhlizi layihəsinin beynəlxalq Şərq-Qərb və Şimal-Cənub dəhlizləri fonunda əhəmiyyətini göstərmək idi.
Bu, açılması gözlənilən Zəngəzur dəhlizinin iki böyük qlobal tədarük zəncirlərinə inteqrasiya ediləcəyinin və beynəlxalq dəstək aldığının göstəricisidir.
Ancaq Ermənistan hələ də Zəngəzur dəhlizi ilə bağlı ikibaşlı mövqeyə malikdir və bunu iclas zamanı da nümayiş etdirdi, Paşinyan İlham Əlieyevə cavab verməyə çalışdı.
Paşinyanın mövqeyi yeni bir şey deyil, ancaq Moskvada gözlənilən üçtərəfli görüşə az qalmış diplomatik-siyasi etikadan kənara çıxır.
Əliyev bu kənaraçıxmaları nəzərə alaraq bağlı qapılar arxasındakı danışıqlarda Paşinyana lazımi cavablar verəcək və Paşinyanın uğursuz olduğunu bir daha göstərəcək.
Belə versiya bu fikri gündəmə gətirir ki, Moskva görüşündə hər hansı sənədin qəbul edilməsi gözlənilmir, çünki məhz Paşinyan bunda maraqlı deyil. Görüşün nəticəsi olaraq, ən yaxşı halda birgə bəyanat razılaşdırıla bilər.
Sənədin imzalanmamasına səbəb verəcək digər faktor Rusiya ilə Ermənistan arasındakı gərginlikdir, Moskva görüşü öncəsi iki ölkə arasındakı diplomatik atışmalar da bunu deməyə əsas verir.
Rusiya Prezidenti Vladimir Putin də Ermənistana siqnal ötürdü, o, çıxışı zamanı ölkələrin ərazi bütövlüyünün əsas, fundamental prinsip olduğunu, qalan məsələlərin isə ikinci dərəcəli olmasını bildirdi.
Putinin mövqeyi üçtərəfli danışıqlarda Azərbaycanın əlini güclü edəcək./Oxu.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1167 Tarix: 25 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentdən Kamran İmanovla bağlı - Sərəncam
Kamran Sultan oğlu İmanov "Şərəf" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafında böyü
16:21 0 Məşhur aktyorla bağlı 63 milyon dollarlıq borc QALMAQALI
"The Princess Diaries" filmi ilə tanınan amerikalı aktyor Erik fon Dettenin əvvəllər çalışdığı qiymətli metalların satışı ilə məşğul olan "Rosland Capital" şirkətinin 63 milyon dollardan çox borcu olduğu məlum olub. xarici mediaya istinadən xəbər verir ki, iyul ayında müflis olduğun
03.11.2026 350 NATO-dan Rusiya ilə bağlı yeni hərbi yanaşma
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) yenilənmiş strategiyası Rusiyanın dərinliklərində yerləşən hədəflərə zərbələr endirilməsini nəzərdə tuta bilər. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri planın təfərrüatlarını açıqlayıb. Nəşrin məlumatına görə, Ukrayna v
11:09 218 ABŞ və İran arasında genişmiqyaslı müharibə başlaya bilər - TARİX AÇIQLANDI
ABŞ və İran yaxın iki həftə ərzində bir-birinə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər. xəbər verir ki, bu barədə İran üzrə ixtisaslaşmış politoloq, Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (IMEMO RAS) kiçik elmi işçisi Anastasiya Kislitsyn
10:33 234 Melaniya Tramp noyabrın 5-də Ağ Evdə Ukrayna və Rusiya nümayəndələrini bir araya gətirəcək
Rusiya və Ukrayna təmsilçiləri Ağ Evdə görüşəcək. APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Məlumata görə, ABŞ-ın birinci xanımı Melaniya Tramp şəxsən hər iki ölkənin nümayəndələrinin görüşündə rol oynayacaq. Məlumatda oktyabrın 29-da Aleşkidə elan edilən atəşkəsdən də söz açılıb və bunun ABŞ-ı
03.11.2026 387 Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu gün Bakı Ekspo Mərkəzində keçirilən "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbua
14:33 186 Xiyarı qabığı ilə yeyin - SƏBƏBİ
Qidalanma mütəxəssisləri xiyarın qida dəyərini ətraflı araşdıraraq onun insan orqanizmi üçün faydalarını açıqlayıblar. Onlar təzə xiyarın gündəlik qida rasionuna daxil edilməsinin vacibliyini vurğulayıblar. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər təzə xiyarın müntəzəm istehlakının sağlamlığ
03.11.2026 383 "Tələbə təqaüdünün məbləği artırılacaq"
Tələbələrin təhsilə marağının artırılması, eləcə də onların yaşayış və digər zəruri ehtiyaclarının qarşılanmasına dəstək göstərilməsi baxımından təqaüd təminatının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. 2026-cı ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təxminə
16:23 0 Böyük Qayıdış Qarabağ iqtisadiyyatına necə təsir edəcək?
Qarabağın işğaldan azad edilməsindən sonra həyata keçirilən Böyük Qayıdış prosesi Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm mərhələlərdən biri hesab olunur. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıtması yalnız demoqrafik baxımdan deyil, həm də bölgənin iqtisadi həyatını
11:52 238