Məşhur aktyorla bağlı 63 milyon dollarlıq borc QALMAQALI
"The Princess Diaries" filmi ilə tanınan amerikalı aktyor Erik fon Dettenin əvvəllər çalışdığı qiymətli metalların satışı ilə məşğul olan "Rosland Capital" şirkətinin 63 milyon dollardan çox borcu olduğu məlum olub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, iyul ayında müflis olduğunu elan edən "Rosland Capital" şirkətinin ümumi borcu 63 milyon 695 min 60 dollara çatıb.
Aktyor hazırda San-Dieqo bölgəsində yaşayan yaşlı ər-arvad - 85 yaşlı Şeyla Qrinberq və 97 yaşlı Norman Qrinberq tərəfindən məhkəməyə verilib.
İddia ərizəsinə əsasən, aktyor "Rosland Capital" şirkətində nümayəndə kimi çalışdığı dövrdə, 2020-2021-ci illər ərzində cütlüyü üç ayrı əməliyyatla ümumilikdə 2 milyon dollardan çox dəyərində qızıl sikkə almağa razı salıb.
Qrinberqlər bildiriblər ki, fon Detten özünü qiymətli metallar və bu sahəyə yönəldilən fərdi pensiya hesabları üzrə təcrübəli mütəxəssis kimi təqdim edib. O, cütlüyə onların maliyyə ehtiyaclarına, xüsusilə də yığımlarının qorunmasına uyğun investisiya tövsiyələri verəcəyini vəd edib.
Məhkəmə sənədlərində qeyd olunur ki, aktyor yaşlı ər-arvada investisiya qərarlarını tamamilə ona həvalə etməyi tövsiyə edib. Fon Detten onların pensiya hesablarındakı vəsaitləri uyğun investisiya məhsullarına yönəldəcəyini və bütün proses boyunca onlara rəhbərlik edəcəyini bildirib.
İddiaçıların sözlərinə görə, onlar aktyora tam etibar edərək pensiya yığımlarının idarə olunmasını ona həvalə ediblər.
Lakin sonradan məlum olub ki, alınan qızıl sikkələrin real bazar dəyəri onların ödədiyi məbləğdən xeyli aşağıdır.
Cütlük nəticədə pensiya yığımlarından yüz minlərlə dollar itirdiyini iddia edir.
2025-ci ildə həyata keçirdikləri müstəqil araşdırmadan sonra Qrinberqlər məhkəməyə müraciət etmək qərarına gəliblər.
Hazırda ər-arvad dəydiyini iddia etdikləri maliyyə zərərinin ödənilməsi üçün ən azı 900 min dollar təzminat tələb edir. Bundan əlavə, məhkəmə prosesində müəyyənləşdiriləcək əlavə zərərin də qarşılanmasını istəyirlər.
Yerli media məsələ ilə bağlı Erik fon Dettenin nümayəndəsinə müraciət edib. Lakin aktyor nə məhkəmə iddiasına, nə də "Rosland Capital" şirkətinə qarşı irəli sürülən ittihamlara açıq şəkildə münasibət bildirib.
Qeyd edək ki, Erik fon Detten 1990-cı və 2000-ci illərdə bir sıra məşhur ekran əsərlərində rol alıb. O, xüsusilə "Toy Story" animasiya filmində Sid obrazını səsləndirməsi və Enn Heteveylə birlikdə "The Princess Diaries" filmində çəkilməsi ilə tanınıb.
Son illərdə aktyorluq fəaliyyətindən əsasən uzaqlaşan fon Dettenin son ekran işi 2024-cü ildə yayımlanan "My Acting Coach Nightmare" televiziya filmi olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 117 Tarix: 03 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSoğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544