"Övladları eyni gündə həmin yuxunu görüblər"
"Son günlərdə sizin nələr çəkdiyinizi bilirəm. Oqtayın mərasimlərini yola verdiniz, onun anası Elmira xanımın, atası Vidadi müəllimin də qayğısına qalırsınız. Oqtayın qəbir daşını düzəltdirdiniz və evdə övladlarınızı ovundurdunuz. Bütün bunlar sizin necə iradəli və möhkəm qadın olduğunuzu göstərir. Özünüzə qapılmağa ixtiyarınız yoxdur".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Söhbət var" proqramında deyib. Aktrisa Əməkdar artist Dilarə Əliyeva təskinlik verərək, həyat yoldaşı, "Soy" prodakşının rəhbəri Oqtay Əliyevin vəfatından söz açıb:
"Bu dərd sizə bəsdir. Siz dağ kimi bir insanı, can, baş, ömür-gün yoldaşınızı, övladlarınızın atasını itirdiniz. Oqtay çox cavan getdi. Dilarə Oqtayı yaşatmalıdır. İşinizi yarımçıq qoya bilməzsiniz. Bilirəm ki, bu proyektlərin hamısında Oqtayın əli, fikri, sizə olan məsləhətləri var. Əgər siz işlərinizi saxlasanız, başqa bir dünyanın insanı olsanız, hər şeyi bağlasanız, başqalarının fikirlərinə önəm versəniz, yaxşı olmaz.
Sizin ixtiyarınız yoxdur, inanın mənə, davam etməlisiniz bu işləri. Ölənlə heç kəs ölməyib. "Quran"da yazılıb: bu məxluqu ki, sevə-sevə mən yaradıram, onun özünü məhv etməyə ixtiyarı yoxdur. Siz öz işinizi davam etməlisiniz. Əksinə yeni layihələr etməlisiniz, incəsənət xadimləri ilə sıx əlaqədə olmalısınız".
A.Bəşirqızı Dilarə və Oqtayın qızlarının gördüyü yuxudan danışıb:
"Hələ yadınızdan çıxartmayın, sizin kiçik qızınız Banu var. Banunun bu dəqiqə hər tərəfli sizə ehtiyacı var. Onun da ata ehtiyacını ödəməlisiniz, ata yoxluğunu itirməlisiniz, bildirməməlisiniz. Az öncə mənə elə bir məsələni danışdın ki, tüklərim biz-biz oldu.İki bacı (Banu və Aytən - red.) eyni gecədə eyni yuxunu görüblər. Aytən ər evindən anasına zəng edib danışıb. Sən demə eyni yuxunu kiçik qızı Banu da görüb. Bütün bunların hamısı Allahın sənə olan işarələri, təsginliyidir. Bunu qiymətləndirin, çox xahiş edirəm".
Qeyd edək ki, O.Əliyev avtomobil qəzasında dünyasını dəyişib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1148 Tarix: 08 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVətən müharibəsinin Zəfərindən Şuşa Bəyannaməsinə, Böyük Qayıdışdan Qarabağın dirçəlişinə
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsi olmaqla yanaşı, regionun geosiyasi mənzərəsini dəyişdirən mühüm hadisə kimi yadda qaldı. Azərbaycan xalqının uzun illər ərzində qəlbində yaşatdığı torpaq həsrəti, ərazi bütövlüyünün bərpası arzusu və milli ədaləti
04.11.2026 223 Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu gün Bakı Ekspo Mərkəzində keçirilən "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbua
04.11.2026 512 Vətən müharibəsindən Şuşa Bəyannaməsinə, Zəfərdən Böyük Qayıdışa: Azərbaycanın yeni tarixi mərhələsi
2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını qoydu. Bu müharibə yalnız ərazi bütövlüyünün bərpası uğrunda aparılan hərbi əməliyyatlar deyil, həm də xalqın milli iradəsinin, dövlətçilik əzminin, tarixi yaddaşının və suverenlik uğrunda mübarizəsini
04.11.2026 216 Prezidentə təbriklər gəlir - Yenilənir
Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımda
04.11.2026 230 Qarabağın dirçəlişi Azərbaycan iqtisadiyyatına hansı töhfələri verə bilər?
Qarabağın dirçəlişi Azərbaycanın müasir tarixində yalnız ərazi bütövlüyünün bərpasından sonra qarşıya qoyulan quruculuq vəzifəsi deyil. Bu proses, eyni zamanda, ölkənin iqtisadi inkişafı, yeni investisiya imkanlarının yaranması və regionların iqtisadi potensialının genişlənməsi baxımından mühüm əhəmiyyə
04.11.2026 310 Trampın İran planı: Nüvə hücumu, yoxsa genişmiqyaslı müharibə?
ABŞ-ın İrana nüvə zərbəsi endirəcəyi ilə bağlı iddialar son günlər ciddi narahatlıq yaradıb. Xüsusilə Prezident Donald Trampın gözlənilməz siyasi qərarları, Vaşinqtonun Tehrana qarşı sərt mövqeyi və İsrailin İrana münasibətdə irəli sürdüyü maksimalist tələblər belə bir ssenarinin müzakirə olunmasın
04.11.2026 336 Bred Pittə daha bir zərbə: qızı atasının soyadından imtina etdi
Ancelina Coli və Bred Pittin ayrılığından illər keçsə də övladları ilə bağlı hadisələr gündəmdən düşmür. xarici mediaya istinadən xəbər verir ki, məşhur cütlüyün 18 yaşlı qızı Vivyen Coli-Pittin də bacı və qardaşları kimi atasının soyadından rəsmi imtina etdiyi bildirilir. Los-Anceles Ali Məhkəməsind
04.11.2026 227 NATO kəşfiyyat təyyarəsi Kalininqrad ətrafında ikinci dəfə dövrə vurub
ABŞ-da qeydiyyatdan keçmiş NATO kəşfiyyat təyyarəsi bu həftə Kalininqrad vilayəti ətrafında ikinci dəfə dövrə vurub. APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə TASS aviadispetçer xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki "Bombardier Artemis II" təyyarəsi Polşa, Litva hava məkanında
04.11.2026 196 Xamenei ABŞ-ı təhdid etdi: "Cavabımız daha geniş ölçüdə olacaq"
ABŞ-ın hücumu təkrarlanacağı təqdirdə, İranın cavabı daha geniş ölçüdə olacaq. xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei "Dünya imperializmi ilə milli mübarizə günü" ilə bağlı bəyanatında xəbərdarlıq edib. Onun sözlərinə görə, İranın Hörmüz boğazında idarəçiliy
04.11.2026 220