Şuşadan Ermənistana göndərilən xəbərdarlıqlar
May ayının 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı zamanı Prezident İlham Əliyev həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən açıqlamalar verdi. Prezident İlham Əliyev çevik və zəngin diplomatik məharəti ilə regionda yaratdığı yeni reallıqların prinsiplərini, Azərbaycanın milli maraqlarını tam şəkildə ifadə etdi.
Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı ölkəmizin haqlı mövqeyini bir daha dünya ictimaiyyətinə çatdırdı.
Dövlətimizin başçısı xüsusilə Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları prosesinə toxundu, rəsmi Bakının prinsipial mövqeyini lazımi ünvanlara çatdırdı. Ermənistan hələ də danışıqlar masasında qeyri-konstruktiv mövqe nümayiş etdirir, Azərbaycanla sülh müqaviləsi imzalamaqdan boyun qaçırır. Beynəlxalq dairələr, sülh prosesinə töhfə verməyə çalışan ölkələr təcili olaraq Ermənistana ciddi təzyiqlər göstərməlidir. Çünki əgər vasitəçilik missiyası ilə çıxış edən tərəflər Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsində həqiqətən də maraqlıdırlarsa, bu zaman Ermənistanı sülhə məcbur etməlidirlər. Ermənistan rəhbərliyi sülhə gəlməzsə, bölgədə gərginlik davam edəcəkdir.
Öz çıxışında Prezident İlham Əliyevin xüsusilə bildirib ki, "əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq". Cənubi Qafqazda davamlı sülh olmadan regional sabitlikdən danışmaq mümkün deyil. Dövlətimizin başçısı, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın yalnız öz hasilatını ixrac etməklə kifayətlənmədiyini, Azərbaycanın digər ölkələrin, o cümlədən Qazaxıstanın enerji məhsullarının ixracı üçün hazır olmasını diqqətə çatdırdı. Lakin bunun üçün müəyyən şərtlərin mövcud olmasını, o cümlədən keyfiyyət məsələlərinin həll olunması yollarına dair kifayət qədər aydın olan açıqlamalar verdi. Məhz buna görə də Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq nüfuzu getdikcə artır.
Ermənistanın mövqeyi onun çətin dalana dirənməsi ilə nəticələnəcək. Çünki istər hərbi, istərsə də siyasi tərəfdən Azərbaycan ondan qat-qat güclüdür. Fakt odur ki, Ermənistan 44 günlük acı məğlubiyyətə düçar olandan bu günə qədər heç nəyə nail ola bilməyib. Azərbaycan isə hərbi və siyasi cəhətdən istədiyinə nail olub. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Ermənistan sülh istəmirsə, sülh olmayacaq. İrəvan sülh istəmirsə, növbəti hərbi təxribatlara hazırlaşırsa, həmişə olduğu kimi, yenə də Azərbaycanın öldürücü zərbəsi ilə üzləşəcək
Şuşa konfransı Azərbaycanın həm regional problemlərin həllində, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktorlardan biri olmasını beynəlxalq ictimaiyyətə çatdırmaq bir daha baxımından mühüm platforma oldu. Bu tədbir, həmçinin Prezident İlham Əliyevin regionun gələcəyi ilə bağlı aydın baxışlarının olduğunu bir daha göstərdi.
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 701 Tarix: 05 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Prezident İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları,. Sizi "BMT İdarəetmə İnnovasiyalar
10:41 106 Agentlik kiberhücumla bağlı yenidən xəbərdarlıq etdi
Millik Kibertəhlükəsizlik Agentliyi (MKA) soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edir. Millik Kibertəhlükəsizlik Agentliyindən -a bildirilib ki, son həftələrdə Avropanın bir sıra ölkələrində soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemlərinə qarşı kiberhücumlar qeyd
04.11.2026 330 Türkiyə əhalisinin sayı açıqlandı - Kişilər çoxluq təşkil edir
Türkiyə əhalisinin sayı bu il oktyabrın 1-nə olan məlumata görə, 86 milyon 502 min 286 nəfərə çatıb. xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) rüblük əhali statistikası ilə bağlı məlumat yayıb. Məlumata əsasən, 2025-ci ilin sonunda Türkiyənin əhalisi 86 milyon 92 min 168 nəfər olub
04.11.2026 350 Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar
Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi
04.11.2026 328 Prezidentə təbriklər gəlir - Yenilənir
Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımda
04.11.2026 260 Avropa Komissiyası: Gürcüstanın Aİ-yə üzvlük prosesi dayanıb
Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi faktiki olaraq dayanıb və namizəd ölkə statusu artıq yalnız formal xarakter daşıyır. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı bəyanatda deyilir. Qeyd olunub ki, Gürcüstan namizəd statusu üçün Komissiyanın tövsiyəsind
04.11.2026 310 Husilər Ər-Riyaddakı beynəlxalq hava limanına zərbə endirdiklərini açıqladılar
Yəmənin şimalına nəzarət edən "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına zərbə endirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Husilərin hərbi sözçüsü Yəhya Səria "Əl-Məsirə"
10:31 130 Dünyanın ən sakit adası seçildi: Burada sivilizasiyanın izlərinə az rast gəlinir
Səs-küydən, şəhər həyatının yorucu tempindən uzaqlaşaraq təbiətin qoynunda dincəlmək istəyənlər üçün dünyanın ən sakit adası müəyyənləşdirilib. Yeni Zelandiyada yerləşən Stüart adası (Rakiura) təbiətin qorunub saxlanılması və insan fəaliyyətinin minimum səviyyədə olması ilə reytinqdə birinci yeri tutub
04.11.2026 320 Vətən müharibəsinin tarixi Zəfəri və Qarabağa Böyük Qayıdış - Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ
Azərbaycanın müasir tarixində 2020-ci ildə baş vermiş Vətən müharibəsi, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış strategiyası bir-biri ilə üzvi şəkildə bağlı olan üç mühüm tarixi mərhələdir. Bu hadisələr Azərbaycanın ərazi bütövlüyünü
04.11.2026 301