Şuşadan beynəlxalq ictimaiyyətə çatdırılan mesajlar

Şuşadan beynəlxalq ictimaiyyətə çatdırılan mesajlarMayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər tədbirdə iştirak edib.
Ölkə başçımız beynəlxalq konfransda çıxışında deyib ki, biz bu məkanda əsasən Azərbaycanın gələcək inkişafı ilə bağlı olan fikir və ideyaların mübadiləsini aparmaqla praktiki addımları müzakirə etmək istəyirik və regional inkişaf proseslərinə də nəzər salmalıyıq. Çünki biz regionda baş verən proseslərə göz yuma bilmərik. Qarabağın azad edilməsindən sonra ölkə daxilində artıq heç bir risklə üzləşmədiyimizə baxmayaraq, biz adada yaşamırıq.
Görüşün Şuşada keçirilməsinin xüsusi məna daşıdığını vurğulayan dövlətimizin başçısı bildirib: "Keçən ili mən "Şuşa İli" elan etmişdim, çünki bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü idi".
Bəli, Prezident İlham Əliyevin 2022-ci ili "Şuşa İli" elan olunması haqqında Sərəncamı Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın yaradılmasının 270 il dönümü oldu. Eyni zamanda 2022 –ci ilin "Şuşa İli" elan edilməsi həm tarixi, həm də mədəni baxımdan mühüm əhəmiyyət kəsb edən qədim şəhərimizə verilən ən böyük dəyərin göstəricisi olmaqla yanaşı dövlət başçısının xalqa bəxş etdiyi Qarabağ Azərbaycan olmaqla Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmli tarixi hadisə idi. Belə ki, "Şuşa İli"ndə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin görülməsi, Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası bir daha göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Ən əsası isə, düşmənin 28 illik işğal dövründə burada qura bilmədiklərini Azərbaycan dövləti "Şuşa ili"ndə həyata keçirdi və bu proses bu gün də davam edir.
Bildirilib ki, "Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi". Konfrans iştirakçılarının tədbirdən sonra Şuşa şəhəri ilə tanış olacaqlarını vurğulayan Azərbaycan Prezidenti qeyd edib: "Siz bizim görüşdən sonra şəhərə ekskursiya edəcəksiniz və özünüz görəcəksiniz ki, işğal dövründə Şuşa demək olar, tamamilə dağıdılmışdır. Bu, bir daha onu göstərir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır".
Ölkə başçımız bildirib ki, əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq: "Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər".
Dövlətimizin başçısı onu da vurğulayıb ki, 28 il ərzində Minsk qrupu heç bir nəticə vermədi: "Yeri gəlmişkən, nəticə nöqteyi-nəzərdən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi".
İşğal dövründə Minsk qrupunun Azərbaycanda çox populyar olmadığını deyən dövlətimizin başçısı qeyd edib: "İndi isə o artıq fəaliyyətini dayandırdığı üçün biz yəqin ki, bu məsələni dərindən müzakirə etməməliyik. Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinin əsas səbəbi o idi, Ermənistan bunu istəmirdi".
Ermənilərin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı kompromisə gedəcəyini düşündüklərini deyən dövlətimizin başçısı bildirib: "Hesab edirdilər ki, onların beynəlxalq sponsorları həmişə onların yanında olacaq və onlar üçün mübarizə aparacaqlar. Lakin bu, səhv hesablanmış bir addım idi. Onlar yanlış idilər".
Həmçinin cənab Prezident çıxışında bir daha bildirib ki, Türkiyə və Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək. "Əminəm ki, Azərbaycanla Türkiyə nəinki təkcə bu müttəfiqliyin formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdir. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib. İstər bu hərbi komponent, enerji, kommunikasiyalar, istərsə də ticarət və sair sahələr olsun".
Bəli, əsrlərin sınaqlarından şərəflə çıxan Azərbaycan-Türkiyənin bir-birlərinə qardaş dəstəyi bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Dövlət o zaman güclü, qüdrətli olur ki, onun sabahını, gələcəyini düşünən, xalqını daim irəli aparan lideri vardır və bu bütün dünya üçün bir nümunədir.
Bəli, bu gün Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da bu belə olacaqdır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 620   Tarix: 05 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları,. Sizi "BMT İdarəetmə İnnovasiyalar

10:41 106
.

Agentlik kiberhücumla bağlı yenidən xəbərdarlıq etdi

Millik Kibertəhlükəsizlik Agentliyi (MKA) soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edir. Millik Kibertəhlükəsizlik Agentliyindən -a bildirilib ki, son həftələrdə Avropanın bir sıra ölkələrində soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemlərinə qarşı kiberhücumlar qeyd

04.11.2026 330
.

Türkiyə əhalisinin sayı açıqlandı - Kişilər çoxluq təşkil edir

Türkiyə əhalisinin sayı bu il oktyabrın 1-nə olan məlumata görə, 86 milyon 502 min 286 nəfərə çatıb. xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) rüblük əhali statistikası ilə bağlı məlumat yayıb. Məlumata əsasən, 2025-ci ilin sonunda Türkiyənin əhalisi 86 milyon 92 min 168 nəfər olub

04.11.2026 350
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

04.11.2026 328
.

Prezidentə təbriklər gəlir - Yenilənir

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımda

04.11.2026 260
.

Avropa Komissiyası: Gürcüstanın Aİ-yə üzvlük prosesi dayanıb

Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi faktiki olaraq dayanıb və namizəd ölkə statusu artıq yalnız formal xarakter daşıyır. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı bəyanatda deyilir. Qeyd olunub ki, Gürcüstan namizəd statusu üçün Komissiyanın tövsiyəsind

04.11.2026 310
.

Husilər Ər-Riyaddakı beynəlxalq hava limanına zərbə endirdiklərini açıqladılar

Yəmənin şimalına nəzarət edən "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına zərbə endirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Husilərin hərbi sözçüsü Yəhya Səria "Əl-Məsirə"

10:31 130
.

Dünyanın ən sakit adası seçildi: Burada sivilizasiyanın izlərinə az rast gəlinir

Səs-küydən, şəhər həyatının yorucu tempindən uzaqlaşaraq təbiətin qoynunda dincəlmək istəyənlər üçün dünyanın ən sakit adası müəyyənləşdirilib. Yeni Zelandiyada yerləşən Stüart adası (Rakiura) təbiətin qorunub saxlanılması və insan fəaliyyətinin minimum səviyyədə olması ilə reytinqdə birinci yeri tutub

04.11.2026 320
.

Vətən müharibəsinin tarixi Zəfəri və Qarabağa Böyük Qayıdış - Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ

Azərbaycanın müasir tarixində 2020-ci ildə baş vermiş Vətən müharibəsi, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış strategiyası bir-biri ilə üzvi şəkildə bağlı olan üç mühüm tarixi mərhələdir. Bu hadisələr Azərbaycanın ərazi bütövlüyünü

04.11.2026 301
.