Heydər Əliyevin 100 illiyi münasibətilə pul nişanları tədavülə buraxıldı - FOTO
Azərbaycan Mərkəzi Bankında (AMB) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının təqdimat mərasimi keçirilib.
"Qafqazinfo" xəbər verir ki, mərasimdə çıxış edən AMB-nin sədri Taleh Kazımov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının tədavülə buraxılmasını elan edib: "H.Əliyevin 100 illik yubileyi münasibətilə AMB ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının 10 may 2023-cü il tarixindən etibarən tədavülə buraxılmasını elan edir. Eyni zamanda, ənənəmizə sadiq qalaraq Ulu Öndərin anadan olmasının 100 illik tarixinin əbədiləşdirilməsi məqsədilə yubiley pul nişanlarını da tədavülə buraxırıq. Bu pul nişanları xüsusi dövlət tədbirləri üçün nəzərdə tutulub.
Yubiley və investisiya məqsədli pul nişanları Böyük Britaniyanın "The Royal Mint" şirkətində ən yüksək beynəlxalq standartlara uyğun istehsal edilib. Onların əsas dizayn elementləri kimi ön tərəfində Ulu Öndərin portretinin profil görüntüsü, imzası və "Heydər Əliyev" yazıları, arxa tərəfində isə "Azərbaycan Respublikası" sözləri, Dövlət Gerbinin təsviri, pul nişanının nominalı və milli naxışlar əks olunub. Ölkəmizdə ilk dəfə olaraq tədavülə buraxılan investisiya məqsədli pul nişanlarının satışını və geri alışını AMB hayata keçirəcək. Bu barədə ictimayətə əlavə məlumat veriləcək".
Beynəlxalq təcrübəyə uyğun olaraq bu pul nişanları uzunmüddətli investisiya aləti və əhalinin yığım vasitəsi kimi istifadə olunması məqsədilə yüksək əyarlı qızıldan hazırlanıb və buraxılış limitinə məhdudiyyət qoyulmadan tələbə uyğun istehsal edilərək tədavülə buraxılır. İnvestisiya məqsədli pul nişanları 1 Oz (31.1 qr.), 1/2 Oz (15.55 qr.), 1/4 Oz (7.78 qr.), 1/10 Oz (3.11 qr.) çəkilərdə tədavülə buraxılıb. Yubiley və investisiya məqsədli pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində qanuni ödəniş vasitəsidir.






BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2387 Tarix: 05 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOğul anasını qorumaq istəyərkən öldü - Ailə faciəsinin dəhşətli TƏFƏRRÜATI - YENİLƏNİB+FOTO
Goranboyda 33 yaşlı Elvin Aslanovun qətlə yetirilməsi ilə bağlı yeni təfərrüat məlum olub. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Elvin Aslanov valideynləri arasında baş verən mübahisə zamanı həyatını itirib. İlkin ehtimala görə, ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı 5
02.08.2026 799 Ermənistanda spiker vəzifəsinə yeganə namizəd Ruben Rubinyandır
Ermənistan Milli Assambleyasının sədri vəzifəsinə yeganə namizəd olaraq Ruben Rubinyanın namizədliyi irəli sürülüb. "Report"un erməni mediasına istinadən verdiyi məlumata görə, hakim "Vətəndaş müqaviləsi" partiyasının 36 yaşlı namizədi əvvəlki parlament tərkibində Milli Assambley
02.08.2026 243 Misirdə 5,3 ballıq zəlzələ
Misirin Əl-İsmailiyyə şəhərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla saat 03:00-da baş verib. Yeraltı təkanlar təkcə Misirdə deyil, həmçinin İordaniya, Livan, Fələstin və İsraildə də his
10:25 136 Rusiya Ermənistanla tarixi əlaqələrə diqqət çəkdi
Rusiya Ermənistanla dostluq münasibətlərini qorumaq istəyir. xəbər verir ki, bu barədə Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsi Viktor Vasilyev RİA Novosti agentliyinə bildirib. O, iki ölkə xalqlarının əsrlər boyu bir-biri ilə bağlı olan "həyat və taleyinə"
12:14 70 Rəsmi Bakı Pakistana başsağlığı verib
Azərbaycan Pakistanın Bəlucistan əyalətində baş vermiş və çoxsaylı insan itkisi ilə nəticələnən kömür mədənindəki qəza ilə əlaqədar başsağlığı verib. xəbər verir ki, bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib. "Pakistanın Bəlucistan əyalətind
13:03 0 Rusiya XİN rəsmisi: Münaqişənin uzanmasının arxasında maliyyə maraqları var
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik ABŞ və Avropa İttifaqını Ukraynadakı münaqişənin uzanmasında maraqlı olmaqda ittiham edib. xəbər verir ki, bu barədə o, TASS agentliyinə müsahibəsində danışıb. Miroşnikin sözlərinə görə, münaqişənin uzanmasının əsas səbəblərində
11:39 90 Netanyahu İrana dair qərarı Trampın paylaşımından öyrəndi
İsrail hakimiyyəti, o cümlədən Baş nazir Benyamin Netanyahu, ABŞ Prezidenti Donald Trampın İrana qarşı planlaşdırılan birgə hücumların ləğvi ilə bağlı qərarından Truth Social platformasında etdiyi paylaşım vasitəsilə xəbər tutub. xəbər verir ki, bu barədə The Times of Israel nəşri məlumat yayıb. "Bi
11:04 128 Dəniz sahilində avtoxuliqanlığı ona baha başa gəldi - Video
Siyəzəndə avtoxuliqanlıq edən iki sürücü saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Siyəzən RPŞ-nin DYP bölməsi tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən şəxslərə qarşı profilaktik tədbir keçirilib. Tədbirlərlə rayon ərazisində avtoxuliqanlı
10:48 127 NYT: FES rəhbəri faiz dərəcəsi üzrə iclasların sayını azaltmaq istəyir
ABŞ Federal Ehtiyat Sisteminin (FES) sədri Kevin Uorş baza faiz dərəcəsinin müzakirə olunduğu iclasların sayını azaltmaq imkanını araşdırır. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The New York Times" (NYT) qəzeti məlumat yayıb. Qeyd olunub ki, bu, son illərdə FES-ni
02.08.2026 232