Azərbaycanda insanlar bahalı mobil telefonu və bahalı nömrəni niyə alırlar?

Azərbaycanda insanlar bahalı mobil telefonu və bahalı nömrəni niyə alırlar?Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da bahalı mobil telefona və bahalı nömrəyə böyük məbləğdə pul verən, bunu prestij hesab edən insanlar var və onların sayı az deyil.
Maraqlısı isə odur ki, bəzən bu addımı atanlar arasında maddi vəziyyəti yaxşı olmayanlara, prestij üçün kredit yükünün altına girənlərə də rast gəlinir.
Məsələn, aylıq gəliri 500-1 000 manat civarında olanlar dəyəri təxminən beş min manat olan "İphone 14 Pro Max" markalı mobil telefon işlətməkdən çəkinmirlər. Bəziləri isə hətta bir qədər də irəli gedərək telefondan da baha olan mobil nömrələr alırlar. Məsələn, ölkədə, əsasən, yüksəkvəzifəli şəxslərin işlətdikləri, dəyəri 10 min manatdan az olmayan, 211-lə başlayan mobil nömrələrin müştərisi olan sadə vətəndaşlar var. Eyni sözü avtomobil nömrələri haqqında da demək olar. Bəs insanlar bahalı mobil telefonu və bahalı nömrəni niyə alırlar?

"Report" bu mövzu ilə bağlı ekspertlərin rəyini öyrənib.

"Bu, psixoloji xəstəlikdir"

Sosioloq Elçin Bayramlı hesab edir ki, Azərbaycanda bahalı mobil telefonlara və nömrələrə meyillilik psixoloji amillərlə bağlıdır:
"Azərbaycanda insanların bahalı mobil telefon və nömrə ilə özünü təsdiq etmək, başqalarından üstün görünmək kimi bir həvəsi var və bu, artıq xəstəlik həddinə çatıb. Yəni mən bunu psixoloji xəstəlik hesab edirəm. Təəssüf ki, bu cür xərcləmələr bir çox hallarda borclanmalara, müflis olmalara, ailədaxili münaqişələrə, hətta boşanmalara gətirib çıxarır.
Məsələnin digər narahatlıq doğuran tərəfi isə odur ki, maddi vəziyyəti yaxşı olmayanlar da belə dəbdəbəyə maraq göstərirlər. Halbuki, insanın dəyəri hansısa cihaz və yaxud nömrə ilə deyil, onun şəxsiyyəti, əxlaqı, biliyi, savadı ilə ölçülməlidir. Məsələn, Qərb ölkələrində - Avropada bahalı mobil telefonlardan və nömrələrdən yalnız kiçik qrup istifadə edir. Onlarda belə hallar heç də düzgün qəbul olunmur".
"İnsanlar fərqlənmək istəyirlər"

Psixoloq Könül Babayeva da hesab edir ki, insanların bahalı telefon və nömrəyə meyilli olmaları onların başqalarından fərqlənmək istəyindən irəli gəlir:
"Dəbdəbəli əşya status göstəricisidir, bunları alan şəxs "mən sizdən fərqlənirəm, mənim bu cür bahalı telefon almağa pulum var və demək ki, sizdən daha güclüyəm" mesajı verir. Bahalı əşya aldığı zaman insanların beynində endorfin, el dilində desək, "xoşbəxtlik" hormonu ifraz olunur, alış-veriş edənin emosional vəziyyəti yüksəlir. İnsanda qısa müddətli olaraq seçilmişlik və elitlik illüziyası yaranır, bu da onu müəyyən müddətdə xoşbəxt edir. Əlbəttə ki, fərqlənmək üçün intellektual inkişaf, erudisiya, nizam-intizam və əməklə əldə olunan uğur da istifadə oluna bilər".. Onun fikrincə, azərbaycanlıların dəbdəbəyə meyilliliyinin tarixi amilləri də var:
"Bu, bütün postsovet məkanında geniş yayılıb. Çünki insanlar bir əsrə yaxın müddət ərzində defisit içində yaşayıblar. Bərabərlik ideologiyası insanların beyninə yeridilirdi, halbuki yüksək vəzifələrdə olanlar ideologiyanın tam əksini edirdilər. Yalnız səlahiyyətli və rəhbər şəxslərin dəbdəbəli əşyalara əli çatırdı (bahalı zinət əşyaları, xəz-dəri geyimlər və s). Bəzi adamların pulu olsa da, defisitə görə dəbdəbəli əşyaları əldə edə bilmirdilər. Sonra sovet sistemindən kapitalizmə keçid baş verdi, sərhədlər açıldı və bahalı mallar daha əlçatan oldu. Artıq onları əldə etmək üçün pul lazımdı. Ona görə əlinə pul keçən şəxslər özlərini elitar və güclü hesab etmək üçün dəbdəbəyə meyil göstərdilər.

Sosial psixologiyaya görə, insanlar daha güclü olanlara, daha yüksək sosial pillədə olan adamlara bənzəmək istəyirlər. Buna görə də bahalı əşyaların saxta surətlərinə da maraq çoxdur. Halbuki ABŞ-də vəziyyət fərqlidir. Artıq varlı insanlar dəbdəbəyə əvvəlki kimi meyil göstərmirlər. Onlar pullarını daha bahalı olan ekoloji təmiz məhsullara, qidaya, ev alarkən daha bahalı və keyfiyyətli inşaat materiallarına xərcləməyə üstünlük verirlər".


BiG.Az
Telegramda izləyin
  Baxılıb: 1388   Tarix: 04 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aygün Kazımova və Devid Vendettadan "Dalğa Fest"də sürpriz şou - FOTO

Pop-kraliça Aygün Kazımova yaya möhtəşəm konsertlə damğa vuracaq. O, Miro və dünyaca məşhur DJ Devid Vendetta ilə səhnə bölüşəcək. məlumat verir ki Xalq artisti "Dalğa Fest"in final konsertində çıxış edəcək. Ölkənin əsas ulduzu hit mahnılarını bu dəfə 30 avqustda "Dalğa Beach"də sevənlər

29.08.2024 4857
.

Sabiq deputat Hadı Rəcəblinin harada dəfn olunacağı BİLİNDİ - YENİLƏNİB

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli Qurd qapısı qəbiristanlığında dəfn olunacaq. Bunu -a açıqlamasında mərhum deputat Hadi Rəcəblinin qardaşı İqbal Rəcəbli deyib. O, qeyd edib ki, vida mərasimi Təzəpir məscidində saat 13:00-da olacaq. 08:58. "Sabi

17.04.2024 2810
.

İş Elanları Artıq Özləri Səni Tapır – Azərbaycanda Yeni Dövr Başlayır!

İş axtarışını asanlaşdırmaq və inkişaf etmək istəyənlər üçün Azərbaycanda tam fərqli bir yanaşma ortaya çıxıb. Artıq onlarla vakansiya saytında vaxt itirmək, uyğunluq dərəcəsi bilinməyən elanları əl ilə seçmək dövrü geridə qaldı. Tanış olun – , sadəcə bir vakansiya saytı deyil, sənin üçün işləyən karyer

20.06.2025 901
.

İş Axtarışı: Uğurlu Karyera Yolunda İlk Addım

Müasir dövrdə iş tapmaq prosesi getdikcə rəqəmsallaşır və müxtəlif sahələrdə karyera qurmaq istəyənlər üçün geniş imkanlar yaranır. İş axtaranlar üçün əsas məsələlərdən biri doğru platformanı seçmək, bacarıqlarına və təcrübəsinə uyğun vakansiyaları tapmaqdır. Əvvəllər iş elanları qəzetlərdə və tanışla

04.02.2025 950
.

"Zeynəb özü üçün gedir-gəlir" - Şəbnəm həmkarından NƏLƏR DANIŞDI?

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Qəhrəmanova "Maqazin plus" verilişində deyib. O, Türkan Vəlizadə və Zeynəb Həsəni ilə olan dostluqlarındakı soyuqluğun səbəbini də Zeynəbdə görüb. "Zeynəb də bizimlə bərabərdir. Amma Zeynəb özünə qapalı adamdır. Arada çıxıb gedən adamdır

27.11.2023 1979
.

"Poz-Qazan" oyunlarında iyulda 11 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC-nin "Poz-Qazan" oyunları iyul ayında 11 böyük uduşla yadda qalıb. Ötən ay Bakıda "Prestij" lotereyasının ilk ən böyük uduşu – 500 00 manat qazanılıb. Şanslı qalib Hüseyn Bünyatov olub

05.08.2024 1886
.

Şənbə günü 36 dərəcə isti olacaq

İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman olacaq. Cənub-qərb küləyi gündüz mülayim şimal-qər

20.06.2025 713
.

"Poz-Qazan" tarixində bənzərsiz uduşlu yeni "Prestij" lotereyası satışda

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ən böyük uduşlu oyunu olan "Prestij"i təqdim edir. 500 00 manat böyük uduşla yepyeni "Poz-Qazan" oyunu "Prestij" artıq satışdadır. Qiyməti 10 manat olan lotereya biletlərinin ümum

13.05.2024 1906
.

Bakcell 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

İnnovasiya və sürət lideri Bakcell hədiyyələrlə bol süni intellekt əsaslı lotereyaya başladığını elan edir. 1 oktyabr – 31 dekabr tarixlərində keçiriləcək lotereyada Bakcell abunəçiləri hər gün "iPhone 17", hər həftə "Zeekr 001" və sonda "Porsche Cayenne" avtomobili olmaqla

03.10.2025 797
.