Bakcell 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

Bakcell 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladıİnnovasiya və sürət lideri Bakcell hədiyyələrlə bol süni intellekt əsaslı lotereyaya başladığını elan edir. 1 oktyabr – 31 dekabr tarixlərində keçiriləcək lotereyada Bakcell abunəçiləri hər gün "iPhone 17", hər həftə "Zeekr 001" və sonda "Porsche Cayenne" avtomobili olmaqla, ümumilikdə 100-dən artıq prestijli hədiyyə qazanmaq imkanı əldə edirlər.

Abunəçilər Bakcell-in məhsul və xidmətlərindən istifadə edərkən avtomatik olaraq lotereyada iştirak şansı qazanırlar. Belə ki, Bakcell nömrəsinin mövcud balansından xərclənən hər 1 AZN istifadəçiyə 1 şans verir.

Eyni zamanda, nömrənin balansını artıran abunəçilərə əlavə şanslar da təqdim olunur. Balans 1 AZN – 4.99 AZN aralığında artırılan zaman abunəçilər hər 1 AZN üçün 1 şans, balans 5 AZN və ondan çox artırılan zaman isə hər 1 AZN üçün 2 şans qazanacaq. Məsələn, balans 7 AZN artırıldıqda iştirakçı 14 şans əldə edəcək.

Bundan əlavə, lotereyada abunəçilərin qalib olmaq şansını daha da artırmaq məqsədilə onlara xüsusi "Şans" paketləri təqdim olunur. Məsələn, 2 AZN-lik "Şans" paketinə 7 şans və 30 şəbəkədaxili danışıq dəqiqəsi daxildir. Hər bir "Şans" paketi ilə iştirakçılar əlavə şəbəkədaxili danışıq dəqiqələrindən də faydalana bilirlər. "Şans" paketləri barədə daha ətraflı məlumat ilə linkə keçid edərək tanış olmaq olar.

Qazanılan hər şans barədə abunəçiyə SMS vasitəsilə məlumat göndərilir. Hər bir lotereya iştirakçısı ümumi mövcud şans sayını Bakcell mobil tətbiqi və lotereya layihəsinin rəsmi internet səhifəsində şəxsi kabineti vasitəsilə izləyə bilər.

Qeyd edək ki, bu layihə Azərbaycanda süni intellekt əsaslı platforma üzərində qurulan ilk genişmiqyaslı lotereyadır.

Bakcell lotereya haqqında ətraflı məlumatı Bakcell-in rəsmi lotereya səhifəsindən əldə etmək mümkündür: lotereya.bakcell.com

Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.


BiG.Az
Telegramda izləyin
  Baxılıb: 763   Tarix: 03 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rayonlara gediş-gəlişlə bağlı XƏBƏRDARLIQ

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxış qadağandır. Qadağalara nəzarət Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub. -a istinadən xəbər verir ki, bu barədə -a danışa

04.08.2020 3157
.

Röya hamilədir? - YENİ FOTOSU şübhələndirdi

Müğənni Röya Ayxanadan xəbər var. xəbər verir ki, Xalq artisti "İnstagram"səhifəsində etdiyi paylaşımı ilə diqqət çəkib. O, yenicə doğulmuş uşaq ayaqlarının fotosunu paylaşaraq "dəyməyin keyfimə" yazıb. Bununla da xalq artisti sevdiklərinin qəlbinə şühbə toxumu səpib

22.09.2020 34279
.

"Keşlə"də vəziyyət GƏRGİNDİR:Baş məşqçi və futbolçu arasında QALMAQAL

"Keşlə"nin futbolçusu Aleksandr Kriştovao ilə komandanın baş məşqçisi Yunis Hüseynov arasında qalmaqal baş verib. xəbər verir ki, hər iki şəxs "Report"a açıqlamasında bir-birini yalan danışmaqda günahlandırıb. Klubun düşərgəsini icazəsiz tərk etməsi ilə bağlı ittihamları rədd edə

21.09.2020 1308
.

Çin daha bir peyki orbitə yerləşdirib

Ötən gün Çinin şimal-qərbindəki Şanksi əyalətində yerləşən Taiyuan Peyk Buraxılış Mərkəzindən "Ziyuan-3" silsiləsindən olan sayca üçüncü peyk qaldırılaraq orbitə yerləşdirilib. "Report" "NASA Spaseflight"ə istinadən xəbər verir ki, "Uzun Yürüş 4B" ("Çanq Jen

25.07.2020 799
.

Daha bir məhşur cütlük BOŞANIR

Məşhur dicey Doğuş Çabakçor və Begüm Yücel cütlüyü boşanıb. axşam.az-a istinadən xəbər verir ki, ayrılığa səbəb xəyanət olub. Çabakçor sosial şəbəkədə eyni anda 20 qızla birdən yazışıb. Begüm təsadüfən ərinin yazışmalarını tapıb. Aldadıldığı öyrənən kimi Yücel ərini evdən qovub. Daha sonra boşanmaq üçü

21.09.2020 565
.

Avropa Birliyi ölkələri plastik qablardan tamamilə imtina etdi

Avropa Birliyi qüvvəyə minən müvafiq qanundan sonra plastik qab-qacaqdan birdəfəlik imtina edib. "Report" xəbər verir ki, bu barədə birliyin ətraf mühit üzrə komissarı Virqiniyus Sinkyaviçyus bildirib. O, qeyd edib ki, qanun birdəfəlik qaşıqların, çəngəllərin, bıçaqların, boşqabların, pambı

04.07.2021 444
.

Gözaltı kölgələrin yaranma SƏBƏBİ

Bir çoxları gözlərinin altındakı göyərmə, tündləşmə, qaralmadan əziyyət çəkir. Bəzən bunu yorğunluq, qanazlığı, böyrək xəstəlikləri ilə bağlayırlar. -a istinadən bildirir ki, bu problemin səbəbi K vitamininin çatışmaması ola bilər. K vutamini də A və E kimi cavanlıq, dəri və gözəllik vitaminidir. Onu

17.08.2020 2081
.

"Bir insanla hər şey dəyişir..." - Aysun - FOTO

Müğənni Aysun İsmayılova sosial mediadakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki. müğənni instaqram hesabında yeni fotosunu paylaşıb. O. fotoya: "Hər şey dəyişir.bəzən zamanla, bəzən də bir insanla" sözlərini yazıb. Sözügedən fotonu təqdim edirik:

06.08.2020 3548
.

Təntənəli nikah otaqları yaradılıb - Gələn şəxslərin sayı...

"Qeydiyyat şöbələrində təntənəli nikahların qeydiyyata alınması ilə bağlı şərait yaradılıb və təntənəli nikah otaqları var". "Report"a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı 1 saylı "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyini

14.08.2020 1606
.