Rusiya taxıl sazişindən çıxarsa dünyada taxılın qiyməti artacaq? - ARAŞDIRMA

Rusiya taxıl sazişindən çıxarsa dünyada taxılın qiyməti artacaq? - ARAŞDIRMARusiya-Ukrayna müharibəsi başlandığı gündən Ukrayna taxılının ixracında ciddi problemlər yarandı. Bir çox ölkələr idxal etdikləri Ukrayna taxılı ilə öz ərzaq təhlükəsizliklərini təmin edirdilər. Bu problemi aradan qaldırmaq üçün Türkiyə təşəbbüs göstərərək münaqişə tərəflərini razılığa gətirdi. Nəticə etibarı ilə Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də taxıl sazişi imzalandı. Sazişə əsasən, Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracı nəzərdə tutulurdu. Ötən müddət ərzində gəmilərin hərəkəti İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən tənzimlənir. 2023-cü il martın 18-də Rusiya sazişin müddətini 60 gün - mayın 18-dək uzadıb. Amma son günlər Rusiya tərəfinin verdiyi açıqlamalardan bəlli olur ki, rəsmi Kreml sazişi uzatmaq istəmir. Buna səbəb kimi isə ABŞ, Avropa İttifaqı və digər ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları göstərir. Sazişin müddəalarının tam yerinə yetirilmədiyi, Rusiyanın taxıl və gübrəsinin dünya bazarlarına tədarükündə süni əngəllər yaradıldığı iddia edilir.

Bəs görəsən sazişin müddəti uzadılmayacağı halda dünyada taxılın qiyməti artacaq? Qiymət artımının Azərbaycana təsiri olacaq?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Mövzu ilə bağlı açıqlamasında iqtisadçı Rauf Qarayev bildirib ki, Rusiyanın indiki açıqlamalarından çıxış edərək Kremlin taxıl sazişinin uzadılmasından birmənalı imtina etdiyini demək olmaz. Kreml rəsmilərinin məlum açıqlamaları şantaj xarakterlidir:

"Yəni hansısa istəyi nəzərə alınmazsa, o halda bu addımı ata bilər. Türkiyə tərəfi bu təşəbbüslə çıxış edəndə belə Rusiya sazişi imzalamaqdan qaçırdı. O zaman bu, baş vermədi. İndiki məqamda Türkiyənin özünü də sıxırlar və mövcud sanksiyalarla türk şirkətləri də üz-üzə qalıb. Hətta istəyirlər ki, Türkiyə boğazları bağlasın və Rusiya gəmiləri ümumiyyətlə ora daxil olmasın".

İqtisadçı hesab edir ki, Rusiyanın taxıl sazişi ilə bağlı mövqeyi hələlik bəyanat səviyyəsindədir:

"Rusiya bu addımı atsa, yəni taxıl sazişindən imtina etsə, dünya bazarına təsiri o olacaq ki, qiymət müəyyən qədər artacaq. Lakin qiymət artımı tam şəkildə baş verməyəcək. Çünki Ukrayna taxılının alternativləri də var. Hansı ki, digər taxıl istehsal edən ölkələr Ukrayna taxılının yerini doldurmağa hazırdırlar. Məsələn, Hindistan dəfələrlə bəyan edib ki, taxıl sahələrini artırıb, daha ucuz qiymətə taxıl sata bilər. Taxıl satışı ilə məşğul olan başqa ölkələrin də digər məhsulların yerinə taxıl əkərək bu boşluğu doldurması mümkündür. Hesab edirəm ki, bu halda belə taxılın qiyməti çox yüksək olmayacaq. Haradasa 5-7 faiz qiymət artımı ola bilər".

Bu məsələnin Azərbaycana təsirinə gəlincə, R.Qarayev bildirdi ki, bu sahədə xarici asılılığı azaltmaq üçün dövlət tərəfindən müəyyən addımlar atılır:

"Azərbaycan çalışır ki, özü taxılı əkərək bu problemi aradan qaldırsın. Amma hələlik bu, alınmır. Çünki Qarabağda yenidənqurma işləri yekunlaşmayıb. Mina təhlükəsi qalıb, Ağdamda təmizləmə işləri başa çatmayıb. Hansı ki, Ağdam özü taxıl ehtiyat bazasına çevrilə bilər. Orada torpaq elədir ki, ildə iki dəfə məhsul götürmək mümkündür. Tam olmasa da, faiz nisbətində Azərbaycan özünün taxıl bazasını genişləndirə və müəyyən qədər xarici asılılığı azalda bilər. Hazırda ölkədə əkilən taxıl keyfiyyət baxımından Ukrayna və Rusiya taxılından geri qalır. Yerli taxıl daha çox heyvandarlıq və quşçuluq sahəsində yem kimi istifadə olunur. Bu keyfiyyət göstəricisini artırmaq lazımdır.

Əgər dünyada taxılın qiyməti artarsa, bu, müəyyən qədər bizə də təsir edəcək. Düzdür, Azərbaycanın taxıl ehtiyatları var və dünyadakı proseslər nəzərə alınaraq addımlar atılıb".

Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli də bildirdi ki, Ukraynadan taxıl ixracının dayandırılması dünya bazarındakı qiymətə təsir göstərir:

"Ötənilki təcrübə bir daha bunu təsdiq etdi. Amma indiki vəziyyətdə əvvəl olduğu kimi, taxıl ixracının tam dayandırılacağını gözləmirəm. Bu və ya digər şəkildə razılaşıb Ukrayna taxılının dünya bazarına çıxışı davam etdiriləcək. Bütün mübahisələrin fonunda taxılın qiymətində yüksəlmə müşahidə olunmur. Xeyli vaxtdır qiymətlər sabit şəkildə dayanıb".

C.İbrahimli vurğuladı ki, onsuz da ötən illərlə müqayisədə Azərbaycana daha çox Rusiyadan taxıl idxal olunub:

"Ukraynadan taxıl ixrac edilməsə və dünya bazarında qiymətlər yüksəlsə belə, bu, bizə o qədər təsir etməyəcək. Nəzərə alaq ki, bir çox ölkələrlə müqayisədə Rusiya taxılının idxalı Azərbaycan üçün rahatdır. Kifayət qədər məhsul idxal olunub, anbarlar doludur. Həmçinin, 45-50 gün sonra Azərbaycanın özündə taxıl biçilməyə başlanacaq. Amma Ukrayna taxılının ixracı ilə bağlı kəskin qərar verilərsə, bu, istər-istəməz dünya bazarında qiyməti bir az yüksəldə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 833   Tarix: 30 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yamal 20 yaşınadək futbolçular arasında Çempionlar Liqası tarixində ən çox qol vuran oyunçu oldu

"Barselona"nın 19 yaşlı yarımmüdafiəçisi Kilian Mbappenin təxminən on ildir qorunan rekordunu keçib. "Barselona"nın ispaniyalı qanad oyunçusu Lamin Yamal, 20 yaşınadək oyunçuların vurduğu qollar üzrə Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. 2026/27 mövsümünün dördüncü turund

04.11.2026 347
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

12:25 153
.

ABŞ seçkilərinin nəticələri İranla sülh danışıqlarını aktuallaşdırır

ABŞ-da keçirilən seçkilərin nəticələri İranla sülh sazişinin əldə olunmasını ABŞ prezidenti Donald Tramp üçün daha da aktuallaşdırır. Lakin bu vəziyyət Tehran üçün prosesi asanlaşdırmır. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, prosesin gələcə

10:25 196
.

Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb

"Gürcüstan hakimiyyəti öz kursunu dəyişəcəyi təqdirdə, ölkənin Avropa yolu açıq qalır". APA-nın yerli bürosu xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Avropa Parlamentində 2026-cı il üzrə genişlənmə paketini təqdim edərkən deyib. Onun sözlərinə görə

04.11.2026 341
.

Himalay dağlarında yarım əsr sirr olaraq qalan qeyri-adi həşərat aşkarlandı

Himalay dağlarında əvvəllər yalnız tropik ərazilərdə yaşadığı düşünülən milçək növü müəyyən edilib. Təxminən 50 il əvvəl sürfələri aşkarlanan, lakin hansı növə aid olduğu bilinməyən həşəratın sirri yalnız 2025-ci ildə yetkin fərdlərin tapılmasından sonra açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Dail

04.11.2026 349
.

"Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq

ABŞ-nin məşhur okean layneri "SS United States" dünyanın ən böyük süni rifini yaratmaq üçün Florida sahillərində, Meksika körfəzində batırılacaq. "Qafqazinfo" xəbər verir ki, otuz ilə yaxın Filadelfiyada sahilə lövbər salan tarixi gəmi yüksək bərpa xərcləri səbəbindən bu üsulla qiymətləndirilib

04.11.2026 353
.

Avropa Komissiyası: Gürcüstanın Aİ-yə üzvlük prosesi dayanıb

Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi faktiki olaraq dayanıb və namizəd ölkə statusu artıq yalnız formal xarakter daşıyır. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı bəyanatda deyilir. Qeyd olunub ki, Gürcüstan namizəd statusu üçün Komissiyanın tövsiyəsind

04.11.2026 319
.

2027-ci ildə gözlənilən inflyasiya səviyyəsi açıqlandı

"Mərkəzi Bankın baza ssenari üzrə oktyabr proqnozlarına əsasən, illik inflyasiya 2027-ci ildə 5.9% səviyyəsində qərarlaşacaq". xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbayca

04.11.2026 341
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

11:32 172
.