Avropa çempionu: "Azərbaycanlı ağırlıqqaldıranların gələcəyi çox parlaqdır"

Avropa çempionu: "Azərbaycanlı ağırlıqqaldıranların gələcəyi çox parlaqdır""Azərbaycanda ümidverici idmançılar çoxdur, hər birinin çox uğurlu olduğunu hesab edirəm. Yaşları kiçik olan atletlər var idi ki, onların gələcəyi həqiqətən çox parlaqdır".

Bunu "Report"a açıqlamasında İrəvanda keçirilən Avropa çempionatında qızıl medal qazanan və bu zəfərini Azərbaycana həsr edən türkiyəli ağırlıqqaldıran Cansu Bektaş deyib.

Prezident İlham Əliyev tərəfindən komanda yoldaşları ilə birlikdə Azərbaycana dəvət olunan və burada olduqları müddətdə ağırlıqqaldırma üzrə Azərbaycan çempionatını izləyən atlet ölkə birinciliyinin səviyyəsi haqqında danışıb.

Ağırlıqqaldırma üzrə Avropa çempionu bildirib ki, yarışlar çox maraqlı olub və güclü rəqabət görüb: "Bununla yanaşı, çempionata dəvət edilmək və orada izləyici qismində iştirakımız da bizi çox sevindirdi. Bu idmanla məşğul olan gənclərə tövsiyəm isə ondan ibarətdir ki, heç vaxt ruhdan düşməsinlər və öz üzərlərində işləməyə davam etsinlər. Bir dəfə olmadı deyə idmanı atmağı düşünsəniz, əsla irəliyə gedə bilməzsiniz".

İrəvandakı yarışın digər mükafatçısı Nuray Güngör də Azərbaycana səfəri haqqında təəssüratlarını bölüşüb: "İki-üç gündür ki, Bakını gəzirik. Dünən və bu gün "Formula 1" yarışlarını izləmək imkanımız oldu. İlk dəfədir ki, bu cür beynəlxalq tədbirdə iştirak etmək imkanı qazandıq. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşümüz oldu, çox səmimi qarşılandıq. Bizə bir ata və ana kimi qayğı göstərdilər. Özümüzü evimizdəki kimi hiss edirdik. Azərbaycanın Türkiyədən heç bir fərqi yoxdur, bizə çox doğma gəldi. Dəvət məktubu gələndə çox sevindik və bu gün burada olmaqdan şadıq".

Avropa Çempionatının gümüş medalçısı Qamze Altun da öz növbəsində ölkəmizdə gələcəyi parlaq çox idmançı olduğunu qeyd edib: "Bildiyim qədərilə İrəvanda keçirilən çempionatda azərbaycanlı bir qardaşımızın da medal şansı olub. Lakin xoşagəlməz hal yaşandı və bu cür nəticələndi. Bu, son deyil, hər bir idmançının şansı var. Əsas olan öz üzərində məsuliyyətlə işləmək və yarışlara ciddi şəkildə hazırlaşmaqdır. Bakıya ilk dəfə gəldik və ümid edirəm ki, yenidən gəlmək imkanımız olar. Qonaqpərvərliyə görə hər kəsə təşəkkür edirəm".

Ağırlıqqaldırma üzrə qitə çempionatının qızıl medalçısı Yusuf Fehmi Genç isə vurğulayıb ki, Ermənistanda təşkil edilən Avropa Çempionatında Azərbaycan bayrağının yandırılması onları çox məyus edib: "İlk olaraq Cansu yarışdı və qızıl medal qazandı. Qazandığı qızıl medalı qardaşlarımıza ərmağan etdi. Azərbaycana ilk dəfədir ki, gəlmişəm. Özümü burada heç yad hiss etmədim. Bakını İzmirə oxşatdım və dostlarıma bura barədə danışıram. Hər kəsə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm".


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1006   Tarix: 29 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Fənərbaxça" 18 ildən sonra ÇL-ə vəsiqə qazandı

Türkiyənin "Fənərbaxça" klubu 18 illik həsrətə son qoyaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. "Qafqazinfo" xəbər verir ki, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda Fransanın "Olimpik Lion" klubunu məğlub edərək bu uğura imza atıb

27.08.2026 278
.

Zubir "Qarabağ"a qayıdır? - RƏSMİ

Səudiyyə Ərəbistanının "Əl-Uruba" klubuna keçidi baş tutmayan Abdullah Zubirin yenidən "Qarabağ"da çıxış edəcəyi ilə bağlı məlumatlar yayılıb. Məsələ ilə bağlı "Qarabağ"ın mətbuat xidmətindən -ın sorğusuna cavab olaraq bildirib ki, klubda Zubirlə bağlı hazırda hər hans

09.09.2026 268
.

Bakıda futbolçu ÖLDÜ - FOTO

Bakıda futbolçu ölüb. -ın əldə etdiyi məlumata görə, minifutbolçu Qiyas Babayev ötən axşam dünyasını dəyişib. O, minifutbol üzrə həvəskarlar liqasında mübarizə aparan paytaxtın "Mayak Nardaran" komandasının üzvü idi

22.08.2026 420
.

Elvin Cəfərquliyev əməliyyat olundu

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən futbolçumuz Elvin Cəfərquliyev əməliyyat olunub. xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunu

02.09.2026 364
.

Ronaldinyo həbsxanada çempion olub, mükafat olaraq donuz almağından danışıb

"Barselona"nın sabiq ulduzu Ronaldinyo həbsxanada keçirdiyi günlərdən danışıb. xarici mətbuata istinadən xəbər verir ki, Paraqvayda həbsdə olduğu müddətdə futbol ona baş verənlərdən uzaqlaşmağa kömək edib. Onun sözlərinə görə, həbsxanada keçirilən turnirin finalında onun komandası 11:2 hesab

21.08.2026 541
.

"Fənərbağça" azarkeşi "Beşiktaş"la oyunda ürəktutmadan vəfat edib

Türkiyə Superliqasının IV turunda baş tutmuş "Fənərbağça" - "Beşiktaş" oyununu tribunadan izləyən azarkeşlərdən biri vəfat edib. "Report"un məlumatına görə, meydan sahiblərinin fanatı Yaşar Gerçek ürəktutmadan həyatını itirib. Hər iki klub tərəfdarın ölümü ilə bağlı başsağlığ

06.09.2026 270
.

Messi cərimə zərbələrindən vurulan qolların sayına görə ikinci pilləyə yüksəlib

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi birbaşa cərimə zərbələrindən vurduğu qolların sayına görə futbol tarixində ikinci pilləyə yüksəlib. bu barədə "Sudanalytics"ə istinadən xəbər verir. Belə ki, "İnter Mayami" MLS-in müntəzəm çempionatında "Monreal"

30.08.2026 286
.

"Qalatasaray" üç futbolçusunu komandadan göndərir

Türkiyə nəhəngi "Qalatasaray" yaxınlaşan qış fasiləsində komandanın heyətində əsaslı islahatlar həyata keçirməyə hazırlaşır. yerli mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi bir neçə önəmli oyunçu ilə də yollarını ayırmağı düşünür. Məlumata görə, "sarı-qırmızılar"ın göndərilməsin

16:00 116
.

"Barselona" "Sabah"a rəqib oldu - Bakıya gələcək-Video-Yenilənib

Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Monakoda baş tutacaq mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu "Sabah" 4-c

27.08.2026 582
.