Yunan-Roma güləşçilərimizin Avropa çempionatlarında qazandıqları 60 medal - SİYAHI

Yunan-Roma güləşçilərimizin Avropa çempionatlarında qazandıqları 60 medal - SİYAHIXorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi 6 medal qazanıb.

BiG.AZ report-a istinadən xəbər verir ki, "klassiklər" aktivlərinə 2 qızıl, 3 gümüş, 1 bürünc medal yazdırıblar.

Güləşin bu növündə rekordçu Rafiq Hüseynovdur. Üç dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan olimpiya mükafatçısı Zaqrebdə bu uğurun davamını gətirə bilməyib. Avropa çempionatlarında 2 qızıl, 4 bürünc medalı olan Eldəniz Əzizli isə ilk dəfə gümüşlə kifayətlənib.

Ümumiyyətlə, Azərbaycanın yunan-Roma güləşçiləri müstəqillik illərində Avropa çempionatlarında 60 medal qazanıblar. Bunun 15-i qızıl, 14-ü gümüş, 31-i isə bürüncdür.

Azərbaycanın müstəqillik illərində Avropa çempionatında medal qazanan yunan-Roma güləşçiləri:

15 qızıl

Rafiq Hüseynov (3 dəfə) - 2011-ci il: Almaniya (74 kq), 2020: İtaliya (82 kq), 2022: Macarıstan (82 kq)

Rövşən Bayramov (2 dəfə) - 2007: Bolqarıstan (55 kq), 2008: Finlandiya (55 kq)

Elçin Əliyev (2 dəfə) - 2010: Azərbaycan (55 kq), 2012: Serbiya (55 kq)

Eldəniz Əzizli (2 dəfə) - 2018: Rusiya (55 kq), 2022: Macarıstan (55 kq)

Natiq Eyvazov (1 dəfə) - 1993: Türkiyə (52 kq)

Vitali Rəhimov (1 dəfə) - 2005: Bolqarıstan (60 kq)

Həsən Əliyev (1 dəfə) - 2010: Azərbaycan (60 kq)

Sənan Süleymanov (1 dəfə) - 2020: İtaliya (77 kq)

Həsrət Cəfərov (1 dəfə) - 2023: Xorvatiya (67 kq)

Ülvü Qənizadə (1 dəfə) - 2023: Xorvatiya (72 kq)

14 gümüş

Taleh Məmmədov (3 dəfə) - 2021: Polşa (63 kq), 2022: Macarıstan (63 kq), 2023: Xorvatiya (63 kq)

Rəsul Çunayev (2 dəfə) - 2014: Finlandiya (71 kq), 2018: Rusiya (72 kq)

Azad Əliyev (1 dəfə) - 1993: Türkiyə (74 kq)

Natiq Eyvazov (1 dəfə) - 1998: Belarus (54 kq)

Elvin Mürsəliyev (1 dəfə) - 2010: Azərbaycan (74 kq)

Elçin Əliyev (1 dəfə) - 2013: Gürcüstan (55 kq)

Həsən Əliyev (1 dəfə) - 2014: Finlandiya (66 kq)

Murad Məmmədov (1 dəfə) - 2018: Rusiya (60 kq)
İslam Abbasov (1 dəfə) - 2019: Rumıniya (87 kq)

Eldəniz Əzizli (1 dəfə) - 2023: Xorvatiya (55 kq)

Sabah Şəriəti (1 dəfə) - 2023: Xorvatiya (130 kq)

31 bürünc

Eldəniz Əzizli (4 dəfə) - 2011: Almaniya (55 kq), 2019: Rumıniya (55 kq), 2020: İtaliya (55 kq), 2021: Polşa (55 kq)

Kamran Məmmədov (3 dəfə) - 2013: Gürcüstan (60 kq), 2014: Finlandiya (59 kq), 2016: Latviya (66 kq)

Şalva Qadabadze (3 dəfə) - 2009: Litva (84 kq), 2011: Almaniya (96 kq), 2012: Serbiya (96 kq)

Həsən Əliyev (3 dəfə) - 2011: Almaniya (60 kq), 2013: Gürcüstan (66 kq), 2016: Latviya (71 kq)

Elvin Mürsəliyev (2 dəfə) - 2014: Finlandiya (75 kq), 2018: Rusiya (77 kq)

İslam Abbasov (2 dəfə) - 2020: İtaliya (87 kq), 2022: Macarıstan (87 kq)

Ülvü Qənizadə (2 dəfə) - 2020: İtaliya (72 kq), 2022: Macarıstan (72 kq)

Sənan Süleymanov (2 dəfə) - 2021: Polşa (77 kq), 2022: Macarıstan (77 kq)

Natiq Eyvazov (1 dəfə) - 1999: Bolqarıstan (54 kq)

Fuad Əliyev (1 dəfə) - 2006: Rusiya (60 kq)

Rövşən Bayramov (1 dəfə) - 2006: Rusiya (55 kq)

Vitali Rəhimov (1 dəfə) - 2011: Almaniya (66 kq)

Rafiq Hüseynov (1 dəfə) - 2018: Rusiya (82 kq)

Taleh Məmmədov (1 dəfə) - 2019: Rumıniya (63 kq)

Murad Bazarov (1 dəfə) - 2020: İtaliya (60 kq)

Həsrət Cəfərov (1 dəfə) - 2022: Macarıstan (67 kq)

Murad Məmmədov (1 dəfə) - 2022: Macarıstan (60 kq)

Nihat Məmmədli (1 dəfə) - 2023: Xorvatiya (60 kq)


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1149   Tarix: 24 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Fənərbaxça" 18 ildən sonra ÇL-ə vəsiqə qazandı

Türkiyənin "Fənərbaxça" klubu 18 illik həsrətə son qoyaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. "Qafqazinfo" xəbər verir ki, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda Fransanın "Olimpik Lion" klubunu məğlub edərək bu uğura imza atıb

27.08.2026 278
.

Zubir "Qarabağ"a qayıdır? - RƏSMİ

Səudiyyə Ərəbistanının "Əl-Uruba" klubuna keçidi baş tutmayan Abdullah Zubirin yenidən "Qarabağ"da çıxış edəcəyi ilə bağlı məlumatlar yayılıb. Məsələ ilə bağlı "Qarabağ"ın mətbuat xidmətindən -ın sorğusuna cavab olaraq bildirib ki, klubda Zubirlə bağlı hazırda hər hans

09.09.2026 268
.

Bakıda futbolçu ÖLDÜ - FOTO

Bakıda futbolçu ölüb. -ın əldə etdiyi məlumata görə, minifutbolçu Qiyas Babayev ötən axşam dünyasını dəyişib. O, minifutbol üzrə həvəskarlar liqasında mübarizə aparan paytaxtın "Mayak Nardaran" komandasının üzvü idi

22.08.2026 420
.

Elvin Cəfərquliyev əməliyyat olundu

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən futbolçumuz Elvin Cəfərquliyev əməliyyat olunub. xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunu

02.09.2026 364
.

Ronaldinyo həbsxanada çempion olub, mükafat olaraq donuz almağından danışıb

"Barselona"nın sabiq ulduzu Ronaldinyo həbsxanada keçirdiyi günlərdən danışıb. xarici mətbuata istinadən xəbər verir ki, Paraqvayda həbsdə olduğu müddətdə futbol ona baş verənlərdən uzaqlaşmağa kömək edib. Onun sözlərinə görə, həbsxanada keçirilən turnirin finalında onun komandası 11:2 hesab

21.08.2026 541
.

"Fənərbağça" azarkeşi "Beşiktaş"la oyunda ürəktutmadan vəfat edib

Türkiyə Superliqasının IV turunda baş tutmuş "Fənərbağça" - "Beşiktaş" oyununu tribunadan izləyən azarkeşlərdən biri vəfat edib. "Report"un məlumatına görə, meydan sahiblərinin fanatı Yaşar Gerçek ürəktutmadan həyatını itirib. Hər iki klub tərəfdarın ölümü ilə bağlı başsağlığ

06.09.2026 270
.

Messi cərimə zərbələrindən vurulan qolların sayına görə ikinci pilləyə yüksəlib

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi birbaşa cərimə zərbələrindən vurduğu qolların sayına görə futbol tarixində ikinci pilləyə yüksəlib. bu barədə "Sudanalytics"ə istinadən xəbər verir. Belə ki, "İnter Mayami" MLS-in müntəzəm çempionatında "Monreal"

30.08.2026 286
.

"Qalatasaray" üç futbolçusunu komandadan göndərir

Türkiyə nəhəngi "Qalatasaray" yaxınlaşan qış fasiləsində komandanın heyətində əsaslı islahatlar həyata keçirməyə hazırlaşır. yerli mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi bir neçə önəmli oyunçu ilə də yollarını ayırmağı düşünür. Məlumata görə, "sarı-qırmızılar"ın göndərilməsin

16:00 116
.

"Barselona" "Sabah"a rəqib oldu - Bakıya gələcək-Video-Yenilənib

Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Monakoda baş tutacaq mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu "Sabah" 4-c

27.08.2026 582
.