Azərbaycanda badminton üzrə Avropa çempionatı keçirilə bilər
"Azərbaycanın Avropa çempionatı keçirmək üçün böyük potensialı var".
"Report"un məlumatına görə, bunu Avropa Badminton Konfederasiyasının Bakıda keçirilən konqresində quruma prezident seçilən Sven Serre Milli Gimnastika Arenasında jurnalistlərlə görüşü zamanı deyib.
Belçikalı funksioner bildirib ki, buradakı infrastruktur Avropada ən yaxşılardandır:
"Ölkəniz gələcəkdə qitənin bir sıra nüfuzlu turnirlərinə ev sahibliyi edə bilər".
O, Azərbaycanın hazırda Avropada kiçik badminton ölkəsi kimi tanındığını, amma bu idman növünün inkişafda olduğunu vurğulayıb:
"Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovla çox yaxşı danışıqlarımız oldu. Buradakı infrastrukturu, məşq mərkəzlərini mənə göstərdi. Hər şeyi yenidən qururlar. Badminton və parabadmintonda yaxşı idmançılarınız var. Azərbaycan Polşadakı III Avropa Oyunlarında təmsil olunacaq. Bu, ölkədə badmintonun inkişafı üçün çox vacibdir".
Serrenin sözlərinə görə, quruma prezident seçilməsi irəliyə doğru böyük addımdır:
"Seçkilərə nəzər salsaq, üzvlər həqiqətən dəyişiklik, yenilik istəyirdi. Həm idmançılar, həm də üzvlərlə bağlı proqramı təqdim etdim. Avropa Badminton Konfederasiyası nəhəng qurumdur. Dünya səviyyəsinə baxsaq, xeyli sayda idmançımız var. Badminton dünyada olduqca populyardır. Tokio olimpiadası zamanı telekanallarda ən çox izlənilən idman növlərindən biri olub".
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1150 Tarix: 23 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRonaldu Portuqaliya millisindən uzaqlaşdırıldı
Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun milli komandanın düşərgəsini icazəsiz tərk etməsindən sonra məşhur futbolçuya qarşı avtomatik diskvalifikasiya qərarı tətbiq edib. xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" nəşri məlumat yayıb. Qeyd olunur ki, qaydalarına əsasən
10.10.2026 574 Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb
Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda ABŞ-dən olan Conatan Yanqa məğlub olub. B.Ağayev daha əvvəl Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırmışdı
04.10.2026 530 Öz üzüyünün qiyməti 1 milyon dollar- Ronaldonun xanımının üzüyünü görəndən sonra...
Belaruslu məşhur tennisçi Arina Sabalenka ilə Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodrigesin Milanda qarşılaşması maraqlı anlarla yadda qalıb. xəbər verir ki, Sabalenka və Rodriges Gucci-nin moda nümayişində görüşərək bir-birlərinin nişan üzüklərinə baxıblar. Tennisçi Corcinanın üzüyünü xüsusil
27.09.2026 639 Roberto Karlos: "Futboldan əldə etdiyim bütün gəlirin 99%-ni itirdim"
Braziliya millisinin və "Real Madrid"in sabiq futbolçusu Roberto Karlos idman karyerasını başa vurduqdan sonra üzləşdiyi maliyyə problemlər barədə danışıb. xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb. "Böyük futbolla vidalaşmağa qərar verdiyim an artıq idman direktor
26.09.2026 441 Ronaldu millidən ayrıldı, Portuqaliyada kütləvi etirazlar başladı - Video
Portuqaliya millisinin azarkeşləri Kriştianu Ronaldunun milli komandadan qalmaqallı şəkildə ayrılmasına etiraz olaraq aksiya keçiriblər. xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində küçələrə çıxan azarkeşlər futbolçunun adını səsləndirib və əfsanəvi oyunçuya hörmət tələb ediblər. Azarkeşlərin narazılığ
04.10.2026 702 Daha 4 cüdoçumuz tatamiyə çıxır
Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq. "Qafqazinfo" xəbər verir ki, qadınlardan Madina Kaisinova (+78 kq), kişilərdən isə Camal Qamzatxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (hər üçü +100 kq) mübarizəyə qoşulacaqlar. M.Kaisinova yarışa 1/16 finaldan başlayacaq
10.10.2026 560 Azərbaycan millisi Litvanı məğlub etdi - Video
Azərbaycan millisi UEFA Millətlər Liqasında bu mövsüm ilk qələbəsini qazanıb. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Litvanı qəbul edib. "Palms Sports Arena"da baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqi
04.10.2026 668 15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov qurumdan ayrılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun özü məlumat verib. O bu vəzifəyə 15 gün əvvəl təyin olunmuşdu
01.10.2026 742 Çempionlar Liqası: "Sabah" Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin II turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda
20.10.2026 512