"İPhone"a görə saxlanılan millimizin üzvləri ilə bağlı QƏRAR

"İPhone"a görə saxlanılan millimizin üzvləri ilə bağlı QƏRARQaçaqmalçılıqda ittiham olunan Azərbaycan futzal millisinin kapitanı Xətai Bağırov və U-19 millisnin üzvü Xəzər Ağalızadə barəsində məhkəmə qərar verib.

"Qafqazinfo"nun məlumatına görə, onlar əlbir olaraq 66 min manat dəyərində "İPhone 13 Promax" və qol saatlarını hava limanından qanunsuz Azərbaycana keçirməkdə təqsirli bilinib. Araşdırmalar zamanı məlum olub ki, bir müddət öncə Xətai Bağırovun Türkiyədə olan Məsim adlı tanışı ona zəng edərək gömrükdən 24 ədəd mobil telefon, 24 ədəd qol saatı keçirməkdə ona köməklik etməsini xahiş edib. Xətai isə millinin düşərgəsindən tanıdığı Xəzərə zəng edərək bu işi həll etməsini istəyib.

U-19 millisinin üzvləri Xorvatiyadan yarışdan qayıdarkən tranzit olaraq İstanbul hava limanına eniş edib. Bu zaman Məsim adlı şəxs Xətainin dediyi telefonları və saatları hava limanında Xəzərə verib. Xəzər komanda yoldaşları arasında sözükeçən futzalçı olduğundan hər futzalçıya iki-iki telefonları paylayıb. Xətai bildirib ki, telefonları bu formada keçirsələr, problem olmayacaq.

İş materiallarında qeyd edilib ki, telefonlar Azərbaycana gətirilərəkən açıq formada, qutusuz və aksesuarsız halda olub. Lakin Bakıda hava limanına endikdən sonra gömrük yoxlanışından keçən zaman futzalçılar saxlanılıb. Telefonlar və saatlar onlardan yığılıb. Məsələ ilə bağlı Xətai Bağırov və Xəzər Ağalızadə barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Xətai Bağırov məhkəmədə əməlin cinayət olduğundan xəbərsiz olduğunu deyib. O, Məsimi Bakıdan məhəllə uşağı kimi tanıdığını, ona görə də xahişini yerinə yetirdiyini bildirib. Xəzər Ağalızadə isə Xətainin futzalda ona çox dəstək göstərdiyini, "Araz Naxçıvan" komandasında bir yerdə oynadıqlarını, buna görə də onun xahişini yerinə yetirdiyini deyib.

Məhkəmə hər iki şəxsin şəxsiyyətini nəzərə alaraq hökm çıxarıb. Hökmə əsasən, futzalçılar hər biri 1500 manat cərimə olunub. Qeyd edilib ki, 24 ədəd "İphone 13 Pro Max" və 24 ədəd smart saat isə dövlət rüsumu ödənildikdən sonra onların özlərinə qaytarılacaq.

Xətai Bağırovun vəkili Ceyhun Yusifov cəzanın əmələ adekvat olduğunu bildirib: "Məhkəmə onların peşəkar idman fəaliyyətini, Xətai Bağırovun beynəlxalq miqyaslı ilk transfer olmasını və naliyyətlərini nəzərə alaraq kifayət qədər humanist qərar qəbul etdi. Hesab edirəm ki, təyin olunan cəza əmələ adekvatdır".


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1320   Tarix: 21 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldu Portuqaliya millisindən uzaqlaşdırıldı

Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun milli komandanın düşərgəsini icazəsiz tərk etməsindən sonra məşhur futbolçuya qarşı avtomatik diskvalifikasiya qərarı tətbiq edib. xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" nəşri məlumat yayıb. Qeyd olunur ki, qaydalarına əsasən

10.10.2026 574
.

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb

Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda ABŞ-dən olan Conatan Yanqa məğlub olub. B.Ağayev daha əvvəl Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırmışdı

04.10.2026 530
.

Öz üzüyünün qiyməti 1 milyon dollar- Ronaldonun xanımının üzüyünü görəndən sonra...

Belaruslu məşhur tennisçi Arina Sabalenka ilə Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodrigesin Milanda qarşılaşması maraqlı anlarla yadda qalıb. xəbər verir ki, Sabalenka və Rodriges Gucci-nin moda nümayişində görüşərək bir-birlərinin nişan üzüklərinə baxıblar. Tennisçi Corcinanın üzüyünü xüsusil

27.09.2026 639
.

Roberto Karlos: "Futboldan əldə etdiyim bütün gəlirin 99%-ni itirdim"

Braziliya millisinin və "Real Madrid"in sabiq futbolçusu Roberto Karlos idman karyerasını başa vurduqdan sonra üzləşdiyi maliyyə problemlər barədə danışıb. xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb. "Böyük futbolla vidalaşmağa qərar verdiyim an artıq idman direktor

26.09.2026 441
.

Ronaldu millidən ayrıldı, Portuqaliyada kütləvi etirazlar başladı - Video

Portuqaliya millisinin azarkeşləri Kriştianu Ronaldunun milli komandadan qalmaqallı şəkildə ayrılmasına etiraz olaraq aksiya keçiriblər. xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində küçələrə çıxan azarkeşlər futbolçunun adını səsləndirib və əfsanəvi oyunçuya hörmət tələb ediblər. Azarkeşlərin narazılığ

04.10.2026 702
.

Daha 4 cüdoçumuz tatamiyə çıxır

Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq. "Qafqazinfo" xəbər verir ki, qadınlardan Madina Kaisinova (+78 kq), kişilərdən isə Camal Qamzatxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (hər üçü +100 kq) mübarizəyə qoşulacaqlar. M.Kaisinova yarışa 1/16 finaldan başlayacaq

10.10.2026 560
.

Azərbaycan millisi Litvanı məğlub etdi - Video

Azərbaycan millisi UEFA Millətlər Liqasında bu mövsüm ilk qələbəsini qazanıb. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Litvanı qəbul edib. "Palms Sports Arena"da baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqi

04.10.2026 668
.

15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı

AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov qurumdan ayrılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun özü məlumat verib. O bu vəzifəyə 15 gün əvvəl təyin olunmuşdu

01.10.2026 742
.

Çempionlar Liqası: "Sabah" Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin II turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda

20.10.2026 512
.