"Formula-1": Qran-pri ölkəmizə nə qazandırır?

"Formula-1": Qran-pri ölkəmizə nə qazandırır?"Formula-1" üzrə dünya çempionatının Azərbaycan Qran-prisi aprelin 28-30-da təşkil olunacaq.

Oxu.Az xəbər verir ki, budəfəki yarış bir çox göstəricidə əvvəlkiləri üstələyəcək. İlk növbədə 2023-cü il Qran-prisi ötən altı il ilə müqayisədə bilet satışının ən yüksək səviyyəyə çatdığı yarış kimi tarixə düşəcək. Satışa çıxarılan biletlərin 90 faizi artıq sahibini tapıb. Ən əhəmiyyətlisi odur ki, satılmış biletlərin 70%-i əcnəbilər tərəfindən alınıb.

Azarkeşlərin gəldikləri ölkələrin sayında da rekord qeydə alınacaq. İlk dəfə 100-dən çox ölkədən "Formula-1" həvəskarları ölkəmizi ziyarət edəcəklər. Bu rəqəm Bakı yarışının tarixində qeydə alınmış ən yüksək göstəricidir. Bu o deməkdir ki, dünyadakı ölkələrin yarısından çoxu azarkeş qismində bu yarışlarda təmsil olunacaq.

"Formula One Management"in 2022-ci il "Formula-1" Azərbaycan Qran-prisinin hesabatına əsasən, yarışların Bakı mərhələsinin qlobal auditoriyası 60 milyona yaxın olub. Ötənilki yarışın izləyici kütləsi arasında ilk "üçlük"də İtaliya, Birləşmiş Krallıq və Niderland yer alıb.

2022-ci il "Formula-1" Azərbaycan Qran-prisini "Formula-1"in rəsmi veb-səhifəsi və mobil tətbiqi vasitəsilə səkkiz milyondan çox unikal istifadəçi izləyib. Bu rəqəm 2021-ci illə müqayisədə doqquz faiz, 2019-cu illə müqayisədə 111 faiz artıb.

2022-ci il "Formula-1" Azərbaycan Qran-prisinin sosial media ("Facebook", "Instagram", "Twitter", "YouTube") izləyicilərinin sayı 116 faiz artmaqla yüksək həddə çatıb.

Bundan başqa, hesabata əsasən, "Formula-1" azarkeşləri arasında keçirilən sorğuda respondentlərin 74 faizi "Formula-1" Azərbaycan Qran-prisinin davamlı keçirilməsinin tərəfdarıdır. Onların 73 faizi Bakı Şəhər Halqasının "Formula-1" yarışının təşkili üçün möhtəşəm yer olduğunu, 74 faizi onun ötmə manevri üçün ideal imkan yaratdığını qeyd edib. Ümumilikdə respondentlərin 62 faizi Bakı yarışının "Formula-1" təqvimində ən sevimli yarışlardan biri olduğunu vurğulayıb.

Azərbaycan Qran-prisinə media orqanlarının marağı da yüksəkdir. Ötən il xarici və yerli KİV-də Bakı yarışı haqqında 70 minə yaxın məqalə dərc edilib, məlumat yayımlanıb. Maraq bu il də yüksəkdir. 220-yə yaxın beynəlxalq və yerli media nümayəndəsinin 2023-cü il Azərbaycan Qran-prisini işıqlandıracağı gözlənilir. Onlardan 80 nəfəri yerli media təmsilçiləridir. 50-yə yaxın xarici fotoqraf, 90-a yaxın əcnəbi jurnalist builki Bakı yarışını işıqlandırmağa hazırlaşır.

Ümumən, qlobal televiziya izləyicisi 1,55 milyard olan "Formula-1" yarışlarını ESPN, "Sky Sports", "Motorsport", "Autosport" kimi bir çox nüfuzlu idman kanalları və informasiya agentlikləri işıqlandırır.

Hər zaman gözlənilməz anlarla dolu olan Azərbaycan Qran-prisi həm xarici medianın, həm də azarkeşlərin sevimlisinə çevrilib. ESPN-in verdiyi məlumata əsasən, 2021 "Formula-1" Azərbaycan Qran-prisi ABŞ-də son iki ildə ən çox izlənilən avtoidman yarışı (1,04 milyon izləyici ilə - red.) adına layiq görülərək həmin ilin Monako Qran-prisinin rekord izləyici sayını üstələyib.

Azərbaycan Qran-prisi bu il də əyləncə proqramı ilə diqqət çəkir. Bu il əyləncə proqramı çərçivəsində niderlandlı sənətçilər - DJ Hardwell və DJ Don Diablonun konsertləri baş tutacaq. DJ Diablo cümə günü, aprelin 28-i, DJ Hardwell isə şənbə günü, aprelin 29-da Bakıda səhnə alacaq.

"Formula 1" Azərbaycan Qran-prisinin ölkəmiz üçün maliyyə faydaları böyükdür. Yarışları izləməyə gələn xarici turistlərin sayında hər il artım müşahidə edilir. Məsələn, Bakıda keçirilən üçüncü "Formula-1" yarışını izləməyə gələn əcnəbilərin sayında 2017-ci illə müqayisədə 31% artım olub. Bu tendensiya hər il artmaqda davam edir. Hər kəsin diqqət mərkəzində olan bu tədbir ölkəmizin dünyaya sürətli inteqrasiyasını təmin etməklə yanaşı, sosial-iqtisadi yüksəlişimizə də təkan verir. Statistika göstərir ki, turistlərin iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən peşəkar xidmətlər, hotel və mehmanxana, hava yolları, iaşə obyektləri, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlara verdikləri faydalar həddən artıq böyükdür.

"Formula-1" bahalı və elit idman növüdür. 2023 Qran-prisi üçün Bakının mərkəzi hotellərində yerlər artıq dolub. Azərbaycan Qran-prisi mövsümü yeni iş yerlərinin açılışı, valyuta daxil olmasının artması ilə nəticələnir. Bu da yekunda qeyri-neft sektorunun inkişafına təkan verir.

"PricewaterhouseCoopers" (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, 2016-19-cu illərdə Bakıda təşkil edilən "Formula-1" yarışları ölkə iqtisadiyyatına və turizmin inkişafına əhəmiyyətli dərəcədə fayda verib. Hesablamalara əsasən, 2016-cı və 2017-ci illərdə 5-10 min arasında qısa və ortamüddətli yeni iş yerləri açılıb. 2018-ci və 2019-cu illərdə isə bu göstərici 7,5 min təşkil edib. Azərbaycanda keçirilən ilk dörd "Formula-1" yarışı ölkə iqtisadiyyatına ümumilikdə 506,3 milyon dollar gəlir gətirib. Birbaşa gəlirlərdə əsas yeri turizm, mehmanxana və nəqliyyat sektorları tutur.

Yarışın Azərbaycan üçün siyasi əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. "Formula-1" Azərbaycan Qran-prisi ölkəmizi dünyada tanıtmaq üçün ideal platformadır. 2018-ci ildə Bakıdakı möhtəşəm yarışı izləməyə gələn turistlər 78 ölkəni təmsil edirdisə, 2023-cü ildə bu rəqəm 100-ü ötüb. Bu o deməkdir ki, dünya ölkələrinin yarısından çoxu azarkeş kimi yarışlarda təmsil olunacaq, Azərbaycan mədəniyyəti, qonaqpərvərliyi, gülərüzlü insanları ilə tanış olmaq imkanı əldə edəcək. Bu, beynəlxalq arenada 2023 "Formula-1" Azərbaycan Qran-prisinə olan böyük marağın və diqqətin göstəricisidir. Bir amili də xüsusi vurğulayaq ki, artıq Azərbaycan dünya siyasi arenasında qalib ölkə kimi tanınır və bu il də, keçən il olduğu kimi, qalib paytaxtda fərqli bir statusda "Formula-1" Azərbaycan Qran-prisi təşkil olunacaq.

"Formula-1" Azərbaycan Qran-prisinin iqtisadi, siyasi, sosial sahələrdəki faydaları ilə yanaşı, idman baxımından da mümkün müsbət təsirini vurğulamaq lazımdır. Azərbaycanın dünyamiqyaslı layihədə payının olması, artıq altı dəfə peşəkar komandası ilə yarışları qüsursuz şəkildə keçirməsi və yeddinci yarışa tam hazırlıqları ilə beynəlxalq idman arenasında öz sözünü deməyi bacarması təqdirəlayiq haldır.

Budəfəki yarışda mənəvi əhəmiyyəti böyük olan xüsusi bir məqam da diqqət çəkəcək. Üç gün keçiriləcək yarışlarda hər gün üçün 1 000-ədək müharibə iştirakçısı, qazilər, şəhid ailəsi üzvləri yarışları izləmək üçün evindən götürülüb yarışlara gətiriləcək, sonra da geri qaytarılacaq. Ümumilikdə sayın dörd min nəfər olacağı gözlənilir. Onlara könüllülər tərəfindən hər cür xidmətin göstərilməsi nəzərdə tutulub. Eyni zamanda, əlil arabasında olan qazilərimiz üçün xüsusi hərəkət zolaqları təşkil ediləcək.

Ümumiləşdirsək, dünyaca məşhur "Formula-1" yarışının Azərbaycanda keçirilməsi ölkənin turizm potensialının bütün dünyada təbliğ edilməsində müstəsna rol oynayır. "Formula-1" yarışları iqtisadi cəhətdən cəlbedici və faydalıdır. Belə mühüm idman tədbirinin keçirilməsinin Azərbaycanın gücü, dünyada nüfuzu, yüksək iqtisadi potensialı ilə birbaşa əlaqəsi var. Məsələ ondadır ki, heç də bütün ölkələrə bu yarışların təşkilinə icazə verilmir.

Əlbəttə, belə genişmiqyaslı və əhəmiyyətli yarışa ev sahibliyi müəyyən çətinliklər də yaradır və bu, normaldır. Paytaxt sakinlərinin "Formula-1" yarışlarının keçirildiyi günlərdə yolların bağlanması və s. kimi müvəqqəti çətinlikləri anlayışla qarşılaması, bu mötəbər idman tədbirinin gətirdiyi dividendləri dərk etməsi müsbət haldır. Yolların dörd günlük bağlanması müəyyən sıxlıq yarada bilər. Amma bu dörd gündə aparılan informasiya təbliğatı, tanıtım, turizm imkanlarının nümayiş etdirilməsi bütün il boyu turistlərin diqqətini Azərbaycana yönəldir. Bu isə yekunda nüfuz və maliyyə faydası kimi geri dönür.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1104   Tarix: 21 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ronaldu Portuqaliya millisindən uzaqlaşdırıldı

Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun milli komandanın düşərgəsini icazəsiz tərk etməsindən sonra məşhur futbolçuya qarşı avtomatik diskvalifikasiya qərarı tətbiq edib. xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" nəşri məlumat yayıb. Qeyd olunur ki, qaydalarına əsasən

10.10.2026 574
.

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb

Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda ABŞ-dən olan Conatan Yanqa məğlub olub. B.Ağayev daha əvvəl Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırmışdı

04.10.2026 530
.

Öz üzüyünün qiyməti 1 milyon dollar- Ronaldonun xanımının üzüyünü görəndən sonra...

Belaruslu məşhur tennisçi Arina Sabalenka ilə Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodrigesin Milanda qarşılaşması maraqlı anlarla yadda qalıb. xəbər verir ki, Sabalenka və Rodriges Gucci-nin moda nümayişində görüşərək bir-birlərinin nişan üzüklərinə baxıblar. Tennisçi Corcinanın üzüyünü xüsusil

27.09.2026 639
.

Roberto Karlos: "Futboldan əldə etdiyim bütün gəlirin 99%-ni itirdim"

Braziliya millisinin və "Real Madrid"in sabiq futbolçusu Roberto Karlos idman karyerasını başa vurduqdan sonra üzləşdiyi maliyyə problemlər barədə danışıb. xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb. "Böyük futbolla vidalaşmağa qərar verdiyim an artıq idman direktor

26.09.2026 441
.

Ronaldu millidən ayrıldı, Portuqaliyada kütləvi etirazlar başladı - Video

Portuqaliya millisinin azarkeşləri Kriştianu Ronaldunun milli komandadan qalmaqallı şəkildə ayrılmasına etiraz olaraq aksiya keçiriblər. xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində küçələrə çıxan azarkeşlər futbolçunun adını səsləndirib və əfsanəvi oyunçuya hörmət tələb ediblər. Azarkeşlərin narazılığ

04.10.2026 702
.

Daha 4 cüdoçumuz tatamiyə çıxır

Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq. "Qafqazinfo" xəbər verir ki, qadınlardan Madina Kaisinova (+78 kq), kişilərdən isə Camal Qamzatxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (hər üçü +100 kq) mübarizəyə qoşulacaqlar. M.Kaisinova yarışa 1/16 finaldan başlayacaq

10.10.2026 560
.

Azərbaycan millisi Litvanı məğlub etdi - Video

Azərbaycan millisi UEFA Millətlər Liqasında bu mövsüm ilk qələbəsini qazanıb. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Litvanı qəbul edib. "Palms Sports Arena"da baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqi

04.10.2026 668
.

15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı

AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov qurumdan ayrılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun özü məlumat verib. O bu vəzifəyə 15 gün əvvəl təyin olunmuşdu

01.10.2026 742
.

Çempionlar Liqası: "Sabah" Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin II turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda

20.10.2026 512
.