Ukraynalı idmançı: Əsgərimiz mənim dediyim sözləri dedi, ruslar onun başını kəsdilər
Ukraynanın tennis yığmasının bir nömrəsi Marta Kostyuk "qardaş xalqlar" anlayışına münasibətini açıqlayıb.
Publika.az xəbər verir ki, Kostyuk rusları heç vaxt qardaş hesab etmədiyini bildirib:
"Ailəmizdə heç vaxt rusları öz qardaşımız hesab etməmişik. Böyük babamı öldürüblər. Sovet rejimi mənim babam və anamı ukraynaca danışdıqları üçün ələ salırdı. Dilimiz uzun müddət sıxışdırıldı, onun kökünü kəsməyə çalışdılar. 1930-cu illərin qolodomoru haqqında çoxları artıq bilir. Bir çox əcdadımız Sibirə aparılıb. Biz bu əməlləri unuda bilmərik.
Dünyada çoxlu müharibələr olub və var. Onların əksəriyyəti ərazi və güc üçündür. Rusiya dilimizi, mədəniyyətimizi, millətimizin ürəyini məhv etmək istəyir. O, bizi uzun müddət zəiflətdi. Bu yaxınlarda başımızı qaldırıb müstəqillik əldə edəndə yenə vurdu. Amma bizi bir araya gətirən də bu oldu. Məsələn, anam rus dilindən istifadə etməyi tamamilə dayandırdı. İndi biz birik, kim olduğumuzu başa düşürük. Ancaq bunun qiyməti çox yüksəkdir".
Kostyuk "Baş verənlərdən sonra diqqətinizi tennisə necə cəmləyə bilirsiniz" sualına belə cavab verib:
"Yaxşı və pis günlər həmişə olacaq. Bir sıra şok hadisələr bəzən yanımdan uçur. Amma bir hadisə var ki, məni tamamilə iflic etdi. Onu görəndən sonra 3 gün xəstə yatdım.
Ostində kuboku alanda çempion çıxışımda dedim: "Yaşasın Ukrayna!" Sonra bir video gördüm, əsgərimiz öz qəbrini qazır və eyni şüarı deyir. Bundan sonra onun başını kəsirlər. Mənim dediyim sözləri dediyi üçün ruslar onu öldürdülər".
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1376 Tarix: 16 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Messi olmaq istəmirəm" - Lamin Yamal
İspaniya yığmasının və "Barselona"nın gənc ulduzu Lamin Yamal maraqlı açıqlamalar verib. "Qafqazinfo"nun məlumatına görə, CBS kanalına danışan 18 yaşlı oyunçu katalonların sabiq ulduzu Lionel Messi ilə müqayisə olunmasına mübasibət bildirib. "O, tarixin ən yaxşısıdır. Hər ikimi
02.12.2025 291 "Qarabağ" "Napoli" səddini keçə bilmədi - Yenilənib+Video
Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində beşinci turun oyunları start götürəcək. "Qafqazinfo" xəbər verir ki, beşinci turun ilk oyun günündə doqquz qarşılaşma baş tutacaq. Belə ki, "Qalatasaray" klubu "Royal Union"la, "Ayaks" "Benfika" ilə
26.11.2025 1109 Türkiyəli futbolçu modellə evlənir
Türkiyəli futbolçu Bertuğ Yıldırım evlənir. Axşam.az xəbər verir ki, idmançı portuqaliyalı model Oriana Korreye Qomezlə nikah masasına əyləşməyə hazırlaşır. Belə ki, sevgilisi futbolçunun evlilik təklifinə "Hə" cavabı verib
23.11.2025 674 Türkiyə Futbol Federasiyasından qərar: 67 hakimin karyerası başa çatdı
Türkiyə Futbol Federasiyasının (TFF) Arbitraj Şurası 67 hakimlə bağlı qərar verib. -ın "Türkiye gazetesi"nə istinadən xəbərinə görə, bu barədə Türkiyə Futbol Federasiyasından məlumat verilib. Məlumata görə, TFF Arbitraj Şurası mərc oyunlarında iştirak etdiklərinə görə hüquqlardan məhrumetm
22.11.2025 429 "Karvan-Yevlax" "Qarabağ"a qarşı oyuna baş məşqçisiz çıxacaq
Bu gün Misli Premyer Liqasının XVII turunda "Qarabağ"la qarşılaşacaq "Karvan-Yevlax" klubu meydana baş məşqçisiz çıxacaq. Bu barədə -a klubun Mətbuat Xidmətindən açıqlama verilib. Bildirilib ki, klubu meydana baş məşqçini əvəz edən Füzuli Məmmədov çıxaracaq. Klubun rəsmi baş məşqçis
29.11.2025 292 "Real Madrid" uzun müddətdir maraqlandığı müdafiəçinin transferi fikrindən daşınıb
"Real Madrid" uzun müddətdir transfer siyahısına daxil etdiyi "Liverpul"un mərkəz müdafiəçisi İbrahima Konatenin oyun performansındakı gerilik səbəbindən onunla müqavilə imzalamaq niyyətindən imtina edib. "The Athletic" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu bu qərarlar
30.11.2025 255 Kriştianu Ronaldu karyerasının sonuncu dünya çempionatını açıqladı
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatının onun üçün sonuncu olacağını bildirib. xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Portuqaliyalı ilk dəfə 2006-cı il turnirində iştirak edib. "Növbəti dünya çempionat
11.11.2025 706 "Çox təkəbbürlüdür" - Ronaldo Ronaldo haqda
"İnter"in, "Real Madrid"in və Braziliya millisinin sabiq hücumçusu Ronaldo "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldonu tənqid edib. "Qafqazinfo" xəbər verir ki, onun açıqlamasını "Footmercato" yayıb. "Bəzi insanlar çox təkəbbürlüdür. Özüm haqqınd
11.11.2025 687 Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib
Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib. Bu barədə BİG.AZ-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Gənclər və idman naziri Çexiyada keçirilən Avropa Gimnastikasının Konqresində səs çoxluğu ilə yenidən həmin qurumun prezidenti seçilib. Qeyd edək ki, Fərid Qayıbo
29.11.2025 255