Federasiya rəsmisi: "Açılış mərasimində yaşananlar idmançılarımızda psixoloji ruh düşkünlüyü yaratdı"

Federasiya rəsmisi: "Açılış mərasimində yaşananlar idmançılarımızda psixoloji ruh düşkünlüyü yaratdı""Bayrağımız yandırıldığı zaman həmin dəqiqə oranı tərk etmək istədik, lakin alınmadı".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatı zamanı baş vermiş təxribata münasibət bildirərkən deyib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verən federasiya rəsmisi Ermənistan tərəfinin onların orada qalmaları üçün maneələr çıxardığını söyləyib: "Yarışın təhlükəsizliyinə cavabdeh olan Ermənistanın yüksək vəzifəli şəxsləri qalmağımızı istədilər. Oteldən çıxmağımızı əngəlləmək fikrində idilər ki, gecikmələr olsun. Buna müəyyən qədər nail oldular".

Onun sözlərinə görə, komanda qitə birinciliyində çıxış etsəydi, daha ciddi problemlər yarana bilərdi: "Açılış mərasimində baş verənlər idmançılarımızda psixoloji ruh düşkünlüyü yaratdı. Bu, ciddi hadisələrin baş verəcəyindən xəbər verirdi. Biz də etirazımızı bildirdik və çıxış etməyəcəyimizi dedik. Bayrağın yandırılması bu siqnalların startı idi. Yarışa kökləndiyimiz bir anda bu hadisə yaşandı və uşaqların təhlükəsizliyinə artıq əmin deyildik".

Baş katib Ermənistana yollanmazdan əvvəl təşkilatçı ölkənin iki təminata qol çəkdiyini, lakin buna əməl etmədiyini vurğulayıb: "İki təminat olmuşdu. Birincisi, digər ölkələrlə eyni təminat idi. Ancaq biz bununla kifayətlənmədik. Xüsusi qeydlər apardıq, ona uyğun olaraq paraqraflar üzrə təminatları üzərlərinə götürmələrini istədik. Bayrağın yandırılması uşaqların çıxışı zamanı başqa fəsadların yaşanmasına gətirib çıxara bilərdi".
Rizvan Rəsulov əlavə edib ki, hadisədən sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva məsələni diqqətdə saxlayıblar: "Eyni zamanda, xalqımızın da böyük dəstəyini hiss etdik. Hadisə ilə bağlı Avropa Ağır Atletika Federasiyasına, Beynəlxalq Ağır Atletika Federasiyasına etirazımızı bildirdik. Əbəttə ki, hamı uşaqları medallarla qarşılamaq istəyərdi".

Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığından, Azərbaycan millisi yarışdan imtina edib.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1303   Tarix: 15 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Fənərbaxça" 18 ildən sonra ÇL-ə vəsiqə qazandı

Türkiyənin "Fənərbaxça" klubu 18 illik həsrətə son qoyaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. "Qafqazinfo" xəbər verir ki, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda Fransanın "Olimpik Lion" klubunu məğlub edərək bu uğura imza atıb

27.08.2026 278
.

Zubir "Qarabağ"a qayıdır? - RƏSMİ

Səudiyyə Ərəbistanının "Əl-Uruba" klubuna keçidi baş tutmayan Abdullah Zubirin yenidən "Qarabağ"da çıxış edəcəyi ilə bağlı məlumatlar yayılıb. Məsələ ilə bağlı "Qarabağ"ın mətbuat xidmətindən -ın sorğusuna cavab olaraq bildirib ki, klubda Zubirlə bağlı hazırda hər hans

09.09.2026 268
.

Bakıda futbolçu ÖLDÜ - FOTO

Bakıda futbolçu ölüb. -ın əldə etdiyi məlumata görə, minifutbolçu Qiyas Babayev ötən axşam dünyasını dəyişib. O, minifutbol üzrə həvəskarlar liqasında mübarizə aparan paytaxtın "Mayak Nardaran" komandasının üzvü idi

22.08.2026 420
.

Elvin Cəfərquliyev əməliyyat olundu

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən futbolçumuz Elvin Cəfərquliyev əməliyyat olunub. xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunu

02.09.2026 364
.

Ronaldinyo həbsxanada çempion olub, mükafat olaraq donuz almağından danışıb

"Barselona"nın sabiq ulduzu Ronaldinyo həbsxanada keçirdiyi günlərdən danışıb. xarici mətbuata istinadən xəbər verir ki, Paraqvayda həbsdə olduğu müddətdə futbol ona baş verənlərdən uzaqlaşmağa kömək edib. Onun sözlərinə görə, həbsxanada keçirilən turnirin finalında onun komandası 11:2 hesab

21.08.2026 541
.

"Fənərbağça" azarkeşi "Beşiktaş"la oyunda ürəktutmadan vəfat edib

Türkiyə Superliqasının IV turunda baş tutmuş "Fənərbağça" - "Beşiktaş" oyununu tribunadan izləyən azarkeşlərdən biri vəfat edib. "Report"un məlumatına görə, meydan sahiblərinin fanatı Yaşar Gerçek ürəktutmadan həyatını itirib. Hər iki klub tərəfdarın ölümü ilə bağlı başsağlığ

06.09.2026 270
.

Messi cərimə zərbələrindən vurulan qolların sayına görə ikinci pilləyə yüksəlib

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi birbaşa cərimə zərbələrindən vurduğu qolların sayına görə futbol tarixində ikinci pilləyə yüksəlib. bu barədə "Sudanalytics"ə istinadən xəbər verir. Belə ki, "İnter Mayami" MLS-in müntəzəm çempionatında "Monreal"

30.08.2026 286
.

"Qalatasaray" üç futbolçusunu komandadan göndərir

Türkiyə nəhəngi "Qalatasaray" yaxınlaşan qış fasiləsində komandanın heyətində əsaslı islahatlar həyata keçirməyə hazırlaşır. yerli mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi bir neçə önəmli oyunçu ilə də yollarını ayırmağı düşünür. Məlumata görə, "sarı-qırmızılar"ın göndərilməsin

16:00 116
.

"Barselona" "Sabah"a rəqib oldu - Bakıya gələcək-Video-Yenilənib

Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Monakoda baş tutacaq mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu "Sabah" 4-c

27.08.2026 582
.