Azərbaycanda toydan qızı qaçırdılar: "Bir qız ağzımı tutdu, oğlan ayağıyla..."

Azərbaycanda toydan qızı qaçırdılar: "Bir qız ağzımı tutdu, oğlan ayağıyla..."Bərdə rayonunda 1996-cı il təvəllüdlü Əhməd şəxsi münasibətlər zəminində sevdiyi qıza - Laləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com xəbər verir ki, hadisə 9 iyun 2022-ci ildə, saat 18.30-da Bərdə rayonunun kəndində baş verib.

Əhməd yetkinlik yaşına çatmayan Laləni evlənmək məqsədilə zor tətbiq etməklə özünə məxsus VAZ 21103 markalı avtomobilə mindirib.

Bu zaman o, Lalənin sakitləşməsi üçün onun sol əlinə, sağ said nahiyəsinə, bel və sağ bazu nahiyələrinə əli ilə, sağ ayağının baş barmaq nahiyəsinə isə təpiklə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qohumu Lalə ilə evlənmək istəyib:

"Laləni qaçırmamışdan təxminən 3-4 ay əvvəl onların evlərinə iki dəfə bibim Pərini elçi göndərdim. Valideynləri Lalənin yaşının az olduğunu, hələ orta məktəbdə təhsil aldığını bildirdilər. Qızı mənə verməyə razı olmadılar. Amma Laləni bəyəndiyim üçün əl çəkə bilmədim. Ailə qurmaq məqsədilə onu qaçırmaq qərarına gəldim".

Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 9-da kəndlərində Lalənin əmisi qızı Nərgizin toy mərasimi olarkən onlar da ailəlikcə həmin toya gediblər:

"Toyda Lalənin dayım qızı Gülərin və əmim qızı Əfsanənin yanında oturduğunu gördüm. Xalam oğlu Elçin və əmim oğlu Pərvizə Laləni qaçırmaq istədiyimi bildirdim. Onlar da mənə kömək edəcəklərini dedilər.

Əfsanəyə dedik ki, Gülərə desin, Laləni öz həyətlərinə gətirsin, ona sözümüz var. Mən maşınımı Gülərgilin həyətində saxladım. Öz aramızda razılaşdıq ki, maşında əyləşərək gözləyim, Lalə də maşının yanından keçəndə onu tutum. Əfsanə, Gülər və Lalə birlikdə toydan çıxdılar, Gülərgilin həyətinə gəldilər.

Saat 18.30-da radələrində Əfsanə, Gülər və Lalə Elçingilin yanından keçən zaman Elçin Laləyə dedi ki, bacı, bəri dur. Lalə də ona yaxınlaşan zaman Elçin və Pərviz onun belindən və qolundan tutaraq zorla maşına tərəf çəkdilər. Mən də qapını açdım və Laləni avtomobilin içərisinə doğru məcbur formada çəkdim.

Avtomobilə əyləşdirəndə Lalə oturmamaq üçün əlini çöldən tutdu. Əlimlə onun qoluna zərbə vurdum, zorla avtomobilə oturtdum.

Avtomobildə Lalənin sağ tərəfində oturdum. Lalə etirazını və narazılığını bildirdi. Qışqıranda əlimlə Lalənin qoluna, bədəninin müxtəlif yerlərinə vurdum. Ayağımla sağ ayağının barmağına vuraraq sakitləşməsini istədim. Həmin vaxt Laləyə bədən xəsarətləri yetirmişəm".

Təqsirləndirilən şəxs bildirib ki, əvvəl Laləni başqa bir rayona aparmaq istəyiblər:

"Biz yenicə kənddən çıxanda Lalənin anasının polisə şikayət etdiyini bildik. Ona görə Laləni valideynlərinə qaytarmaq qərarına gəldik.

Elçinin Mingəçevir şəhərində yaşayan bibisi Səmayə müəllimənin vasitəsilə valideynlərinə təhvil vermək üçün oraya getdik. Lalə qaçaraq başqa bir evə girdi. Polis çağırdılar. Laləni təhvil vermək üçün gözlədik. Polis gələrək bizi apardı.
Laləyə xəsarətləri kənddən çıxanda, kənddə avtomobilə mindirəndə yetirmişəm. Bərdə rayonundan çıxanda Laləni qaytarmaq barədə qərara gəldik. Bunu Laləyə deyəndən sonra sakitləşdi. Daha sonra Laləni vurmamışam. Məndən başqa Laləni heç kim vurmayıb".

Cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Lalənin sözlərinə görə, Əhməd əmisi arvadının qardaşı oğludur:

"İyunun 9-da saat təxminən 18.30-da yaşadığımız kənddə əmim qızının toyunda oldum. Əhmədin bibisi qızı Gülər dedi ki, birlikdə makiyaj etməyə gedək. Biz mağardan çıxanda Əhmədin əmisi qızı da bizimlə gəldi. Mən və Gülər tualetə girdik. Çıxandan sonra Gülər və Əfsanə ilə toy evinə qaydırdıq.

Gülərgilin evlərinin həyətində maşınlar çox idi. Maşınların arası ilə toy evinə gedəndə Elçin mənə dedi ki, bacı, bura gəl. Onun sözündən şübhələndim. Üzü Elçinə tərəf geri-geri iki addım atdım. Elçin sağ qolumdan, onun yanında olan Pərviz o biri qolumdan tutdular. Məni yaxınlıqda olan avtomobilə tərəf çəkdilər. Əfsanə də kürəyimdən məni avtomobilə tərəf itələdi.

Avtomobilə çatanda Əhməd arxa qapını açdı. Bu zaman ayağımı avtomobilin oturacaq yerinə dirədim, müqavimət göstərdim, qışqırdım. Əfsanə saçımdan, sonra saçımı buraxaraq əli ilə ağzımı tutdu.

Avtomobili Elçin sürdü, Pərviz isə qabaq oturacaqda oturdu. Mən arxa oturacaqda ortada oturdum, sağ tərəfimdə Əhməd, sol tərəfimdə isə Əfsanə oturmuşdu.

Əfsanə avtomobilə minəndə də əllərimi və qollarımı tutdu. Məni Ağdaş rayonuna aparanda yolda kimsə zəng vurdu və dedi ki, qızın anası polisə gedib".

Zərərçəkmiş qeyd edib ki, onlar yolda fikirlərini dəyişib və qərara gəliblər ki, başqa yerə getsinlər:

"Məni qaçıranda Əhməd bədənimə əli ilə vurdu, mənə xəsarət yetirdi. Yolda yalvardılar ki, əgər polis gəlsə, deyim ki, özüm getmişəm. Belə desəm məni qaytaracaqlarını söylədilər. Əvvəl inanmadım, amma and-aman etdilər.

Əhməd Mingəçevir şəhərinə tərəf sürəndə yolda kiminləsə danışdı. Dedi ki, məni oraya gətirib valideynlərimə verəcəklər. Bir müddət sakitləşdim. Məni qaçıranlar yolda düşüb su aldılar. Mən də sakitcə bir az oturdum.

Məni Mingəçevirə gətirəndə Əhmədin qohumunun evini tapa bilmədikləri üçün maşından düşüb kimdənsə soruşananda məni nəzarətsiz buraxdılar. Mən də maşından düşərək bir evə girdim. Ev yiyəsi Əhmədgilə dedi ki, polis sizi aparacaq, çıxın gedin. Amma getmək imkanları olsa da, Əhmədgil getmədilər, polisin gəlməyini gözlədilər.

Polis gəlib məni və Əhmədgili Mingəçevir polisinə apardı. Oradan da bizi Bərdə polisləri gətirdilər. Onların getmədiklərini, mənimlə bərabər polisi gözləmələrini gördükdə inandım ki, həqiqətən Əhmədgil məni ailəmə qaytarmaq üçün Mingəçevirə aparıblar".

Bu cinayət işinə Bərdə rayon Məhkəməsində baxılıb.

Məhkəmə təsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən məhkəmə Əhmədin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1358   Tarix: 16 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Alla Puqaçova brendini itirdi

Rusiyanın Xalq artisti Alla Puqaçova uzun illər sahib olduğu "Baronessa fon Orbah" əmtəə nişanını itirib. Axşam.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, avqustun 2-də brendin qeydiyyat müddəti başa çatıb. Sənətçi 22 min rubl (təxminən 472 manat

14:51 229
.

ChatGPT söhbətləriniz Chrome vasitəsilə gizli ələ keçirilə bilər - XƏBƏRDARLIQ

Təxminən 100 min nəfərdə quraşdırılmış genişlənmə dərhal doqquz populyar süni intellekt xidmətində sorğu və cavabları hiss etmədən ələ keçirirmiş. Google Chrome brauzeri üçün süni intellekt əsaslı çat-botlarla işi yaxşılaşdırmaq üçün alət kimi mövqe tutan populyar brauzer genişlənməsi gizli istifadəç

19:45 152
.

Həyat çətinləşəndə ​​cəsur insanlar nə edirlər? - Kraliçanın II Elizabetin sözləri

Böyük Britaniyanın mərhum kraliçası II Elizabetin cəsarət və dözümlülüklə bağlı ona aid edilən fikirlər yenidən geniş maraq doğurub. Bir çoxları bu sözləri həyatın ən ağır anlarında belə ümidini itirməməyə çağıran universal mesaj kimi qiymətləndirir. Qaynarinfo xəbər verir ki, "Times of India"

22:45 1
.

Yeni anbar tarixi izləri su altında qoyacaqdı, amma - Son anda edilən kəşf

Anqolada (Afrika) Kuanza çayı üzərində ölkənin ən böyük su elektrik stansiyası olacaq Kakulo Kabaşa layihəsinin tikintisi zamanı arxeoloqlar mühüm tarixi kəşfə imza atıblar. Qaynarinfo xəbər verir ki, "Interia GeekWeek" nəşrinin yazdığına görə, bənd və gələcək su anbarının yerləşəcəyi ərazid

22:30 1
.

Tələbələri özəl universitetlərə köçürüləcək - Rəsmi

Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar sözügedən ali təhsil müəssisəsinin tələbələri ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, universitetin təhsi

17:35 193
.

Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi

Elektron siqaretlər və onların komponentləri mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilib. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış

14:25 213
.

Qırmızı dənizdə gərginlik artır: Ər-Riyad hərbi əməliyyata hazırlaşır

"Guardian" nəşrinin məlumatına görə, Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşır. Bildirilir ki, əməliyyat təkcə hava və dəniz zərbələrini deyil, həm də Yəmənin mərkəzi hissəsində quru hücumunu əhatə edə bilər. Məlumata əsasən, Ər-Riyad bu addımı Qırmız

15:17 193
.

Xoşqədəmlə Doğuş niyə birlikdə yaşamır?

Aparıcı Xoşqədəm Hidayətqızı və müğənni həyat yoldaşı Doğuş TikTok-da açdıqları canlı yayım zamanı izləyicilərin suallarını cavablandırıblar. Axşam.az xəbər verir ki, cütlüyə izləyicilərdən biri "Niyə birlikdə yaşamırsınız" sualını ünvanlayıb. Suala cavab verən Doğuş iş qrafikinin buna səbə

12:33 442
.

Bakıda daha bir FACİƏ: 19 yaşlı oğlan 18-ci mərtəbədən yıxılıb öldü

Bakıda daha bir nəfər hündürmərtəbəli binadan yıxılıb. xəbər verir ki, hadisə Binəqədi rayonu, C.Xəndan küçəsi ev 42-də qeydə alınıb. Orada yaşayan xalasıgilə qonaq gələn, 2007-ci il təvəllüdlü Kənan Ömər oğlu İbrahimli 18-ci mərtəbədən yıxılaraq ölüb. Araşdırma aparılır. Qeyd edək ki, Nizami rayonund

21:45 102
.

TOP MP3