Bu il Azərbaycanda qanunsuz dövriyyədən 66 milyon manatlıq narkotik vasitələr çıxarılıb

Bu il Azərbaycanda qanunsuz dövriyyədən 66 milyon manatlıq narkotik vasitələr çıxarılıbСari ilin yanvar-mart ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3173 cinayət faktı aşkarlanıb. Onlardan 1048-i narkotik vasitələrin qanunsuz satışı, 2087-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 17-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 21-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub. Qanunsuz dövriyyədən götürülmüş 2 ton 011 kq 394,952 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 66 milyon 547 min 143 AZN kimi qiymətləndirilir.

Bu barədə "Report"a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 011 kq 394,952 qr narkotik vasitələrin və psixotrop maddələrin 575 kq 997,924 qr-nı heroin, 1 ton 221 kq 854,206 qr-nı marixuana, 67 kq 073,092 qr-nı tiryək, 42 kq 555,635 qr-nı həşiş,102 kq 936,745 qr-nı psixotrop maddələr, 977,35 qr digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 18403 ədəd həb metadon, 252 ədəd çətənə bitkisi, eləcə də 477,668 qr, 1540 ədəd kapsul və 953 ədəd həb güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1972 nəfər cəlb edilmişdir ki, onlardan 18-25 yaşadək 114 nəfər, 26-29 yaşadək 334 nəfər, 30 yaş və ondan yuxarı isə 1524 nəfər təşkil edir. Həmin şəxslərdən 1934-ü kişi, 38-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 31 nəfəri xarici ölkə vətəndaşıdır.

Cinayət məsuliyyətinə cəlb edilmiş 31 nəfər xarici ölkə vətəndaşından 14-ü İran İslam Respublikası, 9-u Türkiyə, 5-i Rusiya Federasiyası, 3-ü Gürcüstan vətəndaşı olub.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 76 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 741 kq 185,912 qr və 18403 ədəd həb metadon narkotik vasitələr və 1540 ədəd kapsul, 473 ədəd həb güclü təsir edən maddə çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 64-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 413 kq 844,2 qr və 190 ədəd metadon narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir. 627 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 368 kq 197,1 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

Təhlil göstərir ki, 2022-ci ilin I rübü ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 378, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 38, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 339, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 1 fakt, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 22 fakt, qrup halında olan cinayətlərin sayı 1 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 240 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 130 kq 919,26 qr arıb.

Cari ilin müvafiq dövri ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 19832 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 581 nəfərindən 347-nin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 3 ay ərzində İİV-ə 346 nəfər yoluxmuşdur. Onlardan 329 nəfəri Azərbaycan vətəndaşları, 17 nəfəri isə əcnəbilər olmuşdur. Azərbaycan vətəndaşları arasında 25 nəfəri (7,6 %-i) İnyekson Narkotik İstifadəçiləri olmuşdur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 601   Tarix: 15 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?

Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə

05.11.2026 238
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

05.11.2026 224
.

Soğanı kartofla bir yerdə saxlamayın: nəticəsi sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

Mətbəxdə ən çox istifadə olunan tərəvəzlərdən olan soğan və kartofu eyni yerdə saxlamaq rahat görünsə də, bu vərdiş onların daha tez xarab olmasına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, soğan və kartof eyni yeşikdə saxlanıldıqda ayrı-ayrılıqda saxlanılan məhsullarla müqayisədə dah

05.11.2026 241
.

VƏZİFƏYƏ ADAM DEYİL, VƏZİFƏYƏ LAYİQ ADAM AXTARMAQ!

Bir ölkənin inkişafı vəzifələrdə kimin əyləşməsi ilə deyil, həmin vəzifələrə kimin layiq olması ilə ölçülür. Cevdet Paşanın illər əvvəl verdiyi mesaj bu gün də eyni aktuallığını qoruyur: Adama iş deyil, işə adam axtarılmalıdır!. Böyük dövlət xadimi Əhməd Cevdet Paşanın illər əvvəl söylədiyi və bu günümüz

05.11.2026 262
.

Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?

Mavi və yaşıl qabıqlı yumurtalar ilk baxışdan qeyri-adi görünə bilər. Lakin bu rənglər yumurtanın xarab olduğunu və ya adi yumurtalardan daha faydalı olduğunu göstərmir. Qabığın fərqli rəngdə olması müəyyən toyuq cinslərinin genetik xüsusiyyətləri ilə əlaqədardır. BİG.AZ -a istinadən xəbər verir ki

05.11.2026 160
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

05.11.2026 338
.

Hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq

Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr

05.11.2026 191
.

Türkiyədən gətirilən yükdə bəyan edilməyən mallar aşkarlanıb

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib. "APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. İdarənin "Qırmızı Körpü"

05.11.2026 221
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

05.11.2026 250
.