Bakıda 18 nəfər saxlanıldı: İran vətəndaşlarına işləyirmişlər
Nərimanov rayonunda İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb edilən 18 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının son bir ay ərzində həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini və satışını təşkil edən ümumilikdə 18 nəfər saxlanılıb.
Onlardan beş kiloqrama yaxın narkotik vasitə, psixotrop maddə, eləcə də elektron tərəzilər götürülüb. Həmin şəxslər - Tamerlan Əliyev, Nurlan Aqdamifar, Amid Nəbiyev, Orxan Axundov, Elçin Cəfərov, Ramil Məcnuni, Sultan Rzayev, Kahin Məmmədov, Ağasəf Xurşidov, Vüsal Əzizov, Rəşad Aslanov, Feyruz Cavadov, Rahil Qəniyev, Əminə Səfərova, İlyas Xudadatzadə, Rövşən Abdulov, Rövşən Vəliyev və Gülnar Ağayeva barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
Saxlanılan şəxslərin bir neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları müxtəlif İran vətəndaşlarından Bakı şəhərində satmaq məqsədi ilə aldıqlarını bildiriblər.
Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2136 Tarix: 15 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAvropa Parlamenti Gürcüstanla bağlı tənqidi hesabatı qəbul edib
Avropa Parlamentində Gürcüstanla bağlı tənqidi hesabat qəbul edilib. APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan üzrə məruzəçi Rasa Yuknyaviçenenin hazırladığı sənədi 436 deputat dəstəkləyib, 145-i əleyhinə səs verib. Hesabatda bildirilib ki, Avropa Parlamenti Avropa və demokratik Gürcüstan uğrund
17.06.2026 140 Firuzə İskəndərova: "Mingəçevir Dövlət Universitetinin RUR reytinqində ilk iştirakdan əldə etdiyi nəticə mühüm uğurdur"
Mingəçevir Dövlət Universiteti (MDU) ilk dəfə nüfuzlu "Round University Ranking" (RUR) beynəlxalq universitet reytinqində təmsil olunub. BİG.AZ xəbər verir ki, universitet ilk iştirak ilində Azərbaycan ali təhsil müəssisələri arasında 12-ci yerdə qərarlaşıb. Bu nəticə MDU-da son illərdə təhsili
17.06.2026 185 Həyat yoldaşına qarşı iddia: hansı hallarda mümkündür?
"Mənəvi sarsıntı dedikdə şəxsin daxili emosional tarazlığını pozan stress, qorxu, qəzəb, kədər, utanma, alçaldılma və digər neqativ psixoloji vəziyyətlər nəzərdə tutulur. Mənəvi iztirab isə daha ağır halları əhatə edir və uzunmüddətli psixoloji əzab, depressiya, xəstəlik və ya fiziki ağrı ilə müşayiə
17.06.2026 235 Rayonlarda müəllim çatışmazlığı təhsildə bərabərsizliyi artırır
"Rayon və kənd məktəblərində ingilis dili müəllimlərinin çatışmazlığı səbəbindən bəzi hallarda digər xarici dillərin tədris olunması təhsildə regional bərabərsizlik problemini gündəmə gətirir. Bununla belə, mütəxəssislər hesab edirlər ki, planlı dövlət siyasəti və çevik idarəetmə mexanizmləri vasitəsil
17.06.2026 183 Niyə təkcə fenomen olmaq uğur üçün kifayət etmir?
"Yalnız "YouTube və sosial media vasitəsilə pul qazanacağam" düşüncəsi üzərində karyera qurmaq riskli yanaşma hesab olunur. Bu sahədə uğur qazanan insanlar olsa da, onların sayı ümumi istifadəçilərlə müqayisədə olduqca azdır. Sosial mediada əldə olunan gəlirin davamlı və sabit olması is
17.06.2026 225 Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq. APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Fransada Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşü zamanı deyib. Tramp qeyd edib ki, Hörmüz boğazı artıq qismən açıqdır və yaxın bir-iki gündə tamamilə açılacaq. İranla razılaşmanın "ço
17.06.2026 167 Mark Rütte: Rusiya Ukrayna ilə atəşkəs barədə danışıqlara hazır deyil
Ukraynada müharibənin başa çatması üçün hər iki tərəfin danışıqlara hazır olması lazımıdr, lakin Moskva tərəfindən hələ ki belə bir hazırlıq yoxdur. "Report" "Sky News"a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Brüsseldə alyans ölkələrinin müdafiə nazirlərini
17.06.2026 131 Balıq istehlakında vacib məqamlar: Kürü tökmə dövrü
Kürü tökmə dövründə balıq istehlakı ilə bağlı yayılan fikirlər həm bioloji, həm də qida təhlükəsizliyi baxımından aktual mövzulardan biridir. Bu mövzuda müxtəlif miflər mövcud olsa da, məsələnin elmi tərəfinin istehlakçılara düzgün çatdırılması vacibdir. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən Sağla
17.06.2026 211 TRAMPDAN UKRAYNAYA TAM DƏSTƏK - Rusiyanı təşvişə salan bəyanat
Fransanın Evian şəhərində keçirilən "Böyük Yeddilik" (G7) ölkələrinin sammitində Ukraynaya güclü dəstək və Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan mühüm bəyanat qəbul edilib. ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya və Kanada liderlərinin iyunun 17-d
17.06.2026 168