Ərdoğan: "Türkiyə uğurlu texnoloji təşəbbüslərin bəhrəsini görür"
"Türkiyə son 20 ildə genişmiqyaslı texnoloji təşəbbüslərin həyata keçirilməsinə yönəlmiş dövlət siyasətinin bəhrəsini görür".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə istehsalı olan ilk Yerin zondlama peykinin - İMECE-nin orbitə buraxılması mərasiminin iştirakçılarına videomüraciətində deyib.
O, "kosmik iqtisadiyyat"ın miqyasına diqqət çəkib:
"2009-cu ildə 245 milyard dollardan söhbət gedirdisə, 2021-ci ildə bu rəqəm 469 milyard dollara çatıb. Özü də bu rəqəm günü-gündən artır. Biz həm də Türkiyənin Milli Kosmos Proqramının icrası fonunda qarşıya qoyulan vəzifələrin üst həddini daim qaldırırıq".
Ərdoğan üç il əvvəl Türkiyə Kosmik Agentliyinin yaradıldığını və onun planlarına Aya kosmik aparatın buraxılması, eləcə də ölkə vətəndaşının Beynəlxalq Kosmik Stansiyaya göndərilməsinin daxil olduğunu xatırladıb.
Siyasətçi texnoloji sahədə irəliləyişin Türkiyəni dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirəcəyinə əminliyini ifadə edib.
Ərdoğan Türkiyə istehsalı olan yeni peykin xüsusiyyətlərini yüksək qiymətləndirərək qeyd edib ki, yüksək təsvir ayırdetmə qabiliyyəti (1 metrə qədər), siqnal ötürmə sürəti və manevr qabiliyyəti IMECE-ni Türkiyənin ən müasir peyki edir.
"IMECE-nin yaradılması ilə bağlı bütün proses Türkiyədə həyata keçirilib - bu, alt sistemlərə, eləcə də quraşdırma və sınaqlara aiddir. Yeni zondlama peykinin imkanları genişdir: müdafiədən tutmuş fəlakətin qarşısının alınmasına, kənd təsərrüfatından meşə təsərrüfatına və şəhərsalmaya qədər", - Türkiyə lideri vurğulayıb.
Ərdoğan xatırladıb ki, Yer orbitinə buraxılan səkkiz Türkiyə telekommunikasiya peykindən üçü artıq öz missiyasını başa vurub:
"Qalan beşi isə ölkənin xeyrinə işləməyə davam edir. IMECE peyki də ölkəmiz üçün daha bir qürur mənbəyidir, Türkiyənin 100 illik yubileyinə həsr olunmuş nailiyyətlərin xəbərçisidir".(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 436 Tarix: 15 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
05.11.2026 207 Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d
05.11.2026 256 Hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq
Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr
05.11.2026 191 Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər
Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki
05.11.2026 168 Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində
05.11.2026 332 iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?
Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə
05.11.2026 238 VƏZİFƏYƏ ADAM DEYİL, VƏZİFƏYƏ LAYİQ ADAM AXTARMAQ!
Bir ölkənin inkişafı vəzifələrdə kimin əyləşməsi ilə deyil, həmin vəzifələrə kimin layiq olması ilə ölçülür. Cevdet Paşanın illər əvvəl verdiyi mesaj bu gün də eyni aktuallığını qoruyur: Adama iş deyil, işə adam axtarılmalıdır!. Böyük dövlət xadimi Əhməd Cevdet Paşanın illər əvvəl söylədiyi və bu günümüz
05.11.2026 262 Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda medianın inkişafında xidmətlərin
05.11.2026 280 Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon
05.11.2026 143