Azərbaycanın idman mediası: "Ölkəmizdə heç vaxt İrəvandakı kimi iyrənc hadisə baş verməyib"

Azərbaycanın idman mediası: "Ölkəmizdə heç vaxt İrəvandakı kimi iyrənc hadisə baş verməyib"Azərbaycan idman mediası İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandırılması ilə bağlı bəyanat qəbul edib.

Oxu.Az-ın məlumatına görə, bəyanatda deyilir ki, İrəvanda baş verənlər ağlasığmazdır, eyni zamanda, istənilən idman turnirinin əsas dəyərlərinə belə açıq-aşkar hörmətsizlik nümayişi, sadəcə olaraq, qəbuledilməzdir:

"14 aprel 2023-cü il tarixində Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Bayrağının yandırılmasına görə hiddətləndiyimizi bildiririk.

İstər ölkəmizdə, istərsə də xaricdə müxtəlif idman tədbirlərini işıqlandırmaq bizim peşəkar fəaliyyətimizin önəmli hissəsidir. Məlumdur ki, idman yarışları parlaq rekordlar və sağlam rəqabət deməkdir. Qələbə sevinci və məğlubiyyətlə yanaşı, idmanı bu qədər dəyərli edən başqa bir unikal xüsusiyyət də var. İdman hətta bütün digər kommunikasiya vasitələri ilə əlaqə qurmaq mümkün olmadıqda insanların ünsiyyəti üçün unikal fürsət verir. Olimpiadaların mahiyyətində əks olunduğu kimi, idman bütün dünyada sülhün carçısıdır.

Azərbaycan və Ermənistan arasındakı münasibətlərin həssaslığına baxmayaraq, idmançılarımızın iştirakı ilə bağlı hərtərəfli müzakirələrdən sonra Azərbaycan milli komandası İrəvana yollanıb.

Ötən əsrin 80-ci illərinin sonundan Ermənistanın Azərbaycana qarşı nifrəti 30 illik işğal ilə nəticələnib. BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapmış bu təcavüz nəticəsində Ermənistan torpaqlarımızın 20 faizini xarabalığa və minalanmış ərazilərə çevirib. Biz 2020-ci ildə torpaqlarımızı azad edərək regionda davamlı sülhün bərqərar olması üçün səylər göstəririk. Bizim səlahiyyətli qurumlarımız tədbir təşkilatçılarının İrəvandakı çempionatın nifrət və qərəzdən azad olacağı ilə bağlı dəfələrlə verdikləri zəmanətə inanmışdı. İndi göründüyü kimi, bunlar boş vədlər imiş.
Bayrağımızın Ermənistanda təhqir olunması təəccüblü deyil. Çünki Ermənistan cəmiyyətində Azərbaycana və onun vətəndaşlarına qarşı illərlə kök salmış nifrət Ermənistanda dərin iz buraxıb. Məhz bunun nəticəsidir ki, hansısa yolla akkreditə olunmuş, tədbir təşkilatçıları arasında olan bir barbar bayrağımızı yandırıb. Onu da xatırladaq ki, elə həmin nifrət səbəbindən bu həftənin əvvəlində əlverişsiz hava şəraitinə görə yolunu azmış və Ermənistanın müvafiq səlahiyyətli qurumları tərəfindən saxlanılan iki silahsız Azərbaycan əsgəri döyülərək alçaldılıb.

Azərbaycan mütəmadi olaraq böyük beynəlxalq idman tədbirlərinə ev sahibliyi edir. Biz bütün bu yarışları, o cümlədən erməni idmançıların iştirak etdikləri yarışları işıqlandırmışıq. Ölkəmizdə heç vaxt belə iyrənc hadisələr baş verməyib. İdmançıların yarışmaq və əsl idman ruhundan həzz almaq üçün qatıldıqları yarışda iştirak etmələrinə şərait yaratmaq təşkilatçıların üzərinə düşən əsas məsuliyyətli vəzifədir.

Biz beynəlxalq ictimaiyyəti İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində baş vermiş iyrənc hadisəni pisləməyə çağırırıq. Azərbaycanın idman jurnalistləri olaraq auditoriyamıza idman sevinci bəxş edərək öz işimizi görmək imkanının olmasını istəyirik".

Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb.

Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bu gün birgə bəyanat yayaraq idmançılarımızın təhlükəsiz şəraitdə Vətənə qaytarılmasını qarşı tərəfdən tələb ediblər.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 961   Tarix: 15 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Fənərbaxça" 18 ildən sonra ÇL-ə vəsiqə qazandı

Türkiyənin "Fənərbaxça" klubu 18 illik həsrətə son qoyaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. "Qafqazinfo" xəbər verir ki, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda Fransanın "Olimpik Lion" klubunu məğlub edərək bu uğura imza atıb

27.08.2026 278
.

Zubir "Qarabağ"a qayıdır? - RƏSMİ

Səudiyyə Ərəbistanının "Əl-Uruba" klubuna keçidi baş tutmayan Abdullah Zubirin yenidən "Qarabağ"da çıxış edəcəyi ilə bağlı məlumatlar yayılıb. Məsələ ilə bağlı "Qarabağ"ın mətbuat xidmətindən -ın sorğusuna cavab olaraq bildirib ki, klubda Zubirlə bağlı hazırda hər hans

09.09.2026 268
.

Bakıda futbolçu ÖLDÜ - FOTO

Bakıda futbolçu ölüb. -ın əldə etdiyi məlumata görə, minifutbolçu Qiyas Babayev ötən axşam dünyasını dəyişib. O, minifutbol üzrə həvəskarlar liqasında mübarizə aparan paytaxtın "Mayak Nardaran" komandasının üzvü idi

22.08.2026 420
.

Elvin Cəfərquliyev əməliyyat olundu

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən futbolçumuz Elvin Cəfərquliyev əməliyyat olunub. xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunu

02.09.2026 364
.

Ronaldinyo həbsxanada çempion olub, mükafat olaraq donuz almağından danışıb

"Barselona"nın sabiq ulduzu Ronaldinyo həbsxanada keçirdiyi günlərdən danışıb. xarici mətbuata istinadən xəbər verir ki, Paraqvayda həbsdə olduğu müddətdə futbol ona baş verənlərdən uzaqlaşmağa kömək edib. Onun sözlərinə görə, həbsxanada keçirilən turnirin finalında onun komandası 11:2 hesab

21.08.2026 541
.

"Fənərbağça" azarkeşi "Beşiktaş"la oyunda ürəktutmadan vəfat edib

Türkiyə Superliqasının IV turunda baş tutmuş "Fənərbağça" - "Beşiktaş" oyununu tribunadan izləyən azarkeşlərdən biri vəfat edib. "Report"un məlumatına görə, meydan sahiblərinin fanatı Yaşar Gerçek ürəktutmadan həyatını itirib. Hər iki klub tərəfdarın ölümü ilə bağlı başsağlığ

06.09.2026 270
.

Messi cərimə zərbələrindən vurulan qolların sayına görə ikinci pilləyə yüksəlib

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi birbaşa cərimə zərbələrindən vurduğu qolların sayına görə futbol tarixində ikinci pilləyə yüksəlib. bu barədə "Sudanalytics"ə istinadən xəbər verir. Belə ki, "İnter Mayami" MLS-in müntəzəm çempionatında "Monreal"

30.08.2026 286
.

"Qalatasaray" üç futbolçusunu komandadan göndərir

Türkiyə nəhəngi "Qalatasaray" yaxınlaşan qış fasiləsində komandanın heyətində əsaslı islahatlar həyata keçirməyə hazırlaşır. yerli mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi bir neçə önəmli oyunçu ilə də yollarını ayırmağı düşünür. Məlumata görə, "sarı-qırmızılar"ın göndərilməsin

16:00 116
.

"Barselona" "Sabah"a rəqib oldu - Bakıya gələcək-Video-Yenilənib

Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Monakoda baş tutacaq mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu "Sabah" 4-c

27.08.2026 582
.