"Ümrə ziyarətində tanış olduğum sevgilim Allahın mənə qismətidir" - Mina yeni sevgilisindən DANIŞDI
Müğənni Mina Hüseyn yeni eşqə yelkən açıb.
BiG.AZ xəbər verir ki, o, "MTV Maqazin" proqramına Ümrə ziyarətində tanış olduğu sevgilisi ilə bağlı açıqlama verib.
"Bəli, Allaha şükür, hər şey yaxşıdır. Xoşbəxtəm. Cəmi bir aydır tanışıq. Ona görə də hələ ağız dolusu danışa bilmirəm. Hələ ki bir-birimizi tanıyırıq. İnşallah yaxşı olar".
İfaçı bildirib ki, bu münasibətini rəsmiləşdirmək barədə hələ düşünmür:
"Hələ tezdir. Biz hələ bir-birimizi tanıyırıq. Ona görə də toy haqqında danışmaq tezdir. Ümumiyyətlə, onun haqqında çox danışmaq istəmirəm. Qısaca demək istəyirəm ki, çox xoşbəxtəm. Hər şey qaydasındadır, gözəldir. Xanımlara tövsiyə edirəm ki, harada qayğı, hörmət, kübarlıq var, hər zaman orada olsunlar. Mən də özümü çox qayğılı hiss edirəm. Çox yaxşı insandır, yəni mənə qarşı çox hörmətlə yanaşır. Əsas odur. Xoşbəxtəm".
O bildirib ki, sevdiyi şəxs onun sənətini də sevir və bu işdə qadağa yox, əksinə dəstəyini nümayiş etdirir:
"Heç bir qadağası yoxdur. Çox gəşəng, sağlam, gözəl düşüncələri olan insandır. Əsas odur ki, məni çox sevir, çox diqqət edir. Ən əsası hörmət edir. Amma belə qadağalar yoxdur. O bilir ki, mən müğənniyəm və hər yerdə də olmalıyam. Təbii ki, onun nəzarəti altında hər şey olur.
Ailədə hər zamankı kimi mənə çox dəstək olurlar və deyirlər ki, bir-birinizi tanıyın. İnşalah qismətdir, zamanla hər şey yaxşı olacaq. Əgər qismətimdə varsa, Allah sənə bunu yazıbsa növbəti evliliyin də normal olacaq. Olmasa da, yenə yoluna davam et, sən güclü qadınsan".
O, sevdiyi adamla Ümrə ziyarətində tanış olduğunu dilə gətirib:
"Biz onunla Ümrə ziyarətində tanış olmuşuq və bu, Allahın qismətidir. Çünki biz o boyda yerdə tanış olmuşuq. Ona görə də ilk güvəndiyim təbii ki, Allahdır. Ondan sonra da zaman göstərəcək. Biz sadəcə olaraq tanışma mərhələsindəyiq və istəmirik ki, bizim münasibətimiz çox müzakirələrə səbəb olsun, çox danışılsın, dedi-qodulara düşsün. Həm də bu, şəxsi həyatdır, ona görə istəmirəm çox müzakirələrə səbəb olsun. Göz, nəzər dəyər, ona görə istəmirik. Gərək şəxsi həyatla bağlı göz-nəzərdən qaçasan, yəni məxfi qalsın, çox açıqlamalar etməyəsən. Çünki şəxsi həyatımla çox gündəmdə oldum.
İnsanlar oldu-olmadı o qədər sözlər deyirlər ki, mənim haqqımda. Bu, təbii ki, mənə bir xanım kimi xoş deyil. Ona görə də növbəti bir həyatımda da istəmirəm, belə bir şeylər olsun. Həyatda heç kimi qınamasınlar. Çünki qınadığın şey hər zaman sənin başına gəlir. Hər kəsə xoşbəxtlik arzulayıram. Onlardan da istəyim budur ki, mənə xoşbəxtlik arzulasınlar. Başqa heç bir şey istəmirəm".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş3 il aradan sonra seriala çəkilir
Türkiyəli aktyor Tolqahan Sayışman uzun aradan sonra kamera qarşısına keçəcək. Axşam.az xəbər verir ki, aktyor "Ölüm bizi ayırana dek" serialında baş rolu ifa edəcək. O, "Uygar Soykan" adlı inşaat mühəndisinə həyat verəcək. Ekran işi 10 bölümdən ibarət olacaq. Qeyd edək ki, Tolqaha
19.09.2026 274 "11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti
Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. BİG.AZ xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını, universitetə qəbul olduğu il isə atasının vəfat etdiyini bildirib:. "10 yaşımda anam dünyasın
25.09.2026 434 ABŞ Qrenlandiyada iki yeni hərbi baza açacaq
Məsələ ilə tanış olan üç mənbənin sözlərinə görə, ABŞ çərşənbə axşamı Danimarka və Qrenlandiya ilə imzalanacaq müqavilə çərçivəsində cənubi Qrenlandiyada Soyuq Müharibə dövründən qalma hərbi bazanı bərpa etməyi və şərq sahilində hazırda Danimarka it xizək patrulunun istifadəsində olan daha bir baza qurmağ
22.09.2026 342 Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO
Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib
19.09.2026 301 Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib. ( )
20.09.2026 848 "Deyirlər ki, Mələkxanımın bloger qızı, amma..."
Xalq artisti Mələkxanım Eyubova bloger qızı Nəzrindən danışıb. Axşam.az xəbər verir ki, xanəndə "Qonaqcanlı" verilişində övladının yaradıcılığından söz açıb. O bildirib ki, hər yerdə Nəzrinin onun bloger qızı kimi təqdim edirlər:. "Deyirlər ki, Mələkxanımın bloger qızı. Nəzrin hazırd
19.09.2026 298 Nübar bu kanalda çalışacaq
Aparıcı Nübar Əbilov Space TV-də fəaliyyətə başlayır. Axşam.az xəbər verir ki, o, "Səhər növbəsi" verilişinin aparıcısı olacaq. Bu barədə Nübar sosial şəbəkədə məlumat yayıb:. "Mən səhərin sehrinə həmişə inanmışam, çünki ümidin səhərlər çiçəkləndiyini yaxşı bilirəm. Elə ona görə həft
30.09.2026 268 Məşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO
Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas
27.09.2026 461 "Məni silkələyən ikinci belə hadisə olmayıb"
Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. Axşam.az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığın
29.09.2026 434