Vəzifədə olan AZƏRBAYCANLI MÜĞƏNNİ VƏ AKTYORLAR - FOTO - SİYAHI

Vəzifədə olan AZƏRBAYCANLI MÜĞƏNNİ VƏ AKTYORLAR - FOTO - SİYAHIAzərbaycan incəsənət aləmindəki sənətçilər və aktyorlar arasında müxtəlif vəzifələrdə çalışanlar var. Onlar mahnıları və canlandırdıqları obrazları ilə yanaşı zaman-zaman təyin olunduqları müxtəlif vəzifələrlə də gündəmə gəliblər. Bu tanınmışlar arasında Xalq artistləri və Əməkdar artistlər var.

Bu dəfə BAKU.WS oxuculara vəzifədə çalışan müğənnilərin və aktyorların siyahısını təqdim edir:

Xalq artisti Rasim Balayev

Xalq artisti Rasim Balayev 2022-ci ilin mayın 31-də Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) sədr seçilib. Bununla bağlı bu gün AKİ-də tədbir keçirilib, ittifaqın sədrliyinə açıq səsvermənin keçirilməsi təklif edilib. AKİ-nin əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov 2022-ci ilin martın 10-da Rusiyada vəfat edib. Xalq yazıçısı Anar mərhum Rüstəm İbrahimbəyovu hörmət və ehtiramla andıqdan sonra onun yerinə Xalq artisti Rasim Balayevi namizəd kimi təqdim edib. İclas iştirakçıları Rasim Balayevin namizədliyini yekdilliklə təsdiqləyiblər.

Vəzifədə olan AZƏRBAYCANLI MÜĞƏNNİ VƏ AKTYORLAR - FOTO - SİYAHIXalq artisti Valeh Kərimov

Xalq artisti Valeh Kərimov Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rejissor kimi işə başlayıb. Aktyor bu ilin martın 23-dən Mingəçevir teatrında həm aktyor, həm də quruluşçu rejissor kimi çalışır. Valeh Kərimov xalqın yaddaşında "Bəxt üzüyü" filmindəki Moşu obrazı ilə daha çox qalıb, daha çox sevilib.

Vəzifədə olan AZƏRBAYCANLI MÜĞƏNNİ VƏ AKTYORLAR - FOTO - SİYAHIXalq artisti Yusif Eyvazov

Xalq artisti Yusif Eyvazov bu il aprelin 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor təyin olunub. Bununla bağlı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli müvafiq əmr imzalayıb. Y.Eyvazov opera müğənnisi, dramatik tenor, Azərbaycan Respublikasının Xalq artistidir.

Vəzifədə olan AZƏRBAYCANLI MÜĞƏNNİ VƏ AKTYORLAR - FOTO - SİYAHIXalq artisti Fidan Hacıyeva

Xalq artisti Fidan Hacıyeva 2020-ci ilin mayın 21-də Daxili Qoşunların Nümunəvi göstərici hərbi orkestrinin rəis müavini - mahnı ansamblının rəisi təyin edilib. F.Hacıyeva eyni zamanda Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin direktorudur.

Vəzifədə olan AZƏRBAYCANLI MÜĞƏNNİ VƏ AKTYORLAR - FOTO - SİYAHIXalq artist Samir Cəfərov

Xalq artisti Samir Cəfərov 2017-ci ildə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub. O, bu vəzifəyə keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə təyin edilib. Samir Cəfərovun repertuarında Avropa və Azərbaycan bəstəkarlarının operalarının aparıcı partiyaları, habelə mahnı və romanslar təmsil olunub. Rusiya, İspaniya və s. ölkələrdə qastrol səfərlərində olub.

Vəzifədə olan AZƏRBAYCANLI MÜĞƏNNİ VƏ AKTYORLAR - FOTO - SİYAHIXalq artisti Ramiz Həsənoğlu

2019-cu ilin yanvarında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr islahatları keçirilib. QSC-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədov "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru, əməkdar jurnalist Səyavuş Məmmədovu vəzifəsindən azad edib. Onun yerinə xalq artisti Ramiz Həsənağa oğlu Mirzəyev təyin edilib.

Vəzifədə olan AZƏRBAYCANLI MÜĞƏNNİ VƏ AKTYORLAR - FOTO - SİYAHIXalq artisti Murad Hüseynov

Xalq artisti Murad Hüseynov 2023-cü ilin martın 1-dən Mədəniyyət nazirinin müavini vəzifəsində çalışır. O, bu vəzifəyə Prezident İlham Əliyevin Sərəncamı ilə təyin edilib. Murad Hüseynov bu təyinatadək Beynəlxalq Muğam Mərkəzinin direktoru vəzifəsini icra edib. Pianoçu, beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın Xalq artistidir. 2001-ci ildən Bakı Musiqi Akademiyasında müəllim-professor kimi fəaliyyət göstərir. O, Bakı Musiqi Akademiyasının və Paris Ali Musiqi Akademiyasının məzunudur.

Vəzifədə olan AZƏRBAYCANLI MÜĞƏNNİ VƏ AKTYORLAR - FOTO - SİYAHIƏməkdar artist Teymur Əmrah

Əməkdar artist Teymur Əmrah 2017-ci ildə Gəncə Dövlət Filarmoniyasında vəzifəyə təyin edilib. Sənətçi artıq xeyli müddətdir, filarmoniyanın direktoru, Xalq artisti Samir Cəfərovun müavini vəzifəsini icra edir.

Vəzifədə olan AZƏRBAYCANLI MÜĞƏNNİ VƏ AKTYORLAR - FOTO - SİYAHIMüğənni Əlikram Bayramov

2022-ci ilin noyabrında tanınmış müğənni Əlikram Bayramova vəzifə verilib. O, doğulduğu Biləsuvar rayon Mədəniyyət Mərkəzinin direktor müavini təyin olunub. Bundan sonra Əlikram Bayramov Biləsuvara köçüb. Hazırda orda yaşayır və fəaliyyət göstərir.

Vəzifədə olan AZƏRBAYCANLI MÜĞƏNNİ VƏ AKTYORLAR - FOTO - SİYAHIƏməkdar artist Nigar Şabanova

Əməkdar artist Nigar Şabanova 2022-ci ilin martında Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solisti seçilib. Bu barədə müğənni "Həmin Zaur" verilişində məlumat verib. "Bir ayı tamam olmayıb. İşimlə fəxr edirəm. Gələcəyin hərbçisi olacağam deyə qürurluyam", - deyə Nigar ona yeni vəzifə verilməsindən danışıb.

Vəzifədə olan AZƏRBAYCANLI MÜĞƏNNİ VƏ AKTYORLAR - FOTO - SİYAHI


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2728   Tarix: 11 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

3 il aradan sonra seriala çəkilir

Türkiyəli aktyor Tolqahan Sayışman uzun aradan sonra kamera qarşısına keçəcək. Axşam.az xəbər verir ki, aktyor "Ölüm bizi ayırana dek" serialında baş rolu ifa edəcək. O, "Uygar Soykan" adlı inşaat mühəndisinə həyat verəcək. Ekran işi 10 bölümdən ibarət olacaq. Qeyd edək ki, Tolqaha

19.09.2026 274
.

"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti

Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. BİG.AZ xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını, universitetə qəbul olduğu il isə atasının vəfat etdiyini bildirib:. "10 yaşımda anam dünyasın

25.09.2026 434
.

ABŞ Qrenlandiyada iki yeni hərbi baza açacaq

Məsələ ilə tanış olan üç mənbənin sözlərinə görə, ABŞ çərşənbə axşamı Danimarka və Qrenlandiya ilə imzalanacaq müqavilə çərçivəsində cənubi Qrenlandiyada Soyuq Müharibə dövründən qalma hərbi bazanı bərpa etməyi və şərq sahilində hazırda Danimarka it xizək patrulunun istifadəsində olan daha bir baza qurmağ

22.09.2026 342
.

Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO

Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib

19.09.2026 301
.

Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO

Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib. ( )

20.09.2026 848
.

"Deyirlər ki, Mələkxanımın bloger qızı, amma..."

Xalq artisti Mələkxanım Eyubova bloger qızı Nəzrindən danışıb. Axşam.az xəbər verir ki, xanəndə "Qonaqcanlı" verilişində övladının yaradıcılığından söz açıb. O bildirib ki, hər yerdə Nəzrinin onun bloger qızı kimi təqdim edirlər:. "Deyirlər ki, Mələkxanımın bloger qızı. Nəzrin hazırd

19.09.2026 298
.

Nübar bu kanalda çalışacaq

Aparıcı Nübar Əbilov Space TV-də fəaliyyətə başlayır. Axşam.az xəbər verir ki, o, "Səhər növbəsi" verilişinin aparıcısı olacaq. Bu barədə Nübar sosial şəbəkədə məlumat yayıb:. "Mən səhərin sehrinə həmişə inanmışam, çünki ümidin səhərlər çiçəkləndiyini yaxşı bilirəm. Elə ona görə həft

30.09.2026 268
.

Məşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO

Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas

27.09.2026 461
.

"Məni silkələyən ikinci belə hadisə olmayıb"

Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. Axşam.az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığın

29.09.2026 434
.