Bakını bir-birinə qatan tələbə xəstəxanaya yerləşdirildi - FOTO
Dünən Bakının mərkəzi yollarında 99-ED-717 dövlət qeydiyyat nişanlı "Volkswagen Touareg" markalı avtomobili arxa-arxaya sürərək yol hərəkəti qaydalarını kobudcasına pozan 20 yaşlı Rauf Cabbarbəyli xəstəxanaya yerləşdirilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saxlanıldıqdan sonra Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə təhvil verilən Raufun psixoloji problemlərinin olması müəyyən edilib. Onun həkim nəzarətində saxlanılmasına qərar verilib.
Baş Dövlət Yol Polisi İdarəsindən məlumatı "Qafqazinfo"ya təsdiq ediblər.
O da məlum olub ki, hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Mühəndisliyi fakültəsinin tələbəsi olan Rauf 2020-ci ildə buraxılış imtahanlarında yüksək (238,7) bal toplayıb və hazırlaşdığı tədris mərkəzi ən yaxşı tələbələri arasında onun da fotosunu paylaşıb.
Məsələ ilə bağlı ADNSU-ya sorğu ünvanladıq. Universitetdən müraciətimizə belə cavab verildi:
"Cabbarbəyli Rauf Fuad oğlu 2020-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texnologiya fakültəsinin 342.20E saylı qrupuna 572.8 balla qəbul olub. Hər bir kurs üzrə smestr boyu kəsri olmayıb, qarışıq qiymətlər alıb. Ortalaması 72.62-dir. Elektron jurnalda smestrlar üzrə davamiyyət limitini keçməyib. Bu tələbə hazırkı müddətə qədər daxili nizam-intizam qaydalarını pozmayıb".
Avtosfer.az saytının yaydığı məlumatda Rauf Cabbarbəylinin dünən Azadlıq meydanı yaxınlığında çılpaq soyunaraq sükan arxasında əyləşməsi və oradan başlayaraq avtomobili arxa-arxaya sürdüyü bildirilib. Həmçinin R.Cabbarbəylinin hadisə vaxtı narkotik vasitənin təsiri altında olması iddia edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2011 Tarix: 10 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNuridə Məmmədova vəzifəsindən azad olundu
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub. BİG.AZ "Report"a istinadla xəbər verir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) PHŞ-nin direktoru Nuridə Rafiq qızı Məmmədovanın işdən azad olunmasına səbəb yaşayış yerini dəyişməsi olub. Belə ki, o, öz istəy
03.08.2026 164 "Sabah"ın Çempionlar liqasındakı potensial rəqibi bilindi
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan çempionu "Sabah"ın potensial rəqibi müəyyənləşib. Bakı vaxtı ilə saat 14:00-da başlayan tədbirdə II təsnifat mərhələsinin qalibləri və məğlublarının mümkü
03.08.2026 171 ChatGPT söhbətləriniz Chrome vasitəsilə gizli ələ keçirilə bilər - XƏBƏRDARLIQ
Təxminən 100 min nəfərdə quraşdırılmış genişlənmə dərhal doqquz populyar süni intellekt xidmətində sorğu və cavabları hiss etmədən ələ keçirirmiş. Google Chrome brauzeri üçün süni intellekt əsaslı çat-botlarla işi yaxşılaşdırmaq üçün alət kimi mövqe tutan populyar brauzer genişlənməsi gizli istifadəç
03.08.2026 177 Üzən məzənnəyə keçid üçün Azərbaycan hazırdırmı?
"Azərbaycanda üzən məzənnəyə tam keçilməməsinin əsas səbəbləri ölkə iqtisadiyyatının quruluşu, neft-qaz gəlirlərindən asılılıq, maliyyə bazarlarının inkişaf səviyyəsi və qiymət sabitliyinin qorunması ilə bağlıdır. Hazırda manat idarə olunan məzənnə rejimindədir. Bu sistemdə Mərkəzi Bank zəruri hallard
03.08.2026 240 Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi
Elektron siqaretlər və onların komponentləri mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilib. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış
03.08.2026 216 62 yaşlı Hülya Avşar çimərlikdən bikinili FOTOSU ilə diqqət çəkdi
Türkiyəli müğənni Hülya Avşar hər il olduğu kimi bu yay da tətilini Ayvalıkda keçirib. Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi istirahətindən yeni fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Yayımlanan kadrlarda Hülya Avşarın çimərlikdə uşaqlarla vaxt keçirdiyi, dəniz kənarınd
03.08.2026 293 Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Yaralananlar var - VİDEO
Qara dənizdə Türkiyə gəmisinə dron hücumu həyata keçirilib. bu barədə İHA agentliyinə istinadən xəbər verir. Türkiyədən Rusiyaya meyvə-tərəvəz daşıyan və Türkiyə bayrağı altında üzən NADHEZNA adlı "Ro-Ro" tipli gəmidə hücumdan sonra yanğın baş verib. Hadisə nəticəsində üçü Türkiyə vətəndaş
03.08.2026 154 Yay istirahəti üçün Avropanın ən idealşəhəri - Gəzinti və çimərlik bir arada
Yay istirahəti üçün həm tarixi abidələri kəşf etmək, həm də təbiətin qoynunda dincəlmək istəyənlər üçün Avstriyanın paytaxtı Vyana ideal seçimlərdən biri hesab olunur. Şəhər zəngin memarlığı, geniş parkları və Dunay sahilindəki istirahət məkanları ilə turistlərin sevimli istiqamətlərindən biridir. b
03.08.2026 163 Kartdan karta köçürmə əməliyyatlarına limit qoyulmasının səbəbləri açıqlandı
"Azərbaycan Banklar Assosiasiyası" (ABA) və "Azərbaycan Fintex Assosiasiyası" (AzFina) İctimai Birlikləri bankların, eləcə də elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsasl
03.08.2026 298