DİM buraxılış imtahanının məzmununu açıq şəkildə təqdim edib

DİM buraxılış imtahanının məzmununu açıq şəkildə təqdim edibDövlət İmtahan Mərkəzi martın 5-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarını elmi məqsədlər üçün növbəti imtahanların layihələşdirilməsində istifadə etməmək qərarı verib və daha çox imtahan iştirakçılarının, təhsil ictimaiyyətinin maarifləndirilməsi məqsədilə imtahanın məzmununu açıq şəkildə təqdim edir.

DİM-dən verilən xəbərə görə, imtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqlarının izahı və onların dövlət standartları, eləcə də tədris proqramına uyğunluğu ilə tanış ola bilərlər. Martın 12-də keçirilən imtahanda istifadə olunan tapşırıqlar da növbəti həftə müvafiq qaydada təqdim olunacaq.

Hər kəs bir daha buraxılış imtahanlarında istifadə edilən bütün test tapşırıqlarının ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlandığı və 2008-ci ildən etibarən tətbiq olunan müvafiq fənlər üzrə təhsil proqramı – kurikulumun təlim nəticələrinə uyğun bilik və bacarıqları yoxlamağa xidmət etdiyinin şahidi ola bilər. Dövlət İmtahan Mərkəzi tərəfindən bu imtahanlar layihələndirilərkən müvafiq dövlət standartları və onların tələbləri əsas götürülür. İmtahanda istifadə olunan bütün tapşırıqlar bəlli standartlar üzrə bilik və bacarıqları yoxlamaq üçündür.

Cədvəllərdə siniflər üzrə fənn kurikulumu alt standartlarının ümumi sayı, 11-ci sinif buraxılış imtahanlarında yoxlanıla bilən alt standartların sayı və faktiki imtahanda yoxlanılan alt standartların sayı göstərilib. Məsələn, riyaziyyat fənni üzrə istifadə olunan tapşırıqlara baxıldıqda, 11-ci sinif səviyyəsi üzrə yalnız bir alt standartın yoxlanıldığının şahidi olmaq mümkündür. Digər tapşırıqlar 5-10-cu sinif səviyyəsi üzrə alt standartların yoxlanılmasına aiddir. Təqdim olunan izahlarda isə hər bir tapşırığın konkret olaraq hansı standartı yoxlamağa xidmət etdiyini də görmək mümkündür.

İmtahanlar eyni struktur, standart və tələblər əsasında hazırlanır. Sadəcə şagirdlərin bu imtahanların çətinlik səviyyəsi haqqındakı təəssüratları onların hazırlıq səviyyələrindən asılı olaraq fərqlənir. Belə ki, hazırlıqlı şagirdlər üçün suallar asan, zəif şagirdlər üçün çətin görünə bilər. Lakin imtahanların nəticələri elmi-statistik cəhətdən təhlil olunmadan onun mürəkkəblik səviyyəsi haqqında qəti fikir söyləmək düzgün deyil. Bu yaxınlarda son 4 ilin göstəriciləri ictimaiyyətə təqdim olunub. Hamısı bir-birinə yaxın idi. İlkin təhlillərə əsasən, builki imtahan nəticələrinin də ötənilki ilə müqayisədə təxminən bərabər olduğunu söyləyə bilərik. Fərq statistik xəta çərçivəsində ola bilər. Geniş təhlillər bütün istiqamətlər üzrə nəticələr elan olunduqdan sonra ictimaiyyətə təqdim olunacaq. Ötən il keçirilən imtahanların müfəssəl təhlili də yaxın vaxtlarda "Abituriyent" jurnalının 12-ci sayında dərc olunacaq.

Martın 5-də keçirilən imtahanların nəticələrinin gələn həftə ərzində elan olunması nəzərdə tutulur. Hər bir şagird öz imtahan nəticəsi səhifəsinə daxil olub yazdıqları, həmçinin ətrafl yazılı cavab tələb edən tapşırıqlar üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola biləcək.

Valideynlərə, müəllimlərə və ekspertlərə bir daha tövsiyə edilib ki, imtahanda istifadə olunan test tapşırıqları, yoxlanılması zəruri olan standartlar, şagirdlərin nəticələri elan olunandan sonra isə onların yazı işləri ilə diqqətlə tanış olsunlar və bunlar geniş təhlil olunsun. Bu təhlillər şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə yön verməli və onların gələcək imtahanlara daha da yaxşı hazırlaşmaları üçün zəmin yaratmalıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3342   Tarix: 06 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu

14:34 47
.

Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA

"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər

12:12 164
.

Bayrağımız qürurumuz və fəxrimizdir

Bayraq hər bir ölkənin, dövlətin, millətin əsas rəmzlərindən biridir. Bayraq təkcə ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda hər bir sahədə varlığımızı təmsil edən, bizi dünyaya tanıtdıran əsas və rəsmi simvollardan biridir. Buna görə də, Bayraq Günü ölkəmizdə xüsusi olaraq qeyd olunur. Azərbayca

11:31 194
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

12:12 151
.

Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı

"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B

05.11.2026 319
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

11:54 182
.

Şuşa - tariximizin qürur zirvəsi, milli ruhumuzun əbədi ünvanı

Şuşa haqqında yazmaq həm asandır, həm də çətin. Asandır, çünki bu şəhərin hər daşı tarix danışır, hər küçəsi bir xatirə yaşadır, hər zirvəsi Azərbaycan ruhunun əzəmətini nümayiş etdirir. Çətindir, çünki Şuşanın taleyini, otuz ilə yaxın davam edən ayrılığın ağrısını, onun azadlığı uğrunda verilən qurbanları

14:28 55
.

Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi

ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib

10:50 189
.

Üç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir

Dövlət Bayrağımızın bu illki təntənəsi xalqımız üçün ikiqat əlamətdardır. Bayram 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da fərəhlə qeyd edilir. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində seçilir. Türk dünyasında "tuğ" adlandırılan dövlə

11:08 188
.