"Azərbaycan İranın təhdidlərinə qarşı səfərbər olmalıdır"

"Azərbaycan İranın təhdidlərinə qarşı səfərbər olmalıdır"""İran" adlanan xalqlar həbsxanasında hakimiyyəti mənimsədiyi vaxtdan, təxminən 9 ay sonra ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək terror aksiyası törədən molla rejiminin həmin dövrdəki əməli terrorçu Tehran rejiminin sivil dünyaya meydan oxuduğu zaman kəsiyinin başlanğıcı olduğu kimi Azərbaycan səfirliyinə amansız hücum da qatil, terrorçu rejimin sonu olacaq. Baş verən bu xain terror aksiyası molla rejiminin hansı səbəblərdən Ermənistana hərtərəfli dəstək verdiyini, Azərbaycan xalqına və onun dövlətçiliyinə qənim kəsildiyini sübuta yetirir. Terrorçu dövlətlərin sivil, mədəni, tolerant xalqlara və dövlətlərə qarşı birgə fəaliyyət göstərməsindən təbii heç nə ola bilməz. Baş verənlərin məsuliyyəti, həm də İranın regionda nümayiş etdirdiyi siyasətə seyrçi qalan, dolayısıyla molla rejiminin anti-Azərbaycan siyasətinə dəstək verən, Tehran rejiminin ölkə sərhədlərindən kənarda dəstəklədiyi qüvvələrlə ittifaq quran Fransa kimi ölkələrin və onların məsuliyyət hissini tamamilə itirmiş liderlərinin üzərinə düşür. Azərbaycan səfirliyinə hücum, həyata keçirilən terror aksiyası, Azərbaycan dövlətinə, Azərbaycan Respublikasında, Güney Azərbaycanda və dünyanın müxtəlif ölkələrində, öz tarixi vətənlərində yaşayan 60 milyonluq Azərbaycan xalqına, bütün türk və müsəlman dünyasına, sivil bəşəriyyətə hücumdur və bu amansız cinayətin cavabı cinayətkar, terrorçu, qadın düşməni, xain molla rejiminin dünyanın siyasi səhnəsindən silinməsi ilə verilməlidir".

Bunu BiG.AZ-a açıqlamasında siyasi ekspert, jurnalist Elçin Mirzəbəyli deyib.

O bildiirb ki, İranın Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə, təhlükəsizliyinə real təhdid yaratması və yanvar ayında baş verən xain terror aksiyası BMT-nin müzakirəsinə çıxarılmalıdır:

"Azərbaycan Respublikası ona BMT Nizamnaməsi ilə verilən kollektiv müdafiə hüququndan istifadə edərək, Türkiyəyə və digər müttəfiqlərinə müraciət edərək, molla rejiminin təhdidlərinə qarşı səfərbər olmalıdır. Azəsrbaycan səfirliyinin ərazisi Azərbaycan Respublikasının ərazisi sayıldığı üçün terror aksiyası, eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı qəsd kimi qəbul edilməli, sifarişçilərin və icraçıların tez bir zamanda Azərbaycan Respublikasının ədalət məhkəməsi qarşısında dayanması istiqamətində beynəlxalq müstəvidə məsələ qaldırılmalıdır. Azərbaycan səfirliyinə hücum, baş verən terror aksiyası ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət olunmalı, 1961-ci il Vena Konvensiyasının 22, 23, 24, 25, 27, 29, 31, 37, 47-ci maddələrinin, Konsulluq münasibətləri haqqında 1963-cü il Vena Konvensiyasının 28, 30, 31, 37, 47-ci maddələrinin, Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın 4 və 7-ci maddələrinin və BMT Nizamnaməsinin 3 və 4-cü fəsillərinin 2 və 33-cü maddələrinə əsasən, İrana qarşı iddia qaldırılmalıdır.

Azərbaycan səfirliyinə hücum və gerçəkləşdirilən xain terror aksiyası "İran" adlanan ölkədə, öz tarixi vətənlərində yaşayan Azərbaycan türkləri və bu ölkədə molla rejiminin girovuna çevrilmiş bütün xalqlar tərəfindən qətiyyətlə pislənilməli və qaniçən, terrorçu rejimə qarşı mübarizənin təkcə onların deyil, həm də bütün sivil bəşəriyyətin təhlükəsizliyinə xidmət etməsi təkzibolunmaz gerçəklik kimi qəbul olunmalıdır.
Azərbaycan Respublikasının səfirliyinə hücum, istisnasız olaraq "İran" adlanan ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmiş terror aksiyasıdır və molla rejiminin şaiyə şəbəkəsinin, həmçinin rəsmi informasiya resurslarının, o cümlədən sözügedən terror dövlətinin ölkəmizdəki "diplomatik nümayəndəlik" adı altında gizlənmiş cəsus yuvasının yaydığı məlumatlar diqqətin hadisənin əsl mahiyyətindən yayındırılmasına xidmət edir.

Terrorçunun "erməni olması", yaxud guya "səfirlikdə gizlənən həyat yoldaşını axtarması" barədə yayılan məlumatlar feykdir və molla rejiminin informasiya manipulyasiyasıdır. Terror aksiyasını İranın xüsusi xidmət orqanlarının və SEPAH-ın muzdlu qatili Yasin Hüseynzadə həyata keçirib.

Terror aksiyasının "İran" adlanan terror yuvası ilə dünyəvi, sivil Azərbaycan Respublikası arasında münasibətləri pozmaq üçün "üçüncü dövlətlər tərəfindən həyata keçirilməsi" ilə bağlı iddiaların da, şübhəsiz ki, heç bir əsası yoxdur. Bu xain hücum "İran" adlanan ölkənin bölgədə həyata keçiridiyi pozuculuq fəaliyyətinə qarşı Azərbaycan xalqının və dövlətinin sərgilədiyi qətiyyətli, prinsipial mövqeyə münasibətdə aciz, idoloji mahiyyəti və sosial dayaqları çürümüş terrorçu molla rejiminin qisas əməliyyatdıdır. Əgər səfirliyin mühafizəçilərinin müqaviməti olmasaydı, bütün diplomatlarımız qətlə yetiriiləcəydi. Şəhidimiz və qazilərimiz öz canları və sağlamlıqları bahasına daha çox günahsız insanın qətlə yetirilməsinin qarşısını alıblar".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 361   Tarix: 05 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı

Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon

05.11.2026 411
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

11:32 191
.

Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?

Mavi və yaşıl qabıqlı yumurtalar ilk baxışdan qeyri-adi görünə bilər. Lakin bu rənglər yumurtanın xarab olduğunu və ya adi yumurtalardan daha faydalı olduğunu göstərmir. Qabığın fərqli rəngdə olması müəyyən toyuq cinslərinin genetik xüsusiyyətləri ilə əlaqədardır. BİG.AZ -a istinadən xəbər verir ki

05.11.2026 319
.

Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA

"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər

12:12 179
.

"Met Gala"nın mayda keçiriləcək tədbirinin mövzusu açıqlandı

"Met Gala" may ayında keçiriləcək 2027-ci il tədbirinin mövzusunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda "People" nəşri məlumat yayıb. Sərginin mövzusu "extraORDINARY: Fashion and the Poetics of Everyday" ("Qeyri-adi: Dəb və gündəlik həyatın poetikası"

10:57 188
.

Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!

Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir

12:18 202
.

Üçrəngli bayraq bizim tariximiz və şərəfimizdir

Hər bir dövlətin bayrağı ona doğmadır. Azərbaycanın üçrəngli bayrağı da xalqımız üçün müqəddəsdir. Tarix boyu müsəlman dünyasında böyük qələbələr qazanıldıqdan sonra bayrağı ucaldıb və öpərək ehtiram göstəriblər. Azərbaycan da 1918-ci ildə müsəlman Şərqində ilk cümhuriyyəti elan etdikdən sonra 1918-c

11:35 205
.

Ermənistan hökumətindən referendumla bağlı qərar

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya

11:15 174
.

Dövlətin əsas qanunu - Konstitusiya

Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 31 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanı

11:47 196
.