Tənginəfəslik ciddi problem yarada bilər

Tənginəfəslik ciddi problem yarada bilərYay, qış fərqi yoxdur, həmişə nəfəs yollarımda problemlər yaranır. Təmiz havaya çıxanda belə hava çatışmazlığı kimi hal yaşaya bilərsiniz.

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, tənginəfəslik ağciyər emfizemasının göstəricisidir. Ağciyər emfizeması zamanı ağciyərin toxumalarının hərəkətliyi düşür, havalılıq yüksəlir. Emfizema zamanı ağciyərdəki hava kisəcikləri gərilib genişlənir. Bu zaman hava kisəciklərini bir-birindən ayıran incə divarlar cırılır. Bu da ağciyərin elastikliyinin pozulmasına gətirib çıxarır. Beləcə, ağciyərdə qan və hava tarazlığı pozulur.

Ağciyər get-gedə genişlənir, solur və daşlaşır. Ağciyərin funksiyasının bu cür pozulması digər orqanlara da mənfi təsir göstərir. Xəstədə qan çatışmazlığı aşkarlanır. Burada həmçinin genetik faktorlar da əsas rol oynayır, yəni əgər nəsildə kimdəsə vərəm və ya başqa ağciyər xəstəlikləri olubsa, bu irsən ötürülür. Bəzən yaşlı insanlarda da bu xəstəliyə tez-tez rast gəlmək mümkündür. Bu soyuqdəymə, qrip nəticəsində əmələ gəlir. Buna görə də yaşlı insanlara qripəleyhinə peyvənd etdirmək məsləhətdir.

Xəstəliyin məkanı: ağciyər, bronxlar, tənəffüs yolları.

Əgər səndə döş qəfəsinin formasını dəyişməsi, çətin nəfəsalma, qabırğaarası məsamələrin genişlənməsi, xırıltı səsi, ürəyin küt nahiyəsinin kiçilməsi, halsızlıq, yorğunluq, bəlğəmli öskürək varsa, fiziki iş qabiliyyətin günü-gündən aşağı düşürsə, üzün və əllərin tez-tez göyərirsə, demək, sən ağciyər emfizemasının əsarətindəsən.

Səbəb nədir:

Xəstəliyin yaranmasının əsas səbəbi xroniki bronxitdir. Siqaret çəkmək, spirtli içkilər içmək, havanın müxtəlif toz hissəcikləri ilə çirklənməsi, stress - xəstəliyin inkişafına təkan verən amillər sırasındadır. İnfeksion xəstəliklərə yoluxmaq da ağciyər emfizeması əmələ gətirir.

Kimlər risq altındadır?

· İmmuniteti zəif olanlar

· Qapalı, oturaq iş rejimində və kompüterdə çalışanlar

· Spirtli içki, siqaret və narkotika aludəçiləri

· Nəfəs musiqi alətlərində çalanlar

· Pəhriz saxlayanlar

· Tez-tez qripə yoluxanlar

Xəstəliyin dəhşətli fəsadları:

İnsanlar arasında belə bir adət var ki, öskürək, boğulma olanda bunu soyuqdəymə, qrip, boğaz ağrısı ilə əlaqələndirirlər. Buna görə də tövşüməyə, nəfəs çatışmazlığına önəm vermirlər. Ona görə də bu irəliləyərək xəstəliyə - ağciyər emfizemasına çevrilir. Müalicənin gecikdirilməsi ürək çatışmazlığına gətirib çıxarır. Uzun illər müalicə aparılmadıqda isə xəstəlik ölümlə nəticələnə bilər. Yaşlılarda bu bədxassəli şişə çevrilir.

Diqqət! Diqqət!

Ağciyər emfizemasının vərəmə keçmə riski böyükdür. Əgər evdə bu xəstəliyin ağır formasından əziyyət çəkən varsa, ailənin digər üzvləri də müayinədən keçməlidirlər.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1734   Tarix: 21 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qeyd olunur ki, öskürəyin müddəti ilə yanaşı, nə vaxt yarandığı, necə keçdiyi və hans

20.09.2026 321
.

Nadir irsi mutasiya ağciyər xərçəngi riskini 62 dəfə artıra bilər

Nadir irsi mutasiya siqaret çəkməyən insanlarda belə ağciyər xərçənginin inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər. "Report"un məlumatına görə, alimlər Avropa mənşəli 3,3 milyondan çox insanın genetik məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəliblər. Tədqiqatın nəticələri "Science"

20.09.2026 206
.

Alimlər: Zövq üçün mütaliə istənilən yaşda beyni qoruyur

Kembric Universitetinin alimləri müəyyən ediblər ki, zövq üçün mütaliə beynin fəaliyyətini yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır. Qaynarinfo xəbər verir ki, "Psychological Medicine" jurnalında dərc olunan icmalda tədqiqatçılar kitabların hər yaşda insanlara stressin öhdəsində

16.09.2026 299
.

Bu insanların ömrü daha qısa olur - Alimlər səbəbini AÇIQLADI

Aparılan yeni araşdırma ağır psixi pozuntulardan əziyyət çəkən insanların orta ömür uzunluğu ilə bağlı diqqətçəkən nəticələri ortaya çıxarıb. xəbər verir ki, avstraliyalı alimlərin araşdırmasına görə, ağır psixi pozuntuları olan insanlar digər əhali qrupları ilə müqayisədə orta hesabla 10 il daha a

22.09.2026 314
.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetinin mütəxəssislərinin apardığı araşdırmada pomidorun tərkibindəki likopen maddəsini

12.09.2026 272
.

D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu

D vitamini orqanizmdə sümük sağlamlığından immun sisteminin fəaliyyətinə qədər bir sıra mühüm proseslərdə iştirak edir. Lakin bu maddənin qəbulu ilə bağlı cəmiyyətdə hələ də müxtəlif fikirlər mövcuddur. Qaynarinfo xəbər verir ki, endokrinoloq Karin Amrayn D vitamini çatışmazlığı baxımından daha yüksə

23.09.2026 355
.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, diş ətinin qıcıqlanmasına və zamanla diş köklərinin açılmasına səbəb ola bilər. Bu is

06.09.2026 311
.

Səhər, yoxsa axşam: Maksimum fayda üçün yumurtanı nə vaxt yemək lazımdır?

Yumurta ən sadə və əlçatan protein mənbələrindən biri hesab olunur. Buna görə də ondan tez-tez səhər yeməyində istifadə edilir, arıqlama zamanı qida rasionuna əlavə olunur və məşqdən sonra yeyilir. Lakin yumurtanın qəbul vaxtı əldə etmək istədiyiniz nəticədən asılı olaraq müəyyən əhəmiyyət daşıya bilər

11.09.2026 385
.

Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?

Ağ saçların yaranması, digər amillərlə yanaşı, saç rənginə cavabdeh piqment olan melaninin istehsalının tədricən azalması ilə bağlı təbii prosesdir. Bəzi insanlarda ilk ağ saçlar daha erkən, digərlərində isə daha gec görünür. Ayrı-ayrı ağ tellər uzun müddət ciddi problem yaratmaya bilər. Adətən ağ saçla

18.09.2026 381
.