Həftəsonu Avropa futbolunun ən maraqlı qarşılaşmaları - AFİŞA

Həftəsonu Avropa futbolunun ən maraqlı qarşılaşmaları - AFİŞAHəftəsonu Avropanın böyük liqalarında bir sıra maraqlı oyunlar keçiriləcək.

Oxu.Az xəbər verir ki, ən diqqətçəkən qarşılaşma İngiltərə Premyer Liqasında baş tutacaq.

25-ci turda əzəli rəqiblər - "Mançester Yunayted" və "Liverpul" ikincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcək. Sabah keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:30-da start götürəcək. Hazırda "qırmızı şeytanlar" 49 xalla 3-cüdür. Uğursuz mövsüm keçirən Mersisayd klubu isə 39 xalla 6-cı pillədə qərarlaşıb.

Premyer Liqanın lideri "Arsenal" bu gün meydana çıxacaq. London klubu öz meydanında "Bornmut"u sınağa çəkəcək. Çempionluq uğrunda mübarizə aparacaq "Mançester Siti" isə turun açılış oyununda Çempionlar Liqasına vəsiqə uğrunda yarışan "Nyukasl"ı sınağa çəkəcək.

İtaliya A Seriyasında çempionluğa oynayan "Milan" səfərdə "Fiorentina"nın qonağı olacaq. Qarşılaşmanın start fiti bu gün 23:45-də çalınacaq. Tur "Roma" - "Yuventus" qarşılaşması ilə əlamətdar olacaq. Sabah keçiriləcək matç Bakı vaxtı ilə 23:45-də start götürəcək.

İspaniya La Liqasının 24-cü turunda "Atletiko Madrid" doğma divarlar arasında "Sevilya"nı qəbul edəcək. Matç Bakı vaxtı ilə 5 mart 00:00-da başlayacaq. "Barselona" Valensiya"nı sınağa çəkəcək. Qarşılaşma sabah keçiriləcək və Bakı vaxtı ilə 19:15-də başlayacaq. "El-Klassiko"da "Barsa"ya yenilən Madrid "Real"ı isə "Betis"in qonağı olacaq. Bu görüş də martın 6-da oynanacaq və Bakı vaxtı ilə gecə 00:00-da başlayacaq.

Almaniya Bundesliqasında "Bayern" "Ştutqart"ın qonağı olacaq. Münhen klubu liderliyi "Borussiya"dan (Dortmund) geri qalmaq üçün səfərdə qələbə qazanmalıdır. Bu gün keçiriləcək matç Bakı vaxtı ilə 21:30-da başlayacaq.

Fransa Liqa 1-də şəriksiz lider PSJ "Nant"ı sınağa çəkəcək. Qarşılaşma bu gecə 00:00-da start götürəcək.

Böyük beşlikdə həftəsonunun maraqlı oyunları

4 mart

İngiltərə Premyer Liqası

16:30. "Mançester Siti" - "Nyukasl"
19:00. "Arsenal" - "Bornmut"

Almaniya Bundesliqası

21:30. "Ştutqart" - "Bavariya"

İtaliya A seriyası

23:45. "Fiorentina" - "Milan"

5 mart

İspaniya La Liqası

00:00. "Atletiko Madrid" - "Sevilya"

Fransa Liqa 1

00:00. PSJ - "Nant"

İspaniya La Liqası

19:15. "Barselona" - "Valensiya"

İngiltərə Premyer Liqası

20:30. "Liverpul" - "Mançester Yunayted"

İtaliya A Seriyası

23:45. "Roma" - "Yuventus"

6 mart

İspaniya La Liqası

00:00. "Real" - "Betis"


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1107   Tarix: 04 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ronaldo 18 ildən sonra ilk dəfə...

Kriştianu Ronaldo Portuqaliya millisinin Norveçə qarşı keçirdiyi oyunu ehtiyatdan izləyib. "Qafqazinfo" xəbər verir ki, 18 ildən sonra ilk dəfə superulduz yığmasının heyətində rəsmi matçda meydana çıxmayıb. Portuqalların 2:1 hesabı ilə qalib gəldikləri matçda Ronaldo sonradan da oyuna daxi

28.09.2026 579
.

Daha 4 cüdoçumuz tatamiyə çıxır

Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq. "Qafqazinfo" xəbər verir ki, qadınlardan Madina Kaisinova (+78 kq), kişilərdən isə Camal Qamzatxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (hər üçü +100 kq) mübarizəyə qoşulacaqlar. M.Kaisinova yarışa 1/16 finaldan başlayacaq

10.10.2026 560
.

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazanıb

Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib. "Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda çilidən olan Mari Di Varqas Leyi məğlub edib. K.Əliyevanın növbəti rəqibi rusiyalı Sabina Giliazova olacaq. Qeyd edək ki

04.10.2026 495
.

Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı

Əfsanəvi futbolçu Lionel Messi İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "İnter"in (Mayami) ulduzu bu gün axşam İspaniyanın Ovyedo şəhərində Campoamor Teatrında təşkil olunacaq təntənəli mərasimd

22.10.2026 593
.

İtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib

Braziliyanın "Flamenqo" klubunda çıxış edən italiyalı futbolçu Jorjinyo dopinq testindən keçə bilməyib. xəbər verir ki, bu barədə jurnalist Tiaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, futbolçudan nümunə Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonr

24.10.2026 333
.

Roberto Karlos: "Futboldan əldə etdiyim bütün gəlirin 99%-ni itirdim"

Braziliya millisinin və "Real Madrid"in sabiq futbolçusu Roberto Karlos idman karyerasını başa vurduqdan sonra üzləşdiyi maliyyə problemlər barədə danışıb. xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb. "Böyük futbolla vidalaşmağa qərar verdiyim an artıq idman direktor

26.09.2026 441
.

"Liverpul" David Otorbini 30 milyon avro qarşılığında heyətinə qatmaq istəyir

İngiltərənin "Liverpul" klubu İspaniya təmsilçisi "Valensiya"da çıxış edən futbolçu David Otorbini heyətinə qatmaq istəyir. "Report" "Tribuna Deportiva" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 19 yaşlı hücumçuya görə 30 milyon avro ödəmək niyyətindədir

24.10.2026 349
.

"Sabah"dan 1 xala layiq matç... - Video-Yenilənib

UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz "Sabah" bu gün növbəti sınağına çıxır. "Qafqazinfo" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubunu sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda təşkil olunaca

20.10.2026 1011
.

Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Misli Premyer Liqasının VII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlu

17.10.2026 592
.