Ailəsindən Ayşə üçün ayrılmışdı, onun da qatili oldu...

Ailəsindən Ayşə üçün ayrılmışdı, onun da qatili oldu...Ötən ilin 3 sentyabr tarixində paytaxtın Nizami rayonunda ikinci həyat yoldaşı, 27 yaşlı Ayşə Bayramovanı qətlə yetirən Masallı rayon sakini, 1989-cu il təvəllüdlü Vüsal Bayramovun məhkəməsi başa çatıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, V.Bayramov Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) və 228.4 (Qanunsuz silah saxlama) maddələri ilə ittiham edilib.

Məhkəmədə məlum olub ki, "Kirvə Vüsal" adı ilə tanınan Vüsal 2010-cu ildə Masallıda ailə həyatı qurub və iki övladı dünyaya gəlib. O, 2017-ci ildə Bakıda təsadüfən Ayşəyə məxsus paltar mağazasında olarkən onunla tanış olub və aralarında münasibət yaranıb. Vüsalın həyat yoldaşı ərinin Bakıda başqa qadınla qeyri-rəsmi ər-arvad münasibətində olmasını biləndən sonra ondan Ayşə ilə münasibətə son qoymasını tələb edib. Lakin Vüsal Bayramov Ayşədən ayrılmayacağını deyib və xanımı ondan boşanmaq qərarına gəlib və onların izdivacı 2019-cu ildə rəsmən bitib.

Bundan sonra Vüsal Bakıda sevgilisinə yeni tikilmiş çoxmərtəbəli binalardan birində ev alıb və təmir etdirib. Həmçinin Vüsal 2021-ci ildə Ayşə ilə rəsmi nikaha daxil olub və onların oğlu dünyaya gəlib. Bununla yanaşı ərinin maddi vəziyyəti yaxşı olduğundan Ayşə mağazasını bağlayıb.

Lakin bundan sonra Vüsalın maddi vəziyyəti pisləşməyə başlayıb. O, qısa vaxtda yeni aldığı evi satmalı olub, özü ata-anası ilə, valideynlərini erkən yaşda itirən Ayşə isə nənəsinin yanında yaşamağa başlayıb. Bundan sonra isə cütlüyün arasında ciddi problemlər yaranıb. Ayşənin nənəsi də tez-tez ondan Vüsala şikayətlər edib. Bu, onların münasibətlərini daha da kəskinləşdirib. Nəhayət, sentyabrın 3-də Vüsal soyuq silah hesab edilən bıçaqla Ayşənin nənəsinin evinə gedərək onu gözləyib. Gecə saat 23 radələrində o, Nizami rayonu, Şərifli küçəsində həyat yoldaşına hücum edərək onu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Bayramova 9 il 3 ay müddətinə həbs cəzası verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1863   Tarix: 03 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cərimələrin icra edilməməsi hansı hallarda həbsə səbəb olur?

"İnzibati cərimə və ya ictimai işlər növündə inzibati tənbehin icra edilməməsi İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsi ilə məsuliyyət yaradır". Bunu BİG.Az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, qanunvericiliyə əsasən, inzibati cərimə növünd

04.08.2026 221
.

Rəqəmsal iqtisadiyyat yeni imkanlar və çağırışlar yaradır

"Rəqəmsallaşma və rəqəmsal mühitin genişlənməsi müasir iqtisadiyyatın və cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Rəqəmsal texnologiyaların tətbiqi istehsalın səmərəliliyini artırır, məhsul və xidmətlərin keyfiyyətini yüksəldir, müəssisələrin rəqabət qabiliyyətini gücləndirir

04.08.2026 202
.

Avtomobil yanğınlarının SƏBƏBLƏRİ: sürücülər nəyə diqqət etməlidir?

Azərbaycanda da tez-tez oxuduğumuz xəbərlərdən biri avtomobillərin yanmasıdır. Xüsusən Bakıda intensiv yollarda nəqliyyat vasitələrinin yanması barədə xəbər yayılır ki, bu da həmin yolda tıxaca, ağır hallarda isə ölüm yaxud xəsarətə səbəb olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, minik avtomobillərind

04.08.2026 157
.

Bəhruz Quliyev: Talibanı devirmək təkcə hərbi yolla mümkün deyil

"Son günlər müxtəlif informasiya mənbələrində ABŞ və NATO-nun dəstəyi ilə Taliban hakimiyyətinə qarşı yeni əfqan müqavimət qüvvələrinin formalaşdırılması barədə iddialar yayılır. Bu məlumatların əksəriyyəti hələlik rəsmi təsdiqini tapmasa da, Əfqanıstan ətrafında yeni siyasi və hərbi prosesləri

04.08.2026 217
.

Məhkəmə Hüseyn Həsənova 4 il həbs cəzası verdi

Rusiyada azərbaycanəsilli bloger Hüseyn Həsənov qiyabi olaraq 4 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsinə məhkum edilib. Axşam.az xəbər verir ki, Moskva Məhkəməsi bloger barəsində çirkli pulların yuyulması ittihamı üzrə hökm çıxarıb. Məhkəmə onun 1 milyon rubl məbləğində cərimələnməsinə də qəra

04.08.2026 265
.

Xalq artistinin hovuz şəkilləri tənqidə səbəb oldu

Xalq artisti Şahnaz Haşımova sosial şəbəkədə paylaşdığı foto ilə izləyicilərinin tənqidinə tuş gəlib. Qaynarinfo xəbər verir ki, müğənni istirahət mərkəzlərindən birində hovuzda dincələrkən şəkil çəkdirərək sosial şəbəkə hesabında paylaşıb. Paylaşım izləyicilər arasında birmənalı qarşılanmayıb. Onları

04.08.2026 461
.

"AzerGold" QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib

"AzerGold" QSC tərəfindən "Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması" layihəsi çərçivəsində jurnalistlər üçün növbəti təlim və mediatur təşkil olunub. Səhmdar Cəmiyyətinin fəaliyyətinin 10 illiyi çərçivəsində keçirilən tədbirdə ölkənin aparıcı onlay

04.08.2026 193
.

Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?

Sumqayıt Tibb Mərkəzində çalışan tanınmış uşaq kardioloqu Elnur İmanovun səsinin yer aldığı iddia olunan audioyazı yayılıb. "Qafqazinfo" Bakupost-a istinadla xəbər verir ki, audioyazıda icbari tibbi sığorta ilə müraciət edən xəstələrdən exokardioqrafiya müayinəsinə görə ödəniş tələb edildiy

04.08.2026 148
.

TikTok və Instagram videoları miqrant böhranını dərinləşdirdi

Sosial şəbəkələrdə yayılan paylaşımlar Mərakeşlə İspaniya arasındakı sərhədi keçməyin asanlaşdığı barədə təsəvvür yaradaraq on minlərlə miqrantın Şimali Afrikadakı İspaniya anklavı Seutaya axınına səbəb olub. xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb. Məlumata görə, prose

04.08.2026 176
.

TOP MP3