Azərbaycan derbisi öncəsi rəqəmli panoram
Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında derbi həyəcanı var.
Oxu.Az xəbər verir ki, sabah əzəli rəqiblər - "Qarabağ" və "Neftçi" sayca 90-cı dəfə çempionatda üz-üzə gələcək. Əvvəlki Azərbaycan derbilərində üstünlük Ağdam klubundadır. "Atlılar" 89 matçın 36-da 3 xalı aktivinə yazan tərəf olub. 23 görüşdə "Neftçi" qalib gəlib, 30 oyun heç-heçə başa çatıb. Top fərqində də "Qarabağ" üstündür - 111:80. Qurban Qurbanovun komandası son 6 görüşdə rəqibini məğlub edib.
Tərəflər arasında ilk çempionat matçı 1992-ci ilin 26 sentyabrında baş tutub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda qalib müəyyənləşməyib - 1:1. Derbidə ilk qolun müəllifi "Qarabağ"lı Zaur Qarayev olub.
Ağdam klubu ilk qələbəsini elə həmin ilin oktyabrında "İmarət"də 2:1 hesabı ilə qazanıb. "Neftçi" isə derbilərdə ilk 3 xalı əldə etmək üçün 1994-cü ili gözləməli olub. "Ağ-qaralar" oktyabrın 2-də öz meydanında keçirdikləri oyunda "atlılar"ı 3:2 məğlub etməyi bacarıb.
Azərbaycan derbilərində ilk böyük hesablı nəticə 2000-ci ilə təsadüf edib. Həmin il "ağ-qaralar" "atlılar"ı 4 cavabsız qolla üstələyib. Bu həm də "Neftçi"nin əzəli rəqibi üzərində yeganə böyük hesablı qələbəsidir.
"Qarabağ" isə ilk belə qalibiyyət üçün 2010-cu ili gözləməli olub - 3:0. Daha əvvəl "Neftçi"nin də formasını geyinmiş Georgi Adamiya sabiq komandasını 3 dəfə cəzalandırıb. Bu, derbilər tarixinə ilk het-trik kimi düşüb.
Sonarkı illərdə "Qarabağ" daha 5 dəfə rəqibini 3 və daha artıq top fərqi ilə məğlub etməyi bacarıb. Axırıncısı elə komandaların son duelinə təsadüf edib. "Qarabağ" bu mövsümün 2-ci dövrə matçında səfərdə "Neftçi"yə 4 cavabsız qolla qalib gəlib.
Derbilərdə ən böyükhesablı qələbə isə 2020-ci ildə qeydə alınıb. "Qarabağ" rəqib meydanında "Neftçi"ni 6:0 məğlub edib.
Azərbaycan derbilərinin bombardiri Reynaldodur. "Qarabağ"ın sabiq forvardı paytaxt klubuna 9 qol vurub. Müşfiq Hüseynov 8 dəfə "Neftçi"nin qapısına yol tapıb. Hazırda da "Qarabağ"da çıxış edən Riçard Almeyda isə 6 qol vurub. Ağdamlıların digər futbolçusu Filip Ozobiç də "Neftçi"ni 6 dəfə cəzalandıra bilib. Amma o, bunların 1-ni "Qəbələ"də oynayarkən edib.
"Neftçi"nin heyətində "Qarabağ"a ən çox qol vurmuş futbolçu Qurban Qurbanov olub. Hazırda "Qarabağ"ı çalışdıran mütəxəssis oynadığı vaxtlarda 5 dəfə ağdamlıların qapısına yol tapıb. Nikolas Kanales ikinci sıradadır. Çilili keçmiş hücumçu 4 qol vurub. Hazırda "Neftçi"nin kapitanı olan Emin Mahmudov "Qarabağ"a qarşı 2 dəfə fərqlənib.
Sabah "Azersun Arena"da keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 20:00-da start götürəcək.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 982 Tarix: 25 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşACF rəsmisi: "Azərbaycanda müasir idman infrastrukturunun yaradılması üzrə mühüm işlər görülüb"
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə müasir idman infrastrukturunun yaradılması, idmançıların dəstəklənməsi və mötəbər beynəlxalq idman tədbirlərinin Azərbaycanda keçirilməsi istiqamətində mühüm işlər görülüb. "Report"un məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasını
03.10.2026 455 Ronaldu Portuqaliya millisindən uzaqlaşdırıldı
Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun milli komandanın düşərgəsini icazəsiz tərk etməsindən sonra məşhur futbolçuya qarşı avtomatik diskvalifikasiya qərarı tətbiq edib. xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" nəşri məlumat yayıb. Qeyd olunur ki, qaydalarına əsasən
10.10.2026 574 Anar Hacıyev "Qarabağ"dan getdi
"Qarabağ" futbol klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev vəzifəsindən ayrılıb. xəbər verir ki, bu barədə "Qarabağ" klubu məlumat yayıb. Bildirilib ki, Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb. Qeyd edək ki, 2023-cü ilin sentyabrından bu vəzifəd
12.10.2026 573 Yaşlı qadınlarla bağlı ittiham: Kerroll Kapello ilə yaşadığı hadisəni açıqladı
İngiltərə millisinin keçmiş hücumçusu Endi Kerroll "Owning It" adlı avtobioqrafiyasında italiyalı mütəxəssis Fabio Kapellonun rəhbərliyi altında çalışdığı dövrü xatırlayıb. -ya istinadən xəbər verir ki, 37 yaşlı keçmiş futbolçu milli komandaya dəvət aldığı zaman Kapello ilə arasında yaşana
04.10.2026 478 Azərbaycan boksçusu Avropa çempionu oldu
Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub. xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. 57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi il
11.10.2026 564 Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb
Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda ABŞ-dən olan Conatan Yanqa məğlub olub. B.Ağayev daha əvvəl Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırmışdı
04.10.2026 530 Zlatan İbrahimoviçdən Ronalduya sərt sözlər: "Yaratdığın mirası eqonla məhv edirsən"
İsveç millisinin keçmiş hücumçusu Zlatan İbrahimoviç hücumçu Kriştianu Ronaldunun Portuqaliya millisinin düşərgəsindən ayrılmaq qərarı ilə bağlı danışıb və komanda daxilindəki qalmaqala münasibət bildirib. -ın məlumatına görə, bu barədə "Tudn" nəşri yazıb. "Yaratdığın mirası öz eqonl
04.10.2026 543 Əhməd Yusifov dünya çempionu oldu - YENİLƏNİB
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatının qalibi olub. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı finalda qazaxıstanlı Şerzod Davlatovu məğlub edib. Beləliklə, Azərbaycan yarışdakı ilk medalını əldə edib. 15:50. Azərbaycan cüdoçusu Əhmə
04.10.2026 696 Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı
Dünyanın ən bahalı oyunçularının yeni siyahısı açıqlanıb. xəbər verir ki, bu barədə futbolçuların transfer qiymətlərini analiz edən "Transfermarkt" portalı məlumat yayıb. Siyahının liderləri qismində hər biri 220 milyon avro olaraq qiymətləndirilən norveçli hücumçu Erlinq Holand və ispaniyal
09.10.2026 774