Türkiyədə zəlzələdən sonra axtarış-xilasetmə işlərinin başa çatdığı şəhərlər açıqlanıb

Türkiyədə zəlzələdən sonra axtarış-xilasetmə işlərinin başa çatdığı şəhərlər açıqlanıbKahramanmaraş və Hatay istisna olmaqla digər şəhərlərdə axtarış-xilasetmə işləri başa çatıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer brifinqdə açıqlayıb.

"İllərin böyük qismində axtarış-xilasetmə işləri başa çatıb. Hər gün canlı bir qardaş-bacımıza yetişmək ümidi ilə fəaliyyətimizi davam etdiririk", - o vurğulayıb.

Qeyd edək ki, zəlzələnin fəsadları ölkənin 11 şəhərini – Adana, Adıyaman, Diyarbakır, Elazığ, Qaziantep, Hatay, Kahramanmaraş, Kilis, Malatya, Osmaniye və Şanlıurfanı əhatə edib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 40 689 nəfər dünyasını dəyişib.

Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 993   Tarix: 19 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dəfn müavinəti kimə 600 manat, kimə 3 misli ödənilir? - Vətəndaşların bilməli olduğu QAYDALAR

Bir çox vətəndaş yaxınlarını itirdikdən sonra dəfn müavinətinin alınma proseduru ilə bağlı çətinlik yaşayır. Mövcud qanunvericiliyə əsasən, bu sosial ödənişdən Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də yararlana bilərlər. xəbər verir ki, qaydalar

14:39 195
.

Yevlaxda 26 yaşlı kişi kanalda batdı

Yevlax rayonunda 26 yaşlı kişi kanalda boğulub. -ın məlumatına görə, hadisə bu gün rayonun Malbinəsi kəndi ərazisində baş verib. Rayonun Qoyunbinəsi kənd sakini, 200-ci il təvəllüdlü Mahir Oruc oğlu Nadirov Yuxarı Qarabağ su kanalında çimərkən batıb. Hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib, hazırd

17:40 141
.

Sıfır bal ən çox bu fənlərdən toplanıb

Sıfır bal toplayanlar ən çox riyaziyyat, coğrafiya və kimya fənləri üzrə qeydə alınıb. Axşam.az xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlar

16:30 164
.

Yumurta bu səbəbdən kəskin ucuzlaşıb - AÇIQLAMA

"Ölkədə yumurta bolluğu var. Bolluq olduğuna görə tələbi təklif üstələyir. Bütün fabriklər öz istehsal etdiyi yumurtanı satmaq istəyir. Buna görə də qiymət aşağı düşüb". Bunu Ölkə.az-a açqılamasında "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctima

16:33 425
.

Qazaxıstanda yanacaqdoldurma məntəqəsində yanğın baş verib, üç nəfər ölüb

Qazaxıstanın Aktobe şəhərində yanacaqdoldurma məntəqəsində baş verən yanğın nəticəsində üç nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə "Kazinform" agentliyi xilasetmə xidmətlərinə istinadən məlumat yayıb. Qeyd olunub ki, ölənlər arasında iki uşaq var. "Yanğının söndürülməs

16:10 145
.

Rusiya Xarkovda yaşayış binasını vurub: 1 nəfər ölüb, 9 nəfər yaralanıb

Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə endirdiyi aviazərbə nəticəsində bir nəfər həlak olub, doqquz nəfər yaralanıb. "Unian" xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib. Məlumata görə, iyunun 20-də səhər saatlarında Rusiya qüvvələr

11:00 162
.

Qazaxıstan yanacaq qıtlığının qarşısını almaq üçün sərhəd nəzarətini gücləndirir

Qazaxıstanın Baş naziri Oljas Bektenov sərhədlərdə nəzarəti gücləndirməyi və ölkədə yanacaq qıtlığına yol verməmək üçün bütün tədbirləri görməyi tapşırıb. "Report" Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, O.Bektenov bu tapşırığı neft məhsulları bazarındakı cari vəziyyətl

20:50 0
.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunu

12:49 167
.

Boşandığı şəxslə təkrar nikaha girənlərin sayı AZALIB

Bu ilin ilk 5 ayı ərzində 350 nəfər əvvəllər boşandığı şəxslə yenidən nikaha daxil olub. BİG.AZ "Teleqraf"a istinadən xəbər verir ki, ötən ilin müvafiq dövründə isə bu göstərici 467 nəfər təşkil edib. Qeyd edilib ki, nikahların pozulması daha çox xasiyyətlərin tutmaması, uşağın olmaması, ailədaxil

19:40 92
.

TOP MP3