Mənzillərin təminat aktları hardan alınmalıdır? - ARAŞDIRMA

Mənzillərin təminat aktları hardan alınmalıdır? - ARAŞDIRMATürkiyədə baş verən dəhşətli zəlzələdən sonra Bakıda, xüsusilə də çoxmərtəbəli binalarda yaşayan insanlar səksəkə içindədirlər. Kimisi evini satıb həyət evi almaq barədə düşünür, kimisi də binalarının zəlzələyə davamlı olduğuna inanır. Binanın keyfiyyətinə bələd olmayan, ciddi narahat olanlar da az deyil. Artıq sosial şəbəkələrdə çoxmərtəbəli binalarda yaşayan sakinlər bina sahibindən yaşadıqları binanın zəlzələyə davamlı olub-olmaması ilə bağlı hesabat tələb edirlər. Lakin tikintini aparan şirkətlərdən cavab yoxdur ki, yoxdur.

Bəs əhali nə etməlidir? Ümumiyyətlə, bina tikən şirkətlər vətəndaşlara cavab verməlidirlərmi?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, bu tələbi əslində, binaya köçən gündən, alqı-satqı zamanından hər kəs etməlidir:

"Çoxmərtəbəli binalarda yaşayan vətəndaşların binanın keyfiyyəti ilə bağlı müəyyən sənədlərlə tanış olmaq hüquqları var. Bu, əslində çoxdan tələb olunmalı idi. Belə bir məsəl var ki, gözü çıxan qardaşdan dərs götürmək lazımdır. Türkiyədə baş verən hadisə hamımızı sarsıdıb və düşünməyə vadar edir. Ona görə də insanlar təlaş içindədir".

Hüquqşünas qeyd edib ki, vətəndaşın binanın texniki vəziyyəti ilə bağlı müəyyən arayışlar əldə etmək ixtiyarı var:

"Əslində, Mənzil-Tikinti Kooperativləri (MTK) binanı tikərkən zəlzələyə davamlılığı, texniki vəziyyəti, istismara yararlığı ilə bağlı dövlət orqanlarından müəyyən aktlar alırlar. Mənzillər bu aktlar alındıqdan sonra satılmalıdır. Lakin bizdə bəzi binaların bünövrəsi qazılan kimi mənzilləri satışa çıxarılır. Yaxud müəyyən vaxtlarda bəzi dövlət orqanları tərəfindən istismara verilməsi tövsiyə edilmədikdə belə, satıldı. Burada xaos, özbaşınalıq var idi".

Mütəxəssis vurğulayıb ki, bir MTK-da cəmləşən 5-10 nəfər kollektiv şəkildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edə, həmin ünvanda tikilən bina ilə bağlı müəyyən sorğu əldə edə bilərlər:

"Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edib binanın fövqəladə hallarda davamlılığı ilə bağlı sənəd istəyə bilərlər. Tələb olunan sənəd verilmədikdə, vətəndaşlar həmin qurumları məhkəməyə verib, məhkəmə vasitəsilə bu sənədi ala bilərlər. Müəyyən müraciətlərə baxılması ilə bağlı qanunlarımız var. Vətəndaşın sorğularına cavab verməyən qurumlar və vəzifəli şəxslər məsuliyyət daşıyırlar".

Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, istənilən növ daşınmaz əmlak sahibi istehlakçıdır və onun da hüquqları var:

"Nə alırsansa, əmlak, maşın, qələm, fərq etməz, istənilən xidmət haqqında tam məlumatlı olmalısan. Tələb olunan sənədlərin təqdim olunmaması həmin vətəndaşların istehlak hüquqlarına ziddir. Binanı inşa edən tikinti şirkəti bu barədə mütləq məlumat verməlidir. Əgər binanın sahibi hüquqi baxımdan qeydiyyatdan MTK kimi keçibsə, o deməkdir ki, vətəndaşlardan, yəni ora payçı olan şəxslərdən yığılan vəsaitlə əmlakı tikir. Hətta inşaat prosesində hər bir payçının ödədiyi vəsaitin hara və hansı formada xərcləndiyi haqqında da məlumat verilməlidir. MMC olduğu halda belə, məlumat gizlədilməməlidir".

Mütəxəssis qeyd edib ki, çoxmənzilli bina müştərək idarə olunmalıdır:

"Məsələn, bina tikinti şirkəti tərəfindən nə vaxtsa tikilib, bitib, istismara qəbul aktı alıb. Bundan sonra tikinti şirkətinin funksiyası bitir. Binanın tikintisini aparan MTK-lar, tikinti başa çatdıqdan bir neçə ay sonra ləğv edilməli, bina sakinləri öz birliklərini qanunverciliklə müəyyən olunmuş qaydada - Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini (MMMC) yaratmalıdırlar. Binanın tikinti, icazə, memarlıqla bağlı sənədləri sakinlərə verilməlidir".

Həmsöhbətimizin sözlərinə görə, hər binada zəlzələ olacağı halda təhlükəsiz nöqtələr var. Vətəndaşlar bununla bağlı məlumatlandırılmalıdırlar:

"Təhlükəsizlik nöqtələrini bilmək üçün inşaat planlarına baxmaq lazımdır. Bu planlarda hər mənzildə daşıyıcı divarların haradan keçməsi ilə bağlı məlumatlar var. Vətəndaşlar zəlzələ olduğu halda daşıyıcı divarların yerini bilməli və orada dayanmalıdırlar. Hər binanın konstruksiyasına uyğun bu divarlar fərqli yerlərdə olur. Tikinti şirkətləri bunu mütləq öz sakinlərinə təqdim etməlidirlər".

MTK-lardan sənəd tələb edən sakinlər çıxarışları ("kupça") olmadığı üçün onlara belə məlumatların verilməyəcəyini düşünürlər. Mütəxəssis vurğulayır ki, hər iki halda istehlakçının sənəd tələb etmək hüququ var:

"Binada çıxarış varsa, bina istismara qəbuldan keçmiş hesab olunur. Deməli, Fövqəladə Hallar Nazirliyindən müvafiq sənədlər alınıb və dövlət bunun təhlükəsizliyini qəbul edib. Əgər çıxarış hələ verilməyibsə, istismara qəbul prosesi davam edirsə, yaxud bina hələ təzə inşa olunub vətəndaşlar binaya köçməyiblərsə, təbii ki, onlar da o sənədləri tələb edə bilərlər. Onlara da daşıyıcı divarların harada olması haqqında məlumat verməlidirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 707   Tarix: 19 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.