Türkiyəli mütəxəssis: "Axtarış-xilasetmə işləri ən az 14 gün davam etməlidir"

Türkiyəli mütəxəssis: "Axtarış-xilasetmə işləri ən az 14 gün davam etməlidir""Axtarış-xilasetmə işləri ən az 14 gün davam etməlidir".

Bu barədə Türkiyə Böyrək Vəqfi İdarə Heyətinin üzvü və nefrologiya üzrə mütəxəssis, professor Mehmet Şükrü Sever bildirib.

Dünyada çox sayda fəlakət bölgəsinə səfər edən və bu sahədə ən tanınmış mütəxəssislərdən biri olan Mehmet Şükrü Sever Kahramanmaraşda baş verən zəlzələlər barədə açıqlamalar verib.

O qeyd edib ki, günlər sonra sağ-salamat çıxarılan xəstələrlə bağlı çox möcüzələrə şahidlik edib və bu səbəbdən də axtarış-xilasetmə işlərinin ən azı iki həftə daha davam etməsi lazımdır.

"Tibbi ədəbiyyatda oxuduğuma görə, indiyədək dağıntılardan ən uzun sağ çıxarılma müddəti 13 gün təşkil edir. Bu, Böyük Çin zəlzələsində baş verən hadisədir. Amma bundan əlavə mətbuatdan eşitdiyimiz xəbərlər də var. Məsələn, fəlakət zamanı deyil, amma çökən binanın altından 17 gün sonra çıxarılan yaralı barədə məlumatlar eşidirik. Təbii ki, bunlar təsdiqlənmiş məlumatlar deyil", - deyə o vurğulayıb.

Mütəxəssis dağıntılar altında nə qədər müddət sağ qalına biləcəyi ilə bağlı isə çox dəyişkən parametrlər olduğuna diqqət çəkib. "Bioloji hadisələr çox dəyişkəndir. Tibbi biliklərdə standart olaraq insan 3-4 gün ərzində susuz qaldıqdan sonra onun həyat riskləri başlayır. Bu mənada aclığa dayanıqlılıq daha yüksəkdir. Amma adətən ölüm səbəbləri sırasında ön planda susuzluq dayanır. Burada müddəti müəyyən edən bir çox amillər var. Hər şeydən əvvəl hava şəraiti önəmlidir. Çox isti və tərləmənin çox olduğu yay aylarında dəri vasitəsilə maye itkisi çox olduğu üçün erkən dövrdə susuzluğun zərərli təsirləri ortaya çıxa bilər ki, bu da ölüm riskinin artması deməkdir. İkincisi, xəstənin yaralanma dərəcəsi vacibdir. Əgər ciddi yaralanma və qanaxma varsa, başqa səbəblərdən qan həcmi azalırsa, o zaman dözümlülük də azalır. Xəstənin yaşı və digər yan xəstəliklərin olub-olmaması da nəzərə alınmalıdır. Məsələn, "Xəstə 5 gün susuz qaldıqdan sonra ölür" demək qəti şəkildə doğru deyil. Amma belə bir şey deyə bilərəm ki, 3-4 gündən sonra onun həyati riski ortaya çıxmağa başlayır", - deyə Mehmet Şükrü Sever əlavə edib.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 772   Tarix: 19 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.