Bərdədə şok: Evli kişi qızla cinsi əlaqədə oldu, onun bacısı isə… - "Qorxma, arxandayam"

Bərdədə şok: Evli kişi qızla cinsi əlaqədə oldu, onun bacısı isə… - "Qorxma, arxandayam"Bərdə rayonunda 1998-ci il təvəllüdlü Günel bacısının sevgilisi olmuş Əhmədə (adlar şərti verilib - red.) xəsarət yetirib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən il iyunun 23-də baş verib. Həmin gün saat 15 radələrində Bərdə şəhərində Günellə bacısının sevgilisi olmuş Əhmədin arasında mübahisə yaranıb.

Mübahisə zamanı Günel şalvarının arxa cibində gəzdirdiyi bıçaqla Əhmədin sinə nahiyəsinə bir zərbə vurub.

İstintaq orqanı tərəfindən Günelin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

"Bacımla münasibətləri olub"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Günel ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, anasının himayəsində böyüyüb: "Mən uşaq olarkən atamla anam ayrılıblar. Uşaqlıqdan epilepsiya və astma xəsətliyindən əziyyət çəkmişəm. Hazırda Azərbaycan Dövlət Aqrar Universitetində tələbəsiyəm. Bacım Əsmər də epilepsiya xəstəliyindən əziyyət çəkib.

Zərərçəkmiş Əhmədi bacım Əsmərin vasitəsi ilə tanımışam. Onların arasında sevgi münasibətləri olub".

Təqsirləndirilən şəxs qeyd edib ki, Əhməd bacısı Əsmərin etibarından sui-istifadə edib, bacısını aldadaraq hamilə buraxıb: "Sonra isə Əhməd bacımı abort etdirib. Əhməd ilə bacımın son zamanlar aralarında xeyli münaqişələri olub".

"İzləməyə başladım"

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü Bərdə şəhərində bacısı ilə görüşüb: "Bərdəyə Gəncə şəhərindən gəlmişdim. Bacıma Ağdam rayonuna yaşadığımız evə getməyi təklif etdim. O mənə şəxsi münasibətlərindən ötrü bir nəfərlə görüşəcəyini bildirdi. Onun davranışından mənə yalan danışdığını anladım. Bacım məndən evimizə getməyimi istədi və özünün sonra gələcəyini bildirdi. Ona "hə" desəm də arxasınca düşdüm, özündən xəbərsiz bir müddət bacımı izlədim.

Təxminən saat 15 radələrində bacımdan xəbər çıxmadığını gördüm, onunla telefon əlaqəsi saxladım. Bərdə şəhərində köhnə poliklinikanın binasının yanında olduğunu bildirdi. Həmin yerə getdim, kənardan bacımı göz qoydum".

"Əsməri söyüb alçaldırdı"

Günelin sözlərinə görə, əvvəllər Əhmədi görmədiyi üçün öncə bacısı ilə söhbət edənin kim olduğunu bilməyib: "Sonradan təxmin etdim ki, bu, Əhməddir. Çünki bacmı qabaqlar Əhmədin zahiri görkəmi barədə danışmışdı. Gördüm ki, Əhməd bacımla eqoist rəftar edir. Onlara yaxınlaşanda Əhməd bacımı nalayiq ifadələrlə təhqir edir, söyürdü.

Bacımı nalayiq küçə söyüşləri ilə alçaldan Əhməddən hansı səbəbdən onu təhqir etdiyini soruşdum".

Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman Əhmədlə mübahisələri yaranıb: "O mənim oradan uzaqlaşmağımı istədi və məni də təhqir etməyə başladı. Təhqirlərin qarşısında özümü saxlaya bilmədim. Üzərimdə olan bıçaqla Əhmədin sinə nahiyyəsinə bir dəfə zərbə vurdum. Lakin zərbə elə də güclü deyildi.

Bacım mənə hərəkətimə görə iradını bildirdi. Birlikdə hadisə yerindən uzaqlaşaraq getdik. Yolda bıçağı zibilliyə tulladım. Ağdam rayonuna yaşadığımız evə getdik. Anam bizim halımızı gördü, Əsmərdən nə baş verdiyini soruşdu. Əsmər olanları anama danışdı".

"Cinsi əlaqədə oldum"

Zərərçəkmiş şəxs qismində ifadə verən Əhmədin sözlərinə görə, ailəsi ilə birlikdə Bərdə şəhərində yaşayır və evlidir: "Əsməri təxminən iki ildir tanıyıram. Aydan adlı qız vasitəsi ilə tanış olduq və münasibətlərimiz başladı. Sonrakı günlərdə Əsmərlə cinsi əlaqədə oldum".

Əhməd qeyd edib ki, 2022-ci ilin aprel ayında Əsmərin hamilə qalmasını öyrənib: "Əsmərdən uşağı abort etdirməsini istədim, razılaşdı. Bundan sonra Əsmərdən uzaqlaşmağa başladım və ondan ayrıldım. Amma Əsmər yenə mənimlə telefon əlaqəsi saxlayır, barışmaq istədiyini deyirdi".

Əhməd bildirib ki, Bərdə şəhərində işlədiyi lombardda olarkən Əsmər ona yaxınlaşıb və söhbət etmək istədiyini bildirib: "Əsmərlə küçəyə çıxdım və söhbət edə-edə köhnə poliklinikanın binasının yanına getdik. Aramızda baş verənlərlə bağlı söhbətlər etdik və mübahisə yarandı.

Bu vaxt gözləmədiyim bir anda sonradan tanıdığım Əsmərin bacısı Günel bizə yaxınlaşdı. Mənə hansı səbəbdən Əsmərlə kobud danışmağımı soruşdu".

Əhmədin ifadəsinə görə, Günellə mübahisələri yaranıb: "Günel üzərində olan bıçaqla sinə nahiyəmə bir zərbə vurdu. Sonra Əsmər ilə oradan getdilər. Mən sinəmdən qan axdığını gördüm və cibimdə olan dəsmalı çıxararaq yaramın üzərinə sıxdım.

Özümü itirmədim, dostum Bahadura zəng etdim və hadisə barədə məlumat verdim. Ondan yanıma gəlməsini istədim. Sonra qardaşıma zəng vurdum. Az sonra dostum yanıma gəldi və məni xəstəxanaya çatdırdı".

"Bildirdi ki, mənimlə ailə həyatı quracaq"

İş üzrə adı keçən Əsmərin sözlərinə görə, Əhmədi Aydan adlı tanışının vasitəsi ilə tanıyıb və onun Əhmədlə münasibətləri başlayıb: "O, özünü mənə subay kimi qələmə verdi. Mənimlə evlənəcəyini bildirdi. Əhmədlə cinsi əlaqələrimiz olduq. Yenə bildirdi ki, mənimlə ailə quracaq, mənim arxamdadır. Sonrakı günlərdə də Əhməd ilə bir neçə dəfə görüşdük".

Əsmər qeyd edib ki, 2022-ci ilin aprelində Əhməddən 3 aylıq hamilə qaldığını öyrənib: "Mənim Əhmədlə münasibətlərimiz barədə ailə üzvlərimin xəbərləri yox idi. Qorxumdan ailəmə heç bir məlumat verməmişəm. Əhməd mənə bildirdi ki, evli olduğuna görə təcili uşağı abort etdirməliyəm. İlk öncə razılaşmadım. Əhməd məndən israrla təcili abort etdirməyimi istədi.

Onun israrı ilə uşağı tələf etmək üçün dərman həbi qəbul etdim. Məndə qanaxma oldu. Halım pisləşdikdə Əhməd məni həkimə apardı və uşağı abort etdirdi. Bundan sonra məndən uzaqlaşmağa başladı. Eşitdim ki, Əhməd çox yerdə arxamca danışıb. Başıma gələnlər haqda artıq ailə üzvlərimə məlumat verdim".

"Bacım özünü saxlaya bilmədi"

Əsmər qeyd edib ki, Bərdə şəhərində olarkən bacısı Günellə görüşüb: "Bacım Gəncə şəhərindən gəlmişdi. Ona Ağdam rayonuna yaşadığımız evə getməyi təklif etdim. Şəxsi münasibətlərimdən ötrü bir nəfərlə görüşəcəyimi bildirdim. Fikrim Əhmədin işlədiyi ünvana gedib, onunla münasibətlərimiz barədə söhbət etmək idi. Bacım mənimlə razılaşaraq getdi.

Əhmədin iş yerinə getdim. Onu çölə dəvət etdim və söhbət edə-edə köhnə poliklinikanın binasına tərəf getdik. Bu zaman aramızda mübahisə yarandı. Əhməd mənimlə çox eqoist rəftar etdi.

Gözləmədiyim anda bacım bizə yaxınlaşdı. Günel Əhmədə hansı səbəbdən mənimlə kobud danışmasını soruşdu. Onların arasında mübahisə yarandı. Əhməd bacımı təhqir etməyə başladı. Buna görə də bacım özünü saxlaya bilmədi və onu bıçaqla vurdu".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Günelin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Günel 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza alıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2157   Tarix: 19 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.