Bayden Rusiyanın Ukraynaya təcavüzünün ildönümündə Putinə və rusiyalılara müraciət edəcək

Bayden Rusiyanın Ukraynaya təcavüzünün ildönümündə Putinə və rusiyalılara müraciət edəcəkBayden Rusiyanın Ukraynaya təcavüzünün ildönümündə Putinə və rusiyalılara müraciət edəcək

Bayden Polşada Zelenski ilə görüşəcəkmi?..

"Amerika Parlamentində Ukraynaya ikipartiyalı dəstək mövqeyi mövcuddur..."

Baydenin Polşaya səfərinin Rusiyanın Ukraynaya hücumunun ildönümü ərəfəsində çox mühüm və əlamətdar olacağı gözlənilir.

Moderator.az xəbər verir ki, bu barədə "УНИАН" nəşri yazıb.

Polşaya səfəri gedişində ertəsi gün ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinə müraciət edəcək. Bu barədə ABŞ Təhlükəsizlik Şurasının spikeri Con Kirbi bəyan edib.

"Siz prezidentin nitqində eşidəcəyiniz məlumatlar, heç şübhəsiz, Amerika xalqında, bizim müttəfiqlərimiz və tərəfdaşlarımızda, heç şübhəsiz, çox şey etmiş və etməkdə davam edən Polşa xalqında əks-səda buraxacaq. Mən və siz onun Putinə və rus xalqına müraciət etdiyini eşidəcəyik", - Kirbi bəyan edib.

Spiker ABŞ-ın Ukraynaya və Avropada digər tərəfdaşlarımıza yardımın həcminin azaldılması ilə bağlı şayiələri də təkzib edib. Onun sözlərinə görə, yardımın əleyhdarları Nümayəndələr Palatasının bəzi respublikaçılarıdır.

"Bu, prezidentin nöqteyi-nəzəri deyil. Əgər siz Nümayəndələr Palatasının rəhbərliyi ilə danışsanız, siz bunu eşitməyəcəksiniz. Siz bunu, əlbəttə ki, demokratlardan da eşitməyəcəksiniz. Siz bunu Senatda da eşitməyəcəksiniz", - Kirbi əmin edib.

Spikerin sözlərinə görə, Amerika parlamentində ikipartiyalı dəstək mövqeyi saxlanılır- Ukraynaya yardım edilməlidir.

"Biz bunu birlikdə edəcəyik. Və Konqresin dəstəyi həqiqətən ekstraordinar olub. Prezident bu dəstəyin davam etməsinə ümid edir", - Kirbi qeyd edib.

Xatırladaq ki, ötən həftə Ağ ev Baydenin 20-22 fevralda Polşaya səfərini anons edib. Səfərin əsas mövzusu Ukraynada müharibə və Rusiya təcavüzünə müqavimətdir.

Bəllidir ki, Bayden Polşaya Ukrayna üçün "hədiyyə" də gətirəcək, yeni hərbi yardım paketini elan edəcək. Hər şeydən göründüyü kimi, bu, ən böyük paketlərdən biri olacaq.

KİV-lərin məlumatlara görə, Zelenski Baydenlə görüşmək üçün Polşaya gələcək. Nə Kiyev, nə də Vaşinqton bu məlumatı təsdiq etməyib. Amma

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ildönümündə Polşada olan və səfəri bu müharibəyə həsr edən Baydenin Zelenski ilə görüşməyəcəyi az ehtimal ediləndir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 688   Tarix: 19 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.