İran nə etmək istədiyini özü də bilmir - ŞƏRH

İran nə etmək istədiyini özü də bilmir - ŞƏRH"İranın Münhen Təhlükəsizlik Konfransına çağırılmaması Avropa tərəfindən ötürülən çox ciddi siyasi mesaj oldu".

Bu sözləri Oxu.Az-a deputat Aydın Mirzəzadə ötən gün start götürən 59-cu Münhen Təhlükəsizlik Konfransına İran rəhbərliyinin dəvət edilməməsinin səbəblərindən danışarkən deyib. O qeyd edib ki, dövlət və hökumət başçılarının, böyük şirkət rəhbərlərinin qatıldığı önəmli beynəlxalq tədbirə İran hakimiyyəti əvəzinə müxalifətin dəvət edilməsi, Avropanın İran dövlətinin gələcəyini indiki müxalifətdə gördüyünü nümayiş etdirir:

"Avropa bunu konkret ifadə etmir. Amma bu gün küçələrə çıxan yüz minlərlə İran vətəndaşının səsinə qulaq asmaq lazımdır. Rəsmi Tehran vətəndaşlarının etirazlarını dinləməlidir.

Qərb və İranın münasibətlərinin bundan sonra necə olacağına gəlincə, Avropa kimi güclü siyasi-iqtisadi bölgə İrana belə kəskin yanaşırsa, bu o deməkdir ki, cənub qonşumuz təcrid oluna-oluna gedir. İranın bəlkə də yeganə yaxşı münasibət gördüyü ölkə Azərbaycan idi. Azərbaycana qarşı isə siyasət yürüdülməsi, anti-Azərbaycan mövqeyi və bəyanatları, Tehrandakı səfirliyimizə qarşı terror aktının təşkili Azərbaycan-İran münasibətlərini soyutdu və minimal vəziyyətə çatdırdı. Mənə elə gəlir ki, İran nə etmək istədiyini özü də bilmir. İslam dövləti qonşularının, demək olar, hamısı ilə münaqişədədir. İran beynəlxalq hüquq normalarına qarşı sayğısızlıq edir, özünün protestlərə çıxan vətəndaşlarına qarşı zor tətbiq edir.

İranın daxilindəki proseslərin nə vaxt, nə ilə nəticələnəcəyini heç kim deyə bilməz. Amma bu gün İranda çox ciddi proseslər gedir və İran hakimiyyəti bunu nəzərə almalı, xalqla dialoqa getməlidir.

Görünən odur ki, İranda vəziyyət daha da pisləşəcək, etirazlar kəskinləşəcək".

Qeyd edək ki, 59-cu Münhen Təhlükəsizlik Konfransına İran rəhbərliyi dəvət edilməsə də, İran müxalifətindən nümayəndələri iştirak edirlər. Bu məsələ xarici ekspertlər tərəfindən Avropanın İrandan üz döndərməsi, açıq və ciddi mesaj kimi qiymətləndirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 558   Tarix: 19 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.