Kriştianu Ronaldu yeni rekordlara imza atıb
Səudiyyə Ərəbistanı çempionatının XVI turunda "Əl-Vəhdə" ilə oyunda 4 qol vuran "Əl-Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldu yeni rekordlara imza atıb.
"Report"un məlumatına görə, komandasına 4:0 hesablı qələbə qazandıran Portuqaliya millisinin üzvü karyerasındakı het-trik sayını 61-ə çatdırıb.
38 yaşlı forvard bunun 51-ni klub, 10-nu isə milli səviyyəsində həyata keçirib. Het-trik sayına görə lider olan Ronaldu öz rekordunu yeniləyib. Onun ən yaxın izləyicisi argentinalı Lionel Messinin aktivində 56 het-trik var.
Maraqlıdır ki, Ronaldu 30 yaşından sonra 31 oyunda üç və ya daha çox qol vurub.
Portuqaliyalı qarşılaşmada hesabı açmaqla ölkə çempionatlarındakı ümumi qol sayını 500-ə çatdırıb ki, bu da yeni rekorddur. Onun aktivində liqa qollarının ümumi sayı 503-dür.
Qeyd edək ki, Kriştianu Ronaldu "Əl-Nəsr"in heyətində keçirdiyi 3 oyunda 5 dəfə fərqlənib.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1284 Tarix: 10 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRonaldu Portuqaliya millisindən uzaqlaşdırıldı
Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun milli komandanın düşərgəsini icazəsiz tərk etməsindən sonra məşhur futbolçuya qarşı avtomatik diskvalifikasiya qərarı tətbiq edib. xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" nəşri məlumat yayıb. Qeyd olunur ki, qaydalarına əsasən
10.10.2026 587 Azərbaycan millisi Litvanı məğlub etdi - Video
Azərbaycan millisi UEFA Millətlər Liqasında bu mövsüm ilk qələbəsini qazanıb. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Litvanı qəbul edib. "Palms Sports Arena"da baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqi
04.10.2026 673 Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı
Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar
18.10.2026 530 Hidayət Heydərova çəkisi ilə bağlı qərar vermək üçün vaxt verildi
Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərovun 73 kiloqram, yoxsa 81 kiloqram çəki dərəcəsində mübarizə aparacağına yaxın günlərdə aydınlıq gələcək. xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yekunların
12.10.2026 591 İnfantino "Sabah" - "Qarabağ" oyunundan yazdı
"Xalların bölündüyü "Sabah" və "Qarabağ" klubların arasında baş tutan gərgin qarşılaşma Azərbaycan futbolunun parlaq nümayişi oldu". xəbər verir ki, bu fikirləri FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında yazıb. O, Misli Premyer Liqasının IX turunda baş tuta
26.10.2026 306 "Qızıl top" qədər geyim tərzləri də diqqət çəkdi - Fotolar
Məlum olduğu kimi, ötən gün "Qızıl top" ("Ballon d'Or") mükafatlandırma mərasimi keçirilib. Mükafata isə "Bayern Münhen"in və İngiltərə milli komandasının ulduz hücumçusu Harri Keyn layiq görülüb. Londondakı məşhur "The London Palladium" zalında keçirilə
27.10.2026 437 Zlatan İbrahimoviç 7 milyonluq avtomobil aldı - Fotolar
Ulduz futbolçu Zlatan İbrahimoviç 4 milyon dollarlıq (6 milyon 800 min manat)"Ferrari F80" alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb. "Milan"da yüksək səviyyəli məsləhətçi vəzifəsində çalışan 45 yaşlı isveçli futbol əfsanəsi yeni avtomobilini
05.10.2026 783 Batrakov "Barselona"ya təklif olunubmuş
1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind
18.10.2026 550 Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. -ın xəbərinə görə, bu barədə "Sic Noticias" nəşri məlumat verib. Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəy
17.10.2026 556