"Bacı-qardaşlarımı övladlarımdan çox sevmişəm"

"Bacı-qardaşlarımı övladlarımdan çox sevmişəm"Xalq artisti Nazpəri Dostəliyeva bacısı Zeynəb Dostəliyevanın vida mərasimində jurnalistlərin suallarını cavablandırıb.

OLAY yazır ki, sənətçi bacısının son günlərdən bəhs edib. O deyib ki, qripə yoluxduqdan sonra mərhum Dostəliyevada bir sıra xəstəliklər üzə çıxıb:

"Uzun müddətdir hepatiti var idi. Ara-sıra müalicə olunurdu. Bir az başısoyuqluq edirdi. Sonunda qaraciyəri məhv elədi. Həm də qrip olmuşdu, 2 həftə qızdırma içində evdə yatmışdı. Mən onlara gedəndə vəziyyəti pisləşmişdi, trompu yarandı, boğazında zəhərli zobu var idi. Hamısı üzə çıxdı. Ümidsiz vəziyyətdə həkimə apardım. Həkimlər müdaxilələr edərək iki həftə yaşada bildi.

Dünən səhər 9-da mənə xəstəxanadan zəng etdilər ki, böyrəklərin ikisi də fəaliyyətini dayandırıb. Mən yenə xəstəxanaya qaçdım, müdaxilə etdilər. Axşam saat 9-a qədər də yaşada bildik. Oğlu Orxandan narahat idi. Mən bilmədən ona rahatlıq verdim. Dedim ki, sənin mənim kimi bacın var. Orxanı da evləndirəcəm, ona ev də alacam. Elə sevindi ki... İlk dəfə idi onun gözlərində sevinc görürdüm. Dedi, gözüm arxada qalmayacaq, bilirəm ki, balalarımın, nəvələrimin sahibi sən olacaqsan. Nə yaxşı ki, son anında mən onu sevindirə bildim. Bacı-qardaşlarım mənə övladlarımdan artıq olub, həmişə onları qorumağa çalışmışam. Onları övladlarımdan çox istəmişəm, çünki ata-anamın yadigarlarıdır. Allah məni həmişə sevib, kömək olub, yenə olacaq. Sevinc adlı bir qız zəng vurdu, dedi, Nazpəri xanım 28 yaşım var, bütün orqanlarım təmizdir. Ciyər, ya da böyrək lazımdırsa, bağışlayım. Səni tanımıram, amma minnətdarlığımı bildirirəm, xoşbəxt ol, qızım. Bir qız da zəng edib eyni sözləri dedi. Bu sevgi mənə Allahdan sonra güc-qüvvə verir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1500   Tarix: 06 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsind

07.11.2026 182
.

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey

07.11.2026 183
.

Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər

Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d

07.11.2026 185
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

00:23 86
.

Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan

07.11.2026 223
.

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi

07.11.2026 180
.

Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib

Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar

07.11.2026 172
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.